Çağdaş Danimarka poeziyası
antalogiyasının təqdimatı olub
Səməd Vurğunun
Bakıdakı ev-muzeyində “Çağdaş Danimarka
poeziyası” antologiyasının təqdimatı və
danimarkalı şair və tərcüməçilər Nils
Hav və Hüseyn Duyğunun iştirakı ilə “Danimarka
poeziyası gecəsi” keçirilib.
Muzeydən verilən məlumata görə, martın
17-də təşkil olunan tədbirə Azərbaycan
Yazıçılar Birliyinin (AYB) sədri Xalq
yazıçısı Anar, AYB-nin katibləri Elçin
Hüseynbəyli, Səlim Babullaoğlu, İlqar Fəhmi, millət
vəkili Fazil Mustafa, digər qonaqlar da qatılıblar.
Knud Sörensen, Benni Andersen, Uffe Harder, Erik Stinus, Lin
Nilsen, Peter Poulsen, Laus Strandbi Nilsen, Henrik Norbrant, Nils Hav,
Marianna Larsen, Piya Tafdrup, Tomas Böberq kimi XX əsrdən
günümüzədək 12 danimarkalı şairin şeirlərinin
toplandığı “Çağdaş Danimarka poeziyası”
“Yeni DƏB” seriyasından “Zərdabi Nəşr”də
işıq üzü görüb.
2005-ci ildən Səlim Babullaoğlunun AYB-nin nəzdində,
“Dünya ədəbiyyatı” dərgisinin əlavəsi kimi təsis
etdiyi “Yeni DƏB” seriyası üzrə 20-dən artıq
kitab – dünya ədəbiyyatı nümunələri nəşr
olunub. Bir ara nəşrində fasilə yaranan seriya AYB Bədii
Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin
bazasında təkrar bərpa olunub.
Danimarka şeiri ilk dəfə olaraq Azərbaycan dilində
toplu halında təqdim edilir.
Antologiyanın tərcüməçiləri türk
əsilli Danimarka vətəndaşı, şair-tərcüməçi
Hüseyn Duyğu, Səlim Babullaoğlu (həmçinin tərtibçi,
redaktor, ön sözün müəllifi), nəşrin məsləhətçisi
Əsəd Cahangir, koordinatoru Rauf Aslanov, naşiri Elman
Qasımovdur. Kitab üzərində Emil Camalov və Məlahət
Qənbərova da çalışıblar.
525-ci qəzet .-2025. -19 mart(¹51).- S.14.