Əli Əmirlinin
"Sevdiyim pyeslər"i çapdan çıxıb
Sayca 5-ci pyeslər kitabını "Sevdiyim pyeslər"
adlandıran yazıçı-dramaturq Əli Əmirli bu nəşrə
əvvəlki kitablardakı pyeslərinin ən
yaxşılarını, başqa sözlə, daha çox bəyəndiyi
dram əsərlərini toplayıb. Əlbəttə,
janrından asılı olmayaraq hansı pyesin daha yaxşı
və sevilən olduğunu bir qayda olaraq
tamaşaçılar, o cümlədən, rejissorlar,
teatrşünaslar, tənqidçilər daha doğru, daha
obyektiv müəyyən edirlər,
amma bu pyeslərin müəllifinin də fikri az əhəmiyyətli
deyil, bir halda ki, dramaturq
"Hansı əsərinizi, konkret olaraq, pyesinizi daha çox
sevirsiniz?" sualına bir qayda olaraq "Mənim çox
sevdiyim, az sevdiyim və heç sevmədiyim pyeslərim
var" cavabını verir.
Beləliklə, "Sevdiyim pyeslər" kitabına
dramaturq "Köhnə ev", "İyirmi ildən
sonra", "Mesenat", "Xoşbəxt gün",
"Şah Qacar", "Hasarın o üzü",
"Ünvansız qatar", "M.S.S. - Mən səni sevirəm",
"Nuri-didə Ceyhun", "Ah, bu uzun sevda yolu" kimi
müxtəlif teatrlarda tamaşaya qoyulmuş pyesləri ilə
yanaşı, daha çox sevdiyi və hələ ki heç
bir teatrda tamaşaya qoyulmamış "İki aktrisa
üçün baş rol" və "Pərdəsiz"
adlı pyeslərini də daxil edib.
525-ci qəzet.- 2025.- 7 may(№78).- S.9.