Söz ilə sazın vəhdətində

 

  Yusif Nəğməkar-70

 

 

Ötən əsrin 70-ci illər APİ-sində, yəni indiki N.Tusi adına Pedaqoji Universitetdə oxuduğum dövrdə ədəbiyyata, xüsusən də şeirə güclü axın var idi. Mərhum pedaqoq-alim, professor Xeyrulla Məmmədov demişkən, filologiya fakültəsində hər yüz nəfərdən 70-80-i şeir yazırdı. Hələ başqa ixtisaslar üzrə təhsil alanları qoyaq bir kənara. Sözsüz, bu yazarlar üç qismə bölünürdü: Sıravi həvəskarlar, ortabab, şair və naşirlər, ciddi surətdə sözün sehrinə düşənlər, ədəbiyyatı qayəsinə, məqsədinə çevirənlər, daha doğrusu, ədəbiyyat yaradanlar.

Əlbəttə, "Su axar çuxurun tapar" - deyiblər. Heç kəsi qınamaq olmaz. O yazarları zaman ələyindən keçirdi, sıravilər, ortabablar tamamilə meydandan sıxışdırıldı, yaxşılar da arıtlandı və indiki zəmanəmizəcən 3-4-ü özündə güc-qüvvət tapıb qaldı. Mən o qalanların cərgəsində Yusif Mədəti də görürəm. Yurdumuzun aran bölgəsində doğulan tələbə yoldaşım Yusif "Mədət" soyadını Nəğməkarla əvəzləyib dəyişsə də, bədii sözə inamını, etibarını, etiqadını qətiyyən dəyişmədi. Elə bu sabitqədəmliyi onu çağdaş şeirimizin istedadlı bir nümayəndəsinə çevirdi.

Yusif Nəğməkar şair kimi bu gün cəmiyyətimizdə xeyli populyardır. Onu həmişə məclislərdə, el şənliklərində, yubiley tədbirlərində, yaradıcılıq gecələrində başda görürəm. Gənclik çağlarından sazın, xüsusən də aşıq ədəbiyyatımıza yaxşı bələddir. O, klassik aşıqlarımızdan bayatı, təcnis söyləməkdən doymur. Ancaq bu vurğunluq, kortəbii deyil və qətiyyən mənfi mənada Yusifin yaradıcılığına təsir etməyib. Əksinə, şifahi xalq ədəbiyyatından yerindəcə, lazımınca bəhrələnməyi şeirlərinin də dilini rəvan edib, onların şəhdi-şirəsini artırıb, şirinliyini çoxaldıb.

Yusif Nəğməkarın folklorumuza bağlılığından, sonsuz meylindən danışarkən belə çıxmasın ki, o, ancaq qoşma və gəraylı yazır. Xeyr, bu, belə deyil. Yusif ana dili şeirimizin heca və sərbəst vəznlərində ustalıqla qələm çalır və gözəl əsərlər yaradır. Mən hələ ta erkən gənclik çağlarında Azərbaycanın Xalq şairi, zəmanəsinin görkəmli novator-reformatoru Rəsul Rzanın Yusifin şeirlərini oxuyub bəyəndiyini, hətta "Ədəbiyyat və incəsənət" qəzetində 1977-ci ildə ona "uğurlu yol" yazdığını da xatırlayıram. Etiraf edək ki, Rəsul Rza hər yoldan ötən şeir yazana mətbuatda uğur diləməzdi, mütləq distansiya, ölçü-biçi gözləyərdi... Bu mənada Yusif Xalq şairini yerindən oynatmır, ümidlərini doğrultmurdu.

Təbiilik və səmimilik hər yaradıcı insana əsas cəhət deyil. Yusif Nəğməkarın özü də təbii və səmimidir, şeiri də. Mən indiyəcən bu insanın bir nəfər barədə belə nəsə pis, ötəri danışdığını eşitməmişəm. Çünki peyğəmbərin adaşı şair dostumuz ən qaba adamda belə yaxşı cəhətlər axtarıb-arayır, üzə çıxarır. Bu, böyüklük və müdriklikdir. Alicənablıq, saflıq isə onun iç qatında, zatındadır, kökündədir bu şairimizin...

Yusif Nəğməkar çağdaş poeziyamızı yaxşı mənimsəyib, əzbər bilir, sinədəftərdi. Elə görkəmli söz ustası yoxdur ki, yaradıcılıq laboratoriyasına bələdçiliyi olmasın. Mən onun Xalq şairi, əvəzsiz Bəxtiyar Vahabzadə ilə saatlarla ədəbi söhbətlərinə, hətta bəzən mübahisələrinə heyranlıqla qulaq asmışam. Bəxtiyar müəllimin təvazökarcasına bir sıra şeirlərində işlətdiyi sözlərə görə oxucusundan üzr istəməsi, gənc həmkarına "oğlum, Yusif, sən yaxşı redaktorsan, daha dəqiq ifadə edirsən, haqq sözə nə hacət, o ifadələr həqiqətən yerində deyil söyləməsi, "mütləq onları işarələ, mənə göstər, düzəlt, sənə inanıram" cavabı adi hadisə, ötəri dialoq deyil. Bu səmimiyyəti və inamı ustad-şəyird münasibətlərinin doğmalığı şərtləndirir. Yoxsa Xalq şairi, akademik Bəxtiyar Vahabzadəyə nə gəlmişdi, poeziyada yenicə qədəmləri bərkiyən birinci gənclə söz mücadiləsinə girişsin, yeri gəlmişkən, etirafla zövqünə haqq qazandırsın, tərəfini saxlasın.

İndiyəcən Yusif Nəğməkarın on-on iki kitabını sakitcə oxumuş, şeirlərini saf-çürük etmiş, daha çox bəyəndiklərindən misralar, bəndlər yadımda saxlamışam. Lap bu yaxınlarda çap olunan "Ələsgər zirvəsi" poeması (lirik roman da adlandırmaq mümkündür). Bəlkə də müəllifin özünün də ucalmaq istədiyi zirvə nöqtəsidir. Əlbəttə, hər yaxşı şairin bir belə yetişdiyi an mövcuddur və ona doğru can atmağı təbii haldır. Bu həqiqət ustad sənətkarın ünvanına birbaşa söylənən bir bənd şeir parçasında gözəl ifadəsini tapıb və mən deyərdim ki, Yusif Nəğməkarın poemasının leytmotividir.

 

Salam, kəlam-ədəb, könül risaləm,

Hər an eşitdiyim ustad səsidir.

Duyub seyr etdiyim bu sirli aləm,

Ələsgər şeirinin əfsanəsidir.

 

"Ələsgər zirvəsi" milli şeirimizdə möhtəşəm hadisədir. Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda kitabın müzakirəsi keçirilərkən sıravi oxucu-dinləyici, şair-yazıçı, tənqidçi-ədəbiyyatşünas axınının sıxlığını görən bir çox hörmətli qələm adamları bu qələbəliyi Yusif Nəğməkarın yaradıcılığına oxucu marağı, yaxşı mənada insanların şairə münasibəti, rəğbəti ilə əlaqələndirirdilər.

Böyük rezonans və əks-səda doğuran "Ələsgər zirvəsi" poemasını yazarkən yaxşı mənada Yusif Nəğməkar içini oxuya-oxuya zəhmətə qatlaşıb. O, Ələsgərin dillər əzbəri yaradıcılığını, əfsanəyə çönmüş həyatını bir də dərindən oxuyub, öyrənib. XX əsrin əvvəllərinəcən Göyçə mahalında yaşamış ustad ozanın həm sələflərini, həm də istedadlı xələflərini xatırlayır. Ələsgər bulağının hardan çağladığını, mənbə götürdüyünü göstərir:

 

"Çalmalı" səmtindən Ağlıkəsənin,

Səsini dinləyər qaya, daş bulaq.

Kəlbəcər yönündə o Ağkilsənin

"Axund təpəsi"ndə qaynar "Döşbulaq".

 

Bu da nişan yerləri, bəlli ünvanlar, çağlar bulaq adları, diri ruhlar ocağı...

 

Böyük təbiətlər yaranmış nədən?

Tarixi vərəqlə, dürüst bilgi al.

Aşıq sənətinin banilərindən

Biri Ozan Heydər, birisi Abdal.

 

Dirili Qurbanidən, mürşidi Şah İsmayıl Xətaidən, Misgin Abdaldan, ozan Musadan, Divarqanlı (Tufarqanlı) Abbasdan, Aşıq Alıdan, Xəstə Qasımdan, Nəcəfdən soraq tutur Yusif Nəğməkar. Müəllifin ustalıqla seçdiyi misallar təkcə mətnin məna çalarlarına açar salmır, sözönü kimi dərin mahiyyət daşıyır. Vaxtilə sovet təbliğatının, "savadsız" damğası vurduğu Dədə Ələsgər əslində "Quran"ı oxumuş, ərəb əlifbasını mükəmməl bilmiş, şeirlərində müqəddəs kitabın ayə və surələrindən bəhrələndiyini dönə-dönə etiraf etmişdir: "Əlif"dən dərs aldım, əbsəd oxudum və ya "Dərs almışam, oxumuşam hər aya". Eyni zamanda "oxudum, yetişdim mən bu hesaba". Belə işarələr Ələsgərin şeirlərində gen-boldur və Yusif Nəğməkar ehtiyatla təsirlənmənin səbəblərini xırdalayır:

 

Ünvanlar yaşayır şərəf yeritək,

Zaman əyarını bulub sənətdə.

Nizami, Füzuli zirvələritək,

Ələsgər zirvəsi olub sənətdə.

 

Düşüb o zirvənin qəfil bəndinə,

Qurtulmaq eşqiylə sinəm dağlanıb.

Elə vurulmuşam qıfılbəndinə,

Nitqim qıfıllanıb, dilim bağlanıb.

 

Məlumdur ki, aşıq Ələsgərə onlarla klassik ozan şeirinin növü bəlli olub və kamil ustad bu nümunələrin əksəriyyətində qələmini sınamış, misilsiz irs, xəzinə yadigar qoymuşdur. Yusif Nəğməkar poema-romanında dahi şairə xas forma əlvanlığını saxlamış, Kəlbəcər-Göyçə bölgəsinin etnoqrafik cizgilərini lövhə-lövhə canlandırmış, əsərinin bitkinliyinin qayğısına mətanətlə qalmışdır. Qısaca desək, əgər Ələsgər müxəmməs yaradıbsa, Yusif də bu növə əl atır, qıfılbənd, deyişmə ortaya qoyubsa, mütləq surətdə Yusif ədəbi qəhrəmanının obrazını dolğun yaratmaq naminə qıfılbənd yazır, ondan təsirləndiyini şərəf sayır.

Əlbəttə, söz yox ki, Ələsgər kimi söz xiridarına yüzlərlə şeir, poema həsr olunub, hələ bundan sonra da həsr olunacaq. Ancaq Yusif Nəğməkarın "Ələsgər zirvəsi" yazımızın başlanğıcında vurğuladığımız kimi irihəcimli roman-poemalar, bəlkə də klassik aşığın adına, ruhuna həsr edilmiş ən son şah əsəridir. Həqiqətdir, elə ali mövzular var, gərək naşılıq edib heç girişməyəsən, oxucunu da, özünü də kor-peşman qoymayasan. Çağdaş şeirimizin öncülü kimi Yusif Nəğməkar belini şax tuta bilər, çünki gözəl əsər yazıb. Onsuz da Dədə Ələsgər Dədə Qorqud kimi bizimdi, şair qardaşımız onu daha da doğmalaşdırıb, özümüzünküləşdirib, təkrarən bənzərsiz surətini yaradıb:

 

Namərdlə, nakəslə hədələşirdin,

Zamanda zamanla vədələşirdin...

Dədəm Qorqud kimi dədələşirdin,

Qəlbinlə qəlbləri sardın, Ələsgər.

 

"Ələsgər zirvəsi" kitabı başdan-ayağa cinas qafiyələrdən, bir-birinə uyuşmayan söz və ifadlərin qəribə və heyrətamiz şəkildə uyğunlaşdırılmasından ibarətdir. Yusif ən köhnə, əski sözlərə yeni don biçir, onları hikmət yükü ilə dolğun səmtə yönəldir, təravət verməklə pərvazlandırır, hərəkətə gətirir. Kim nə deyir-desin, bədii söz yalnız talantların hesabına Füzulu demişkən, "əhya" (dirilik) tapır, ovsunlayır, ruh dincəldir. Yoxsa soyuq ürəklə heç nəyə nail olmaq mümkün deyil. Bu misralarda olduğu kimi...

 

Yanıb yanğınların yeri,

Donub tellərin səs gəri...

Anıb Dədə Ələsgəri

Dinsin qopuz, ötsün Ozan.

 

Özünün yubileyi ərəfəsində (70 yaş çataçatdadı) çap etdirdiyi (Bakı, "Zərdabi Nəşr" MMC, 2024), lakin göründüyü kimi, xeyli vaxtnı qurban verdiyi "Ələsgər zirvəsi" kitabı tanınmış şair dostumuzun çoxsaylı oxucusuna töhfəsidir. Bu ərməğanın hazırlanmasında redaktoru (professor) Asif Rüstmlinin, maraqlı ön söz yazmış Hikmət Məlikzadənin, tədqiqatçı alimlərdən Nağdəli Keştəklinin, Adilə Nəzərin də rolları var və məsləhətləri müəllifin əlindən tutub.

Şübhəsiz, əsas mənbə-güzgü və bulaq suyu qədər saf, duru Ələsgər poeziyası, bütöv Ələsgər şəxsiyyətidir. Çünki Ələsgər şeiri daim mənəviyyatımızı zəginləşdirən, bizim ruhumuzu yüksəldən poeziyadır. Bir şair olaraq Yusif Nəğməkar isə dili kəlmə kəsəndən sazın və sözün vəhdətində köklənmiş, ilham almağı, təskinlik tapmağı, kövrəlib dolmağı bacarmış, ədəbiyyatımızda özünəməxsus mərtəbəyə çatmışdır.

ün ağlınız sizə bələdçi olur.

Huma görə, ehtiraslar nə rasional, nə də irrasional olmadığı üçün, hərəkətləri irrasional edə bilən yeganə şey batil inanclardır. Məsələn, uça biləcəyinə dair yanlış inancın varsa, paraşütsüz təyyarədən tullanmaq ağılsızlıqdır. Ancaq uçmaq ehtirasını doyurmaq üçün təyyarədən paraşütlə tullanmaq ağılsızlıq olmaz.

Həqiqətən də, Humun yəqinincə, nə qədər qəribə görünsə də, hər hansı bir hərəkət bütün digərlərini üstələyən ehtirasla idarə olunursa, biz heç vaxt bu hərəkəti irrasional adlandıra bilmərik. O hətta deyir ki, "barmağımın sağ qalmasındansa, bütün dünyanın məhv olmasını üstün tutmaq ağılsızlıq deyil". Lakin tamamilə yad birinin həyatını bir az da yaxşılaşdırmaq üçün öz həyatınızın tamamilə məhv olmasına icazə vermək də ağılsızlıq sayılmaz. Verdiyimiz bu misalların heç biri irrasional ola bilməz, çünki nə ehtiraslar, nə də ehtiraslara əsaslanan hərəkətlər, yalançı inanclarla birləşməyincə və ya üst-üstə düşmədikcə irrasional deyildir. Əgər barmağınıza zərər verməmək istəyiniz güclüdürsə və dünyanın məhv olmasının qarşısını almaq istəyiniz zəifdirsə, barmağınıza zərər verməkdənsə, dünyanın məhv olmasına icazə vermək məntiqlidir!

Humdan fərqli olaraq, bəzi filosoflar düşünürlər ki, bəzən yalnız ağıl bizə nə edəcəyimizi söyləyə bilər. Məsələn, hər hansı bir insanın özünə zərər verməsi və ya başqalarına zərər verməsi heç bir səhv etmədiyi müddətcə ağılsızlıq ola bilər.

Huma görə, ən güclü ehtiraslarınız buna mane olsaydı, özünüzə və ya başqa bir insana zərər vermək mütləq məntiqsiz olardı. Çünki əgər insan nə özünü, nə də başqalarını düşünmürsə, bu insan nə özünə, nə də başqalarına zərər verəcəyi bir vəziyyətdə məntiqsiz hərəkət etməz.

Müasir fəaliyyət nəzəriyyələri Humun nəzəriyyəsindən qat-qat mürəkkəbdir. Humdan sonra filosoflar onun arqumentinin qaldırdığı iki əsas sual arasında fərq qoydular, hər ikisi bu gün də müzakirə olunur. Məntiq yoxsa ağıl? İnsan rasional varlıqdır, yoxsa irrasional?

Bunlar arzulamağın fəlsəfi məsələləridir... Qayıdaq sıravi kəslərin həyatında yol nişanlarına çevrilmiş, qırmızı işarələrlə, böyük hərflərlə yazılmış arzulara. Dünya dəyişdikcə həmin arzuları da əlimizdən almağa başladı. Müasir fəlsəfənin və sosiologiyanın ən böyük problemlərindən biri olan depressiya, yorğunluq, fərdiyyətçilik insana xəyal qurdurmur, arzu tutdurmur, ümid etdirmir, dua üçün əllərini açdırmır. Ovuc qədər ekranlara həbs edilmiş sosial həyatımızda sabah üçün nə istəyəcəyimizi biz yox, başqaları və trendlər müəyyən edir. Beləcə, arzulamaq vərdişimiz, ehtirasımız da itib gedir. Yeni dünyanın insanı ibtidai duyğularını rəqəmsallaşdırmaqla məşğul ikən, aliliyə doğru yol almır, sürətlə ondan uzaqlaşır.

 

Ağacəfər HƏSƏNLİ

525-ci qəzet.- 2025.- 8 may(№79).- S.12.