Kukla festivalının Bakı mərhələsi
yekunlaşdı
IV Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz
Festivalı çərçivəsində Ankaradan gələn
kuklaçılardan ibarət nümayəndə heyəti
Bakıda səfərdədir.
Azərbaycan Dövlət Kukla Teatrından bildirilib ki, festival proqramına
uyğun olaraq qardaş ölkənin kukla sənətçiləri
iki gün müddətində həm fərqli mövzu, janr və
texnikada iki tamaşa ilə bakılı teatrsevərlər
qarşısında çıxış ediblər.
Tamaşaçılar ilk olaraq Azərbaycan Dövlət
Kukla Teatrında “Qaragözün macəraları” adlı
tamaşanı izləyiblər.
Kukla sənətçisi, Türkiyədə öz
sahəsində sevilən Seçkin Günəşin
Qaragöz pərdəsi arxasından göstərmiş
olduğu ifaçılıq məharəti ölkəmizdə
də kifayət qədər populyar dostlar – Hacıvat ilə
Qaragözün yeni hekayətinə qatmış olduğu əyləncə
balaca tamaşaçılarda xoş ovqat yaradıb.
Azərbaycan Dövlət Kukla Teatrının direktoru,
Əməkdar mədəniyyət işçisi Rəşad
Əhmədzadə festivalın yüksək səviyyədə
təşkilinə dəstəyə görə Azərbaycan
və Türkiyənin mədəniyyət nazirliklərinə,
ümumilikdə qardaş sənətçilərin bir səhnədə
toplaşmasında əməyi olan hər kəsə təşəkkürünü
bildirib.
Sonra qonaq kuklaçılar festivalın Bakı mərhələsində
uğurla iştirak etdikləri üçün təltif
ediliblər.
Festival proqramının ikinci günü Türkiyə
Mədəniyyət və Turizm Nazirliyinin ənənəvi sənətkarlara
vermiş olduğu “Yaşayan insan xəzinəsi”
ünvanına sahib kukla hazırlanması üzrə sənətkar
Əli Ağbəy balacalara özünəməxsus tarixə
malik kuklaların, fərqli üsullarla ərsəyə gətirilən
taxta oyuncaqlardan bəhs edib, onları da prosesə qoşaraq bu
sənət növü haqqında məlumatları
bölüşüb.
Sonra uşaqlar Bursadan gələn kukla sənətçisi
Abdullah Bəyazdaşın müəllif və
ifaçısı olduğu “Dostum kukla” adlı birhissəli
kukla tamaşasını izləyiblər.
İpli kuklalardan ibarət musiqili tamaşanın əsas
ideyası dostluq, sevgi idi.
Qeyd edək ki, beynəlxalq festivalda Azərbaycan
Dövlət Kukla Teatrının kollektivi ilə
yanaşı, Türkiyə, Özbəkistan və Şimali
Kipr Türk Cümhuriyyətinin (ŞKTC) teatr sənəti
ustaları da iştirak ediblər.
Ankarada start götürən sənət bayramı
Bakı mərhələsindən sonra mayın 2-dən 5-dək
Özbəkistanda davam edəcək.
Tədbirin bağlanışı isə Şimali Kipr
Türk Cümhuriyyətində olacaq.
525-ci qəzet .- 2025.- 1 may(¹74).- S.9.