Şəhidlik zirvəsində
Ayxan Cəmalləddin oğlu Cəfərovun 44
günlük haqq savaşımızda göstərdiyi qəhrəmanlıqdan
onun tanıyanlar qürurla danışır. Əzəldən
vətənin torpağına, daşına vurğun olan Ayxan
Cəfərov 1996-cı ilin sentyabrın 6-da Cəlilabad
rayonunun Üçtəpə kəndində anadan olub. İkinci Qarabağ
müharibəsində xüsusi qəhrəmanlıq göstərən
Ayxan düşmənə qarşı son damla qanına qədər
döyüşüb və 24 yaşında şəhadətə
qovuşub.
Ayxan 2015-ci ilin iyul ayında hərbi xidmətə
yollanıb. Vətənin keşiyində duran gənc əsgər
həm də kəşfiyyatı ixtisası üzrə kurs
keçib.
Ayxan düşməndən ilk qisasını
2016-cı ilin Aprel döyüşlərində alıb. Onun
kimi vətənini canından əziz tutan qəhrəmanların
misilsiz hünəri hesabına uzun illər əsir düşən
Tərtərin Suqovuşan, Talış, Qazaxlar, Cəbrayılın
Cocuq Mərcanlı kəndləri,
Goranboyun bir kəndi, Lələtəpə yüksəkliyi,
ümumilikdə 2000 hektarlıq ərazi işğaldan azad
olunub.
Hərbi xidməti başa çatandan sonra Ayxan
ehtiyata buraxılıb. 2020-ci ilin 27 sentyabrında cəbhədə
yaranan vəziyyəti eşidən kimi Müdafiə Nazirliyinə
kəşfiyyatçı olduğunu və döyüşlərdə
iştirak etmək istədiyini yazıb. Sentyabrın 28-də
yenidən hərbi xidmətə çağırılıb.
Füzuli bölgəsində Ağcabədi korpusunun
könüllülər dəstəsinin tərkibində
snayper kimi döyüş meydanına girib. 15 oktyabra qədər
düşməndən qisasını layiqincə alıb.
Şəhidlik zirvəsinə ucalan Ayxan oktyabrın 17-də
boya-başa çatdığı Üçtəpə kəndində
dəfn edilib.
Ayxan Cəfərov Vətən müharibəsində
göstərdiyi rəşadətə görə "Vətən
uğrunda", "Qubadlının azad olunmasına görə"
və "Cəbrayıln azad olunmasına görə"
medalları ilə təltif edilib.
ZƏFƏR ORUCOĞLU
525-ci qəzet .- 2025.- 6 may(№77).- S.13.