Ağdam ictimaiyyəti Ümummilli
lideri Filarmoniyada konsertlə yad edib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət
Akademik Filarmoniyasında “Konstitusiya və Suverenlik İli”
çərçivəsində Ulu öndər Heydər
Əliyevin anadan olmasının 102 illiyinə həsr
olunmuş konsert proqramı təşkil edilib.
Ağdam Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan
Partiyası Ağdam Rayon Təşkilatının, Elm və Təhsil
Nazirliyinin və Azərbaycan Dövlət Akademik
Filarmoniyasının birgə təşkilatçılığı
ilə baş tutan tədbirdə Rayon İcra Hakimiyyətinin
başçısı Vaqif Həsənov, aparatın əməkdaşları,
Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi
aparatın sədri Tahir Budaqov, Yeni Azərbaycan Partiyası
Ağdam rayon Təşkilatının sədri Mansur Quliyev,
Milli Məclisin deputatları Aqil Abbas, Bəxtiyar Əliyev, Azərbaycan
Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov,
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev,
ziyalılar və ictimaiyyət nümayəndələri,
Ağdam Musiqi Kollecinin müəllim və tələbə
heyəti iştirak edib.
Tədbir Dövlət Himninin səsləndirilməsi
ilə başlanıb, ölkəmizin ərazi
bütövlüyü və suverenliyi uğrunda şəhid
olmuş Vətən övladlarının və Ulu öndər
Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik
sükutla yad edilib.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin
həyat və fəaliyyətindən bəhs edən
videoçarx iştirakçılara təqdim olunub.
Tədbirdə Ağdam Musiqi Kollecinin “Qarabağ”
instrumental ansamblının müşayiəti ilə
Respublikanın əməkdar artisti Fehruz Səxavətin və
kollecin müəllim və tələbə heyətinin
ifasında rəngarəng musiqi nömrələri dinlənilib.
Sonda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.
525-ci qəzet.- 2025.- 9 may(¹80).- S.13.