Gənclər
Kitabxanasında Xalq yazıçısı Maqsud İbrahimbəyova
həsr edilən elektron məlumat bazası hazırlanıb
Azərbaycan ədəbiyyatının görkəmli
nümayəndəsi, Xalq yazıçısı, Dövlət
mükafatı laureatı, tanınmış ictimai xadim Maqsud
İbrahimbəyovun anadan olmasının 90 illiyi münasibətilə
Cəfər Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında onun həyat və
yaradıcılığına həsr edilən elektron məlumat
bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, kitabxananın rəsmi
saytında yerləşdirilən elektron məlumat bazasında
yazıçının həyat və fəaliyyətinin əsas
tarixləri, bir sıra görkəmli şəxslərinin
onun haqqında söylədikləri dəyərli fikirlər,
rəsmi sənədlər, layiq görüldüyü orden,
mükafat və fəxri adlarla yanaşı, filologiya elmləri
doktoru Vaqif Yusiflinin “Mənim tanıdığım Maqsud
İbrahimbəyov”, Əməkdar jurnalist Əli Nəcəfxanlının
“Ədəbiyyatımızın zadəgan nasiri” kimi məqalələrinin
tam mətni təqdim edilir. Azərbaycan və rus dillərində
tərtib edilən elektron bazada Maqsud İbrahimbəyovun məcmuələrdə,
dövri mətbuatda dərc edilmiş bədii əsərlərinin,
publisistik məqalələrinin, yazıçı haqqında
qələmə alınan kitabların, məqalələrin
siyahıları yer alır.
525-ci qəzet .-2025.- 13 may(¹81).- S.14.