Milli Kitabxanada “Əməkdar mədəniyyət
işçisi Vaqif Bəhmənli” adlı kitab sərgisi
açılıb
Milli Kitabxanada Müasir Azərbaycan poeziyasının
tanınmış nümayəndəsi, şair, tərcüməçi,
publisist, Əməkdar mədəniyyət işçisi Vaqif
Bəhmənlinin 70 illik yubileyi münasibətilə “Əməkdar
mədəniyyət işçisi Vaqif Bəhmənli”
adlı kitab sərgisi açılıb.
Sərgidə müəllifin Azərbaycan və xarici
dillərdə əsərləri, redaktoru olduğu, ön
söz yazdığı, məsləhətçisi və tərcüməçisi
olduğu kitablar, eləcə də həyat və
yaradıcılığı haqqında ədəbiyyatlar,
jurnal və dövri mətbuat materialları nümayiş
olunur.
Qeyd edək ki, Vaqif Bəhmənli (Vaqif İttifaq
oğlu Quliyev) 1955-ci il may ayının 23-də Füzuli
rayonunun Böyük Bəhmənli kəndində anadan olub.
1972-ci ildə doğulduğu kənddə orta məktəbi
bitirib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət
Universitetinin (indiki BDU) jurnalistika fakültəsində təhsil
alıb.
Vaqif Bəhmənlinin şeir və məqalələrdən
ibarət 50-dən çox kitabı işıq üzü
görüb. Çox sayda beynəlxalq poeziya və ədəbiyyat
festivallarında, ədəbi-elmi konfrans və simpoziumlarda,
Beynəlxalq kitab sərgi yarmarkalarında iştirak edib.
Vaqif Bəhmənli obrazlı düşüncə
şairidir. Türk bədii düşüncəsinin ənənələrinə
arxalanmaq, insanın hiss və duyğularını
canlandırmaq üçün yeni poetik məqsədlərə
sənətkarlıqla cəhd etmək, özünəxas bədii
deyim tərzi, güclü kalorit onun yazdıqlarını
başqalarından fərqləndirir.
525-ci qəzet .- 2025.- 22 may(№88).- S.9.