Azərbaycan
musiqiçiləri Füceyrə Beynəlxalq Ud Forumunda
uğurla təmsil olunublar
Birləşmiş Ərəb Əmirliklərinin
Fücəyrə əmirliyində “Bir ud, müxtəlif mədəniyyətlər”
şüarı altında keçirilən Füceyrə Beynəlxalq
Ud Forumunun açılış mərasimi olub. Forum Füceyrə
Valisinin vəliəhd şahzadəsi, əlahəzrət
Şeyx Məhəmməd bin Həməd əl-Şərqinin
dəstəyi ilə həyata keçirilib.
Bakı Musiqi Akademiyasından AZƏRTAC-a bildirilib ki, tədbirin
açılış mərasimində 50 beynəlxalq musiqiçidən
ibarət orkestrin müxtəlif musiqi janrlarını birləşdirən
konsert proqramı təqdim olunub. Forum çərçivəsində
fərdi və qrup çıxışları, ustad dərsləri,
eləcə də tanınmış ud
ifaçılarının iştirakı ilə maraqlı sərgilər
təşkil edilib.
Azərbaycan musiqiçiləri də bu nüfuzlu beynəlxalq
tədbirdə fəal iştirak ediblər. İstedadlı
musiqiçilərimiz Rəşad İbrahimov, Təbriz
Yusubov, Çinarə Heydərova, Nisbət Sədrayeva,
İdris Hüseynov, Vüsal Bayramov və Rafael Əsgərov
yüksəksəviyyəli çıxışları ilə
tamaşaçıların və münsiflərin rəğbətini
qazanaraq mükafatlandırılıblar.
Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti,
professor Yeganə Axundova isə forumda Fəxri qonaq qismində
iştirak edib.
525-ci qəzet .-2025.- 13 may(№81).- S.14.