Aristokrat
XALQ YAZIÇISI ELÇİNİN YENİ YAŞINA
Həyat, təfəkkür və yazı tərzinə
dərindən bələd olduğum Xalq
yazıçısı Elçin şəxsiyyətini bir
sözlə ifadə etmək lazım gələrsə,
Aristokrat kəlməsini seçərdim. Azərbaycan ədəbi,
elmi, ictimai fikir və müstəqil dövlət quruculuğu
tarixində parlaq iz qoymuş Elçin haqqqında
düşünəndə onun universitet illərində
oxuduğum bir məqaləsində ədəbi tənqidi
xarakterizə edən fikrini xatırladım:
"Prinsipiallıq bizim qəbul etdiyimiz konteksdə olduqca
çoxmənalı bir anlayışdır: prinsipial tənqid
- hər şeydən əvvəl, obyektiv tənqid deməkdir,
prinsipial tənqid hər şeydən əvvəl, yüksək
elmi-nəzəri tənqid deməkdir, prinsipial tənqid - hər
şeydən əvvəl, vətəndaş qeyrəti,
mütəfəkkir cəsarəti deməkdir, prinsipial tənqid
- hər şeydən əvvəl, sağlam mübarizə məfkurəsi
deməkdir, yüksək bədiyyat uğrunda mübarizə
deməkdir". Elçinin milli, mənəvi dəyərlərdən
yoğrulmuş, ərsəyə gəlmiş bu qənaəti
onunyazıçı, vətəndaş kimi özünün
aristokrat obrazını, bənzərsiz portretini də göz
önündə canlandırır.
Sözün qüdrətini müqəddəs
kitabımızda təsvir olunduğu qədər dərindən
dərk edən, onun qədrini Füzuli qədər bilən,
nəbzini tutan, gücünü yaradılışdan qəlbində
duyan, hiss edən qələminə ötürməyi bacaran
böyük sənətkarın həm demək olar ki,
bütün bədii, elmi, publisistik irsini mütaliə edən
oxucusu kimi, həm də 30 ildən çox bir yerdə
çiyin-çiyinə çalışan silahdaşı
kimi bu fikirdəyəm ki, Elçində kübar insanlara xas
keyfiyyətlərin hamısı cəmlənib. O, həyatın
"dibindən", "zirvəsindən" yazanda da, tənqid
edəndə və tənqidə cavab verəndə də,
ünsiyyətində, davranışında,
dünyagörüşündə, yerişində, məclislərdə,
tədbirlərdə, geyimində də aristokratdır.
Elçin haqqında yazılanları bir yerə
toplasan, bəlkə də ədibin on cildliyindən iri həcmdə
kitab əmələ gələr. "O inanırdı"
adlı hekayəsi ilə (1959) yaradıcılığa
başladığı ilk vaxtdan ədəbi ictimaiyyətin, tənqidin,çoxsaylı
oxucu auditoriyasının diqqətini çəkən
Elçin haqqında ölkəmizdə və xaricdə
sayı-hesabı bilinməyən məqalələr,
monoqrafiyalar, dissertasiyalar yazılıb, simpozium və
konfraslarda məruzələr oxunub. Onun hekayə, povest, roman,
ssenariləri, ekranlaşdırılmış, səhnələşdirilmiş
əsərlərinin, elmi, publisistik irsinin ideyası, dili,
üslubu, sənətkarlıq problemləri qəzet, jurnal, məcmuələrdə,
radio, televiziya kanallarında müntəzəm və mükəmməl
işıqlandırılıb. Məmməd Cəfər Cəfərov,
Mir Cəlal, Məmməd Arif, Həmid Araslı, Mirzə
İbrahimov, Mehdi Məmmədov, Kamal Talıbzadə, Aydın
Məmmədov, Əziz Mirəhmədov, Bəkir Nəbiyev,
Yaşar Qarayev, Yusif Səmədoğlu, Anar, İsa Həbibbəyli,
Kamal Abdulla, Nərgiz Paşayeva, Tofiq Hacıyev, Nizami Cəfərov,
Nizaməddin Şəmsizadə, Vilayət Quliyev, İmamverdi
Əbilov, Cahangir Məmmədli, Rəşad Məcid, Azər
Turan, Vaqif Yusifli, Nizami Tağısoy... kimi nüfuzlu qələm
sahibləri Elçin yaradıcılığına ən
müxtəlif rakuslardan nəzər salmış, yüksək
dəyərləndirmişlər. Elçinin "Qatar.
Pikasso. Latur. 1968", "Beş qəpiklik motosikl",
"Qırmızı ayı balası",
"Gümüşü, narıncı, məxməri",
"Bu dünyada qatarlar gedər", "Baladadaşın
ilk məhəbbəti", "Bülbülün
nağılı", "Beş dəqiqə və əbədiyyət",
"Mehmanxana nömrəsində görüş",
"Hövsan soğanı", "Qırmızı qərənfil
gülləri Pera palas otelində qaldı", "Sarı gəlin",
"Araba", "Qarabağ şikəstəsi","Bir
görüşün tarixçəsi", "Kaşeyin
taleyi", "Canavarlar"... adlı bənzərsiz hekayələri,
"Bir görüşün tarixçəsi",
"Toyuğun diri qalması", "Bayraqdar",
"Əncir ağacı", "Dolça",
"Şuşaya duman gəlib" kimi sanballı povestləri,
"Poçt şöbəsində xəyal", "Ah,
Paris!.. Paris!..", "Mən sənin dayınam", "Dəlixanadan
dəli qaçıb, yaxud mənim sevimli dəlim", "Mənim
ərim dəlidir", "Qatil", "Şekspir" və
sair kimi pyesləri, Azərbaycan tarixi
romançılığında xüsusi mərhələ
olan"Mahmud və Məryəm", "Ağ dəvə",
"Ölüm hökmü", "Baş" əsərləri
bədii xəzinəmizin incilərindəndir.
Elçin və ədəbi tənqid, onun elmi-nəzəri
görüşləri ayrıca bir mövzudur.
Çağdaş ədəbiyyatşünaslığımızın
patriarxı Yaşar Qarayev Elçinin bu istiqamətdəki fəaliyyətini
belə dəyərləndirirdi: "Xalq
yazıçısı və görkəmli ədəbiyyatşünas-tənqidçi
Elçinin "Azərbaycan ədəbi tənqidinin və ədəbi
prosesin problemləri", "Sosialist realizmi bizə nə
verdi", "Aqoniya, yoxsa təkamül? XIX əsr Azərbaycan
ədəbiyyatına bir nəzər", Moskvada rus dilində
çıxmış irihəcmli "Arzu, həyat, ədəbiyyat"
tənqidi məqalələr toplusu və sair kimi əsərləri
milli ədəbi irsin və çağdaş ədəbi
prosesin yenidən dəyərləndirilməsi
baxımından əsaslı addımlar olmuşdur".
Elçinin yazıçı, publisist, dramaturq, tərcüməçi,
tənqidçi kimi ədəbi mühitə əbədi
möhür vurduğu inkaredilməzdir. Bununla yanaşı, o,
ictimai, dövlət xadimi kimi fəaliyyəti ilə də
müstəqillik dövrü tariximizə öz adını həmişəlik
həkk edib desək, yanılmarıq. Sovet rejiminin süqutu ərəfəsində
- 1987-ci ilin son günlərində təsis olunan Xaricdə
Yaşayan Həmvətənlərlə Azərbaycan Mədəni
Əlaqələr Cəmiyyəti - "Vətən" Cəmiyyətinin
sədri vəzifəsində işləyərkən
Elçinin bütün təzyiqlərə, təhdidlərə
rəğmən, milli maraqlar, milli birlik naminə qətiyyətli,
prinsipial, fədakar, təmənnasız fəaliyyəti
gözümün qabağında olub. Azərbaycandakı sovet
hakimiyyəti, partiyanın Mərkəzi Komitəsi aqoniya, can
verməkdə, çaşqınlıq vəziyyətində
olanda böyük bir milli missiyanı "Vətən" Cəmiyyəti
öz üzərinə götürüb, bu cəmiyyət
sanki milli dirçəlişə təkan verən ideoloji mərkəzə
çevrilib. Mərkəzi Komitənin iki
addımlığında yerləşən "Vətən"
Cəmiyyəti Ermənistandan, Dağlıq Qarabağ və ətraf
rayonlardan qaçqın, köçgün düşənlərin
ümid, pənah yer olmuşdu. Respublikamız informasiya
blokadası şəraitində olduğu dövrdə baş
verən ictimai-siyasi proses, Milli azadlıq hərəkatı,
Dağlıq Qarabağda növbəti dəfə baş
qaldıran erməni separatizmi, vəhşiliyi ilə
bağlı həqiqətlər, onun fəsadları, nəticələri
haqqında o zaman Allahın lütfündən təsadüfən
Moskvanın təhlükəsizlik orqanları, senzura tərəfindən
qeydiyyata alınmayan ölkəmizdəki yeganə teleks
(faksdan əvvəlki nəsil beynəlxalq abonent
teleqrafının telefonlu rabitə şəbəkəsi) gecə-gündüz
xaricə, xüsusilə Türkiyə və Pakistanın
kütləvi informasiya vasitələrinə məlumatlar
ötürürdü.
"Vətən" Cəmiyyətinin vasitəsi ilə
xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin mənəvi
varisləri - Ankaradakı Azərbaycan Milli Mərkəzinin və
Ankaradakı Azərbaycan Kültür Cəmiyyətinin baş
katibi Məhəmməd Kəngərli, mühacir təşkilatının
qurucularından Əhməd Qaraca və digərləri ilə
ilk dəfə siyasi mühacirlər kimi Vətəni ziyarətə
gəlmişdilər. "Vətən" Cəmiyyəti
İstanbuldakı Azərbaycan türkləri kültür və
dayanışma dərnəyinin təşkilatçılığı
ilə 1989-cu il noyabrın 3-6-da keçirilən Azərbaycan
Mədəniyyət Mərkəzlərinin I Beynəlxalq
qurultayının işində fəal iştirak etmişdi.
"Vətən" Cəmiyyəti, onun qısa
müddətdə tirajı 250 minə, oxucularının
sayı bir milyona çatan orqanı "Odlar yurdu" qəzeti
70 ildən sonra ilk dəfə xaricdə yaşayan həmvətənlərlə,
onları birləşdirən mədəniyyət mərkəzləri
ilə sıx əlaqə yaratmağa, əməkdaşlıq
etməyə nail oldu. Xarici ölkələrdə Azərbaycan
mədəniyyətini təbliğ etmək, tanıtmaq məqsədilə
çox sayda mədəni-kütləvi tədbirlər, konfrans,
simpozium və görüşlər keçirilirdi. Azərbaycanın
ictimai-siyasi, ədəbi-mədəni həyatında,
azadlıq mücadiləsində misilsiz xidmətlər
göstərmiş, lakin sovet rejimi və kommunist
ideologiyasının düşməni kimi böhtan və
iftiralarla gözdən salınan, unudulmasına
çalışılan şəxsiyyətlərin, o cümlədən
Əli bəy Hüseynzadənin, Əhməd bəy
Ağaoğlunun, Məhəmməd Əmin Rəsulzadənin,
Fətəli xan Xoyskinin, Əlimərdan bəy
Topçubaşovun, Ceyhun bəy Hacıbəylinin, Şəfi
bəy Rüstəmbəylinin, Nəsib bəy Yusifbəylinin,
Mirzə Bala Məmmədzadənin, Xəlil Xasməmmədovun,
Xudadat bəy Rəfibəylinin, Nağı
Şeyxzamanlının... həyat və fəaliyyətinin,
irsinin gerçək mənzərəsi Azərbaycan
xalqına təqdim olundu. Cəmiyyət dünya şöhrətli
şərqşünaslarla, türkoloqlarla, azərbaycanşünaslarla,
onların irsi ilə ölkə ictimaiyyətini məlumatlandırdı.
A.Benniksen, T.Svyataxovski, O.Altstadın Azərbaycanla bağlı
tədqiqatları geniş əks-səda doğurdu, rəğbət
qazandı. Böyük mütəfəkkir-yazıçı
Mirzə Fətəli Axundzadənin anadan olmasının 175
illik yubileyi münasibəti ilə "Vətən" Cəmiyyətində
xaricdən dəvət olunmuş elm, mədəniyyət, ədəbiyyat
və incəsənət xadimlərinin iştirakı ilə
keçirilən görüş (31 oktyabr, 1988) həm
miqyası, həm də məzmunu ilə tarixə
düşüb. "Vətən" Cəmiyyəti Rəyasət
heyətinin sədri Elçinin açdığı və
geniş nitq söylədiyi tədbirdə adlı-sanlı
elm, mədəniyyət, ədəbiyyat, incəsənət
xadimləri xaricdən İren Melikoff, Turxan Gənceyi,
Əbdüllətif Bəndəroğlu, Sərvər Tanilli,
Qulamrza Təbrizi, İlbər Ortaylı, Şapur Ənsari,
Canpyero Bellinceri, Əli Yavuz Akpınar, Şirin Melikoff,
İldırım Dağyeli, Yusif Gədikli, Əyyub və
Davud İmdadian qardaşları, Rza Diqqəti, London
Universitetinin professoru Turxan Gənceyi, "Ana dili" qəzetinin
(Bonn) redaktoru Nurəddin Qərəvi, "Xəzər"
jurnalının (İstanbul) baş redaktoru Həmid Turan,
Fransa Müqavimət Hərəkatının
iştirakçısı İbadulla Əzimzadə və b.
maraqlı məruzələrlə çıxış
etmişlər.
Sonrakı illər onlarca həmvətən, yaxud Azərbaycan
xalqının, mədəniyyətinin dostları, o cümlədən
İstanbuldakı Azərbaycan kültür və
dayanışma dərnəyinin sədri Nihad Çətinqaya,
Stokholmdakı Azərbaycan əncüməninin sədri
Möhsün Kərimi, Almaniyada yaşayan həmvətənlərimiz
doktor Hadi Amid və Yücel Feyzioğlu, Madriddə
çıxan "Dədə Qorqud" jurnalının
redaktoru Cəlal Erkin, Türkiyənin tanınmış
jurnalisti, teleaparıcı Mehmet Ali Birand, dünya şöhrətli
rəssamlar Əkbər Behkəlam və İbrahim Əhrari,
"Amerikanın səsi" radiostansiyasının Azərbaycan
bölməsinin rəhbəri Həsən Cavadi, həmin
radionun əməkdaşı Bulud Mehmandarlı, ədəbiyyatşünas
Məmmədəli Fərzanə, o taylı-bu taylı Azərbaycanın
həsrət səsi, xanəndə Yaqub Zurufçu "Vətən"
Cəmiyyətinin qonağı olub.
20 Yanvar faciəsinin törədiləndə "Vətən"
Cəmiyyəti bütün qüvvəsini səfərbərliyə
aldı: Bakıda fövqəladə vəziyyət, komendant
saatı olmasına baxmayaraq, sovet əsgərlərinin
Bakının küçələrində törətdiyi
cinayətlər, onların izləri video və fotolara
köçürüldü, teleks və telefonlar vasitəsi
ilə xarici KİV, həmvətənlər, onları birləşdirən
mədəniyyət mərkəzləri məlumatlandırıldı.
Unudulmaz Ramiz Əsgərin
redaktor olduğu "Odlar yurdu" qəzeti hərbi senzuranın
qadağalarına baxmayaraq, 20 Yanvar faciəsini "Səhər"
qəzeti ilə birlikdə ölkədə ilk dəfə
bütün çılpaqlığı ilə öz səhifəsində
işıqlandırdı. Sonralar Cəmiyyətin sədr
müavini olmuş Əkrəm Qaflanoğlu xatırlayır:
"Bakı şəhər komendantı general Dubinyak sağ
və sol tərəfində əli avtomat silahlı dəstəsi
ilə "Vətən" Cəmiyyətinin qarovulçusu
Telmanı (o Ermənistan qaçqını idi) vəhşicəsinə
kənara itələyərək ikinci mərtəbəyə
- Elçinin kabinetinə soxulmuşdu. General Dubinyak əlində
tutduğu "Odlar yurdu" qəzetini Elçinə göstərərək:
- Şəhərdə komendant vəziyyətidir,
senzura elan edilmişdir. Foto çəkmək, qəzet
buraxmaq, xüsusi ilə uşaq, qadın meyitlərinin
fotolarını dərc etmək qəti qadağandır. Buna
baxmayaraq, əməkdaşlarınız qaydaları pozur,
insanları da buna təhrik edirlər.
Elçin müəllim soyuqqanlı halda:
- Əməkdaşlar böhtan atmır, yalan
yazmır, yalnız həqiqəti yayırlar.
Elçinin sözlərindən azğınlaşan
Dubinyak daha da ucadan bağırdı:
- Aha, deməli, bundan sizin xəbəriniz var, deməli,
onlar sizin tapşırığı icra edirlər!
Elçin təmkinini pozmadan sakitcə:
- Onlar peşə borclarını yerinə yetirirlər
- deyəndə rus generalı Elçinin döşündəki
Azərbaycan SSR Ali Sovetinin deputatı nişanına işarə
vuraraq:
- O, sizi bu dəfə xilas etdi, ikinci dəfə bu olmayacaq! - deyib silahlılarla
birlikdə kabineti tərk etdi.
"Vətən" Cəmiyyətinin orqanı
"Odlar yurdu" qəzeti
ölkədə yeganə mətbu orqandır ki, Azərbaycan
SSR Ali Sovetinin yanvar ayının 21-də keçirilmiş
fövqəladə sessiyası barədə məlumatı və
onun "Bakı şəhərində Fövqəladə vəziyyətin
ləğv olunması haqqında" qərarını dərc
etmişdi. Sessiyanın keçirilməsində Elçinin
xüsusi rolu olub. Elçinin səyi ilə 1990-cı il
noyabrın 26-da "Vətən" Cəmiyyətinin dəvəti
ilə ölkəmizə gələn ABŞ konqresinin
üzvü, Demokratlar Partiyasının liderlərindən
biri, tanınmış siyasi xadim Cim Mudi və onu
müşayiət edən nümayəndə heyəti ilə
geniş tərkibli görüş keçirilmiş, ABŞ
konqresmeninə Azərbaycanda baş verən ictimai-siyasi proseslər,
erməni təcavüzü ilə bağlı hərtərəfli,
geniş məlumat verilmişdi. Cim Mudinin timsalında ilk dəfə
Şəhidlər xiyabanı rəsmi ziyarət edilmiş, məzarlar
üzərinə əkillər qoyulmışdu...
Əlbəttə, bir yazıda böyük
yazıçının, görkəmli ictimai və dövlət
xadiminin çoxşaxəli, məhsuldar faydalı, fədakar
fəaliyyətini tam əhatə etmək
mümkünsüzdür. Lakin onun ömür və
yaradıcılıq yolunu izlədikcə, həyatını
xalqın tərəqqisinə həsr etmiş Elçinin
aristokrat siması gözlərin qarşısında
canlanır. Aristokrat ədibimiz yaşının bu
çağında da yazı masası arxasındadır. O,
"Dildə, fikirdə və əməldə birlik"
şüarı ilə türk birliyi ideyasının təməlini
qoyan İsmayıl Qaspiralının məşhur kəlamlarından
birini sanki özünə həyat kredosu seçib: "Millətə
xidmət etmək istəyirsənsə, əlindən gələn
işlə başla!"
05.05.2025ün ağlınız sizə bələdçi
olur.
Huma görə, ehtiraslar nə rasional, nə də
irrasional olmadığı üçün, hərəkətləri
irrasional edə bilən yeganə şey batil inanclardır. Məsələn,
uça biləcəyinə dair yanlış inancın varsa,
paraşütsüz təyyarədən tullanmaq
ağılsızlıqdır. Ancaq uçmaq ehtirasını
doyurmaq üçün təyyarədən paraşütlə
tullanmaq ağılsızlıq olmaz.
Həqiqətən də, Humun yəqinincə, nə
qədər qəribə görünsə də, hər
hansı bir hərəkət bütün digərlərini
üstələyən ehtirasla idarə olunursa, biz heç
vaxt bu hərəkəti irrasional adlandıra bilmərik. O hətta
deyir ki, "barmağımın sağ qalmasındansa,
bütün dünyanın məhv olmasını üstün
tutmaq ağılsızlıq deyil". Lakin tamamilə yad
birinin həyatını bir az da yaxşılaşdırmaq
üçün öz həyatınızın tamamilə məhv
olmasına icazə vermək də ağılsızlıq
sayılmaz. Verdiyimiz bu misalların heç biri irrasional ola
bilməz, çünki nə ehtiraslar, nə də ehtiraslara əsaslanan
hərəkətlər, yalançı inanclarla birləşməyincə
və ya üst-üstə düşmədikcə irrasional
deyildir. Əgər barmağınıza zərər verməmək
istəyiniz güclüdürsə və dünyanın məhv
olmasının qarşısını almaq istəyiniz zəifdirsə,
barmağınıza zərər verməkdənsə,
dünyanın məhv olmasına icazə vermək məntiqlidir!
Humdan fərqli olaraq, bəzi filosoflar
düşünürlər ki, bəzən yalnız
ağıl bizə nə edəcəyimizi söyləyə
bilər. Məsələn, hər hansı bir insanın
özünə zərər verməsi və ya
başqalarına zərər verməsi heç bir səhv etmədiyi
müddətcə ağılsızlıq ola bilər.
Huma görə, ən güclü ehtiraslarınız
buna mane olsaydı, özünüzə və ya başqa bir
insana zərər vermək mütləq məntiqsiz olardı.
Çünki əgər insan nə özünü, nə də
başqalarını düşünmürsə, bu insan nə
özünə, nə də başqalarına zərər verəcəyi
bir vəziyyətdə məntiqsiz hərəkət etməz.
Müasir fəaliyyət nəzəriyyələri
Humun nəzəriyyəsindən qat-qat mürəkkəbdir.
Humdan sonra filosoflar onun arqumentinin qaldırdığı iki əsas
sual arasında fərq qoydular, hər ikisi bu gün də
müzakirə olunur. Məntiq yoxsa ağıl? İnsan
rasional varlıqdır, yoxsa irrasional?
Bunlar arzulamağın fəlsəfi məsələləridir...
Qayıdaq sıravi kəslərin həyatında yol
nişanlarına çevrilmiş, qırmızı işarələrlə,
böyük hərflərlə yazılmış arzulara.
Dünya dəyişdikcə həmin arzuları da əlimizdən
almağa başladı. Müasir fəlsəfənin və
sosiologiyanın ən böyük problemlərindən biri olan
depressiya, yorğunluq, fərdiyyətçilik insana xəyal
qurdurmur, arzu tutdurmur, ümid etdirmir, dua üçün əllərini
açdırmır. Ovuc qədər ekranlara həbs
edilmiş sosial həyatımızda sabah üçün nə
istəyəcəyimizi biz yox, başqaları və trendlər
müəyyən edir. Beləcə, arzulamaq vərdişimiz,
ehtirasımız da itib gedir. Yeni dünyanın insanı
ibtidai duyğularını rəqəmsallaşdırmaqla məşğul
ikən, aliliyə doğru yol almır, sürətlə ondan
uzaqlaşır.
Abid TAHİRLİ
525-ci qəzet.- 2025.- 8 may(№79).- S.10;11.