Gənc Tamaşaçılar Teatrı Qazaxıstandan mükafatlarla
qayıdıb
Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət
Milli Gənc Tamaşaçılar Teatrı Patrik Züskindin
“Kontrabas” monotamaşası ilə Qazaxıstanın Kostanay
şəhərində keçirilən “MONOFEST” teatr
festivalında iştirak edib.
Teatrdan bildirilib ki, festivalda mayın 16-da nümayiş
olunan “Kontrabas” tamaşası bədii konsepsiya və parlaq ifa
harmoniyasına və tamaşaçı rəğbətinə
görə mükafatlara layiq görülüb.
Qeyd edək ki, birhissəli səhnə əsərinin
quruluşçu rejissoru mərhum Xalq artisti İrina Perlova,
ifaçı Əməkdar artist Şövqi Hüseynovdur.
Sarkazm və yumoristik məqamlarla zəngin tamaşada
qəhrəmanın yeganə ünsiyyət vasitəsi isə
kontrabasdır. Bu xoş ünsiyyətin ən maraqlı
mesajı bundan ibarətdir ki, insan əvvəlcə
özü-özünə sədaqətli olmalıdır.
Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək
olar.
525-ci qəzet .- 2025.-20 may(¹86).- S.9.