Gənclər Kitabxanasında “Kürəkçay”
müqaviləsi haqqında icmal
Respublika Gənclər Kitabxanasında Kürəkçay”
müqaviləsinin 220 illiyi münasibətilə biblioqrafik icmal
hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitin
hazırlanmasında əsas məqsəd gənc nəsli
dövlətçilik tariximizin qara səhifələrindən
biri – “Kürəkçay” müqaviləsi haqqında məlumatlandırmaq
və bu mövzuya dair nəşr edilən kitabları
onların diqqətinə çatdırmaqdır.
İcmalda Rusiya ilə Azərbaycanın münasibətlərinə
dair mühüm sənədlərdən biri sayılan bu
müqavilənin təkcə Qarabağın deyil,
bütünlükdə Azərbaycanın taleyində
oynadığı rolu, əsas müddəaları, həyata
keçirilməsi və acı nəticələri
haqqında geniş məlumat verilir, 11 maddədən ibarət
olan “Kürəkçay” müqaviləsinin tam mətni təqdim
olunur. Həmçinin Kürəkçay müqaviləsi
haqqında Azərbaycan, türk, rus və ingilis dillərində
çap edilən “Qarabağ: XIII əsrdən 1920-ci ilədək”,
“Qarabağ: mif və həqiqət”, “Azərbaycanın əzəli
və əbədi torpağı İrəvan
xanlığı”, “Münxendən başlayan zəfər”,
“Şimali Azərbaycanın Çar Rusiyası tərəfindən
işğalı”, “Kürekçay anlaşmasından
Şuşa beyannamesine Karabağ”, “Karabakh from the 13th century to
1920” kimi 30-a yaxın kitabın biblioqrafik təsviri, qısa
annotasiya və dövrü mətbuat nümunələri sərgilənir.
525-ci qəzet .- 2025.-15 may(¹83).- S.9.