Gənclər
Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyi
münasibətilə metodik vəsait hazırlanıb
Respublika Gənclər Kitabxanasında Xalq şairi,
dramaturq, ədəbiyyatşünas, pedaqoq və ictimai xadim,
Dövlət mükafatları laureatı Bəxtiyar Vahabzadənin
100 illiyi münasibətilə “Mən ilk qaynağımdan
türk oğlu türkəm” adlı metodik vəsait
hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, vəsaitdə bu
münasibətlə Azərbaycan Respublikası Prezidentinin Sərəncamının,
akademik İsa Həbibbəylinin müəllifi olduğu “Milli
istiqlal şairi Bəxtiyar Vahabzadə” adlı məqalənin
tam mətni, elm, mədəniyyət, ədəbiyyat, mətbuat
sahəsinin nümayəndələrinin, ictimai-siyasi xadimlərin
onun haqqında söylədikləri dəyərli fikirlər
yer alıb.
“Bəxtiyar Vahabzadə irsinin kitabxanalarda təbliği”
başlığı ilə kitabxanalarda Xalq şairinin yubileyi
çərçivəsində nəzərdə tutulan
elektron məlumat bazasının, virtual və ənənəvi
kitab sərgilərinin, təbliğat xarakterli materialların
hazırlanması, kitab təqdimatı, ədəbi-bədii tədbirlərin,
viktorinaların, müsabiqələrin keçirilməsi
metodikası sahəsində tövsiyələr təqdim
edilib. Metodiki vəsaitdə görkəmli şairin xatirəsinin
əbədiləşdirilməsi haqqında məlumatlar da
öz əksini tapıb. Ümumilikdə vəsait kitabxana
işçiləri, BDU-nun İnformasiya və sənəd
menecmenti fakültəsinin tələbələri, kütləvi
tədbir keçirən təşkilatların əməkdaşları
üçün nəzərdə tutulub.
Metodik vəsait kitabxananın rəsmi saytında yerləşdirilib.
525-ci qəzet .- 2025- 21 may(¹87).- S.9.