"Köhnəlməyən xiffət"dən
"Yurt hasreti"nə
ŞAİR-PUBLİSİST NƏZAKƏT
MƏMMƏDOVANIN YENİ KİTABLARI TƏQDİM OLUNUB
Yazıçılar Birliyinin (AYB) "Natəvan"
klubunda Azərbaycan Respublikası "Xatirə Kitabı"
Redaksiyasının baş redaktoru, "Yada
düşdü" jurnalının təsisçisi və
baş redaktoru, şair, publisist Nəzakət Məmmədovanın
"Köhnəlməyən xiffət" və "Yurt
hasreti" (Türkiyə türkcəsində)
kitablarının təqdimat mərasimi keçirilib.
AYB-nin rəhbərliyi, müəllifin qələm
dostları, ictimaiyyət nümayəndələri və
jurnalistlər iştirak edən tədbiri giriş sözü
ilə "Qobustan" jurnalının baş redaktoru,
yazıçı, dramaturq Pərvin Nurəliyeva
açıb. N.Məmmədovanın
yaradıcılığından, yeni kitablarından
danışaraq onun müasir ədəbiyyatımızdakı
dəst-xətti, əsərlərinin fərqli cəhətləri
barədə fikirlərini bölüşüb.
Türkiyəli şair-tərcüməçi, "Türk
ədəbiyyatı" dərgisinin baş redaktoru, N.Məmmədovanın
"Yurt hasreti" kitabının tərcüməçisi
İmdat Afşar çıxışında müəlliflə
tanışlığından danışıb, onun
yaradıcılığını yüksək qiymətləndirib.
Çıxışından sonra İ.Afşar Nəzakət
Məmmədovaya tanınmış türk şairi Ahmad
Kabaklının 100 illiyi münasibətilə təsis olunan
"Ahmad Kabaklı" medalını təqdim edib.
Xalq yazıçısı Elmira Axundova N.Məmmədovanın
Respublika Xatirə Kitabı Redaksiyasına uğurla rəhbərlik
etdiyini bildirib, onun həm şair, həm publisist, həm də
bir rəhbər kimi yüksək keyfiyyətlərini dilə
gətirib.
AYB-nin katibi, yazıçı Elçin Hüseynbəyli
bildirib ki, N.Məmmədova öz şəxsiyyətini,
kimliyini yaradıcılığı ilə dəqiq ifadə
edir.
"Türk ədəbiyyatı" dərgisinin əməkdaşı
Səadət Örməci, Əməkdar jurnalistlər Zemfira
Məhərrəmli, Zöhrə Əliyeva, aktrisa, qiraətçi
Zülfiyyə Eldarqızı, şairlər Şövkət
Zərrin Horovlu, Adilə Nəzər, Faiq Balabəyli, Mahcamal,
Arzu Nehrəmli, Rəfail Tağızadə, Aysel
Xanlarqızı, Kəmalə Abıyeva, Respublika Xatirə
Kitabı Redaksiyasının əməkdaşı Hikmət Məlikzadə,
professor Maarifə Hacıyeva, ədəbiyyatşünas,
filologiya elmləri doktoru Lütfiyyə Əsgərzadə,
yazıçı-publisistlər Xanım Aydın, Şahanə
Müşfiq, bədii qiraətçi Ülviyyə
Əbülfəzqızı, yazıçı və tərcüməçi
Kamran Nəzirli, F.Köçərli adına Uşaq Kitabxanasının
müdiri Şəhla Qəmbərova və başqaları N.Məmmədovanın
yaradıcılığından söz açıb, onu yeni
kitabları münasibətilə təbrik ediblər.
Sonda müəllif çıxış edərək
kitabların nəşrində və tədbirin təşkilində
zəhməti olan hər kəsə təşəkkürünü
bildirib, "Köhnəlməyən xiffət"
kitabından şeirlər səsləndirib.
Şahanə MÜŞFİQ
525-ci qəzet .- 2025.- 23 may(№89).- S.12.