Vətən sevgisinə tapınan
ömür
1995-ci il noyabrın 29-da Cəlilabad rayonunun Alar kəndində
anadan olan Taleh Zaur oğlu Əlizadə doğma Azərbaycanın
hər qarışına ürəkdən bağlı idi. Vətən
sevgisinə tapınan, onun azadlığı uğrunda həyatını
qurban verən qəhrəmanın ömür yolu qısa olsa
da, qərinələr boyu unudulmayacaq.
Azərbaycan Ordusunun əsgəri olan Taleh Əlizadə
Vətən müharibəsində torpaqlarımızın
azadlığı uğrunda gedən döyüşlərdə
iştirak edib. Taleh Əlizadə oktyabrın 18-də Cəbrayıl
döyüşləri zamanı şəhid olub. Azərbaycanın
ərazi bütövlüyünün təmin edilməsi
uğrunda döyüş əməliyyatlarına qatılan və
hərbi hissə qarşısında qoyulmuş
tapşırıqların icrası zamanı vəzifə
borcunu şərəflə yerinə yetirdiyinə görə
Taleh Əlizadə ölümündən sonra "Vətən
uğrunda", "İgidliyə görə", "Cəbrayılın
azad olunmasına görə", "Xocavəndin azad
olunmasına görə", "Füzulinin azad olunmasına
görə" medalları ilə təltif edilib.
Taleh Əlizadə ailəli idi. Onun bir oğul
övladı yadigar qalıb.
Zəfər ORUCOĞLU
525-ci qəzet .- 2025.- 6 may(№77).- S.13.