Gənclər Kitabxanasında Xalq
artisti Adil İsgəndərova həsr olunmuş virtual sərgi
hazırlanıb
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında Azərbaycan teatr, kino sənətinin
inkişafında mühüm rolu olan, böyük bir aktyor nəslinin
yetişməsində əvəzsiz xidmətlər göstərən,
adı bu gün də dillərdən düşməyən
Adil İsgəndərovun anadan olmasının 115 illiyi
münasibətilə virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə
Adil İsgəndərovun həyat və
yaradıcılığı, təltif və
mükafatları, teatr və kino sənətinin
inkişafı üçün göstərdiyi xidmətləri
haqqında məlumat verilib. Kitabxananın rəsmi saytında
yerləşdirilən https://ryl.az/multimedia/adil-isgenderov-115
kitab sərgisində Adil İsgəndərovun Azərbaycan
aktyorluq sənətinin korifeyləri ilə “Arxadan vurulan zərbə”,
“Qanun naminə”, “Axırıncı aşırım” və s.
filmlərdə yaratdığı obrazları haqqında məlumat
verilib, çəkildiyi “Uzaq sahillərdə”, “Dərviş
Parisi partladır” kimi filmlərdən fraqmentlər öz əksini
tapıb. Sərgidə Adil İsgəndərov haqqında qələmə
alınmış kitabların qısa annotasiyası, eləcə
də “Sənət naminə...”, “Adil İsgəndərov kadr
arxasında” və s. kimi dövrü mətbuatda çap
olunmuş məqalələr, mətbuat nümunələri təqdim
olunub.
525-ci qəzet .- 2025.- 6 may(¹77).- S.9.