“İnklüziv harmoniyalar - muzeydə
rənglər və səslər” adlı tədbir-sərgi təşkil
olunub
Mayın 18-i dünyada Beynəlxalq Muzeylər
Günü kimi qeyd olunur. Beynəlxalq Muzeylər Şurası
(ICOM) tərəfindən xalqlar arasında mədəni
mübadilə və əməkdaşlığın
inkişafına kömək məqsədi ilə təsis
olunmuş bu gün hər il müxtəlif deviz altında
keçirilir. Bu il Beynəlxalq Muzeylər Gününün
devizi “Sürətlə dəyişən icmalarda muzeylərin
gələcəyi”dir.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə
L. və M.Rostropoviçlərin Ev-muzeyi və Bakı şəhəri
1 nömrəli Uşaq-gənclər inkişaf mərkəzinin
birgə təşkilatçılığı ilə
“İnklüziv harmoniyalar - muzeydə rənglər və səslər”
adlı tədbir-sərgi təşkil olunub.
Tədbirin keçirilməsində məqsəd muzeylərin
inklüzivliyi, davamlı şəhər inkişafına
verdiyi töhfəni və mədəni irsin qorunmasını
təşviq edən mədəniyyət mərkəzləri
kimi rolunu vurğulamaq, həmçinin fiziki məhdudiyyətli
uşaqların cəmiyyətə adaptasiyasını, sosial-mədəni
tədbirlərdə fəal iştirakını təmin etməkdir.
İştirakçıların ifasında müxtəlif
xalqların mahnı və rəqsləri - M.Maqomayevin “Azərbaycan”
mahnısı, həmçinin italyan mahnısı “O sole
miyo”, L.Bethovenin “Sonata sol major” klassik əsəri, Çin xalq
mahnısı və “Nəlbəki” rəqsi, türk, Ukrayna,
gürcü xalq rəqsləri təqdim olunub. Bununla
yanaşı rəngkarlıq, təsviri sənət və
dizayn dərnəklərinin üzvlərinin “Beynəlxalq
Muzeylər Günü”nün builki devizinə həsr etdikləri
əl işlərindən ibarət sərgi nümayiş
etdirilib.
525-ci qəzet .- 2025.-20 may(¹86).- S.9.