Gənclər Kitabxanasında Xalq rəssamı
Əzim Əzimzadənin xatirəsi anılıb
Respublika Gənclər Kitabxanasında Xalq rəssamı,
Azərbaycan karikatura sənətinin banisi Əzim Əzimzadənin
anadan olmasının 145 illiyi ilə bağlı materiallar
hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, materialda Əzim
Əzimzadənin incəsənət və pedaqoji sahədə
olan fəaliyyəti, “Molla Nəsrəddin”, “Tuti”, “Baraban”, “Zənbur”,
“Kəlniyyət” kimi jurnallarda işləyərək ölkəmizdə
satirik qrafika və karikatura janrının əsasını
qoyması, “Varlı evində toy”, “Köhnə
bakılılar”, “Qurban bayramı”, “Qız övladının
dünyaya gəlişi” kimi rəsm əsərlərinin
müəllifi olması haqqında məlumat təqdim edilib.
Həmçinin rəssamın Azərbaycanda kitab
qrafikası sənətinin yaranması və inkişafı
istiqamətində gördüyü işlər haqqında məlumatlar,
teatr tamaşaları üçün çəkdiyi geyim
eskizləri və dekorasiyaların görüntüləri
öz əksini tapıb.
Görkəmli rəssamın bir çox dünya
muzeylərdə sərgilənən rəsmlərdən
nümunələrin yer aldığı material kitabxananın
rəsmi saytında nümayiş olunub.
525-ci qəzet.- 2025.- 8 may(¹79).- S.9.