Tanınmış şair Qəşəm
Nəcəfzadə ilə görüş keçirilib
Xəzər rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında
tanınmış şair, Əməkdar mədəniyyət
işçisi Qəşəm Nəcəfzadə ilə
görüş keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Gülümsə Qəşəm...”
adlı görüşdə 149 və 292 nömrəli məktəbin
müəllim və şagird kollektivi, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, şair Banu Mühərrəm,
kitabxananın fəal oxucuları iştirak ediblər.
Görüş zamanı müasir Azərbaycan ədəbiyyatının
tanınmış şairlərindən biri olan Qəşəm
Nəcəfzadənin həyat və
yaradıcılığı haqqında videoçarx
nümayiş olunub, şairin poeziyasından nümunələr
səsləndirilib.
Öz yaradıcılığı və kitabları
barədə söz açan Qəşəm Nəcəfzadə
görüş iştirakçıları üçün
seçilmiş şeirlərini səsləndirib, oxucuların
ona ünvanladığı sualları cavablandırıb.
Yekunda şair öz növbəsində səmimi
görüşün təşkilinə görə hər kəsə
minnətdarlığını bildirib.
525-ci qəzet .-2025.- 13 may(№81).- S.14.