Milli Kitabxanada
“Akademik Muxtar İmanov” adlı kitab sərgisi
açılıb
Milli Kitabxanada folklorşünaslıq sahəsində
tanınmış alim, AMEA-nın Folklor İnstitutunun
direktoru, akademik Muxtar İmanovun
anadan olmasının 70 illik yubiyeyi ilə əlaqədar “Akademik Muxtar İmanov ” adlı
kitab sərgisi açılıb.
525.az xəbər verir ki, sərgidə akademikin əsərləri,
tərtibçi, rəyçi, ön söz, layihə rəhbəri,
məsləhətçisi və redaktoru olduğu kitablar, həyatı,
elmi fəaliyyəti və yaradıcılığı
haqqında ədəbiyyatlar nümayiş olunur.
Qeyd edək ki, Muxtar Kazım
oğlu İmanov 28 may 1955-ci ildə Naxçıvan MR Şərur
rayonunun Axura kənədində anadan olub. 1977-ci ildə Azərbaycan
Dövlət Universitetinin (indiki Bakı Dövlət
Universiteti) Filologiya fakültəsini bitirib, 1980–1983-cü illərdə
AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Ədəbiyyat
nəzəriyyəsi" ixtisası üzrə əyani
aspiranturasında təhsilini davam etdirib, 1984-cü ildə
"Müasir Azərbaycan nərsində psixologizm"
mövzusunda namizədlik, 2007-ci ildə "Azərbaycan
folklorunda gülüşün genezisi və poetikası"
mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2009-cu
ildə dosent, 2016-cı ildə professor elmi adını
alıb.
Akademik Muxtar İmanov ədəbiyyatşünaslıq
və folklorşünaslığa aid çoxsaylı dəyərli
əsərlərin - “Müasir Azərbaycan nəsrində
psixologizm” (1991), “Gülüşün arxaik kökləri”
(2005), “Xalq gülüşünün poetikası” (2006),
“Folklorda obrazın ikiləşməsi” (2011), “Epos. Nəsr. Problemlər” (2011),
“Portretlər” (2013), “Folklor həm
keçmiş, həm də bu gündür” (2014), “Sənət qayğıları”
(2015), “Azərbaycan folklorunda
gülüşün genezisi və poetikası” (2017), “Söz
haqqında söz” (2020) və
200-dən artıq elmi məqalənin, eləcə də
çoxsaylı publisistik yazıların müəllifidir.
Folklorun toplanması, tərtib və nəşr
olunması ilə də ardıcıl məşğul olan
alim bu sahədə bir çox kitabların, o cümlədən
"Bu yurd bayquşa qalmaz" 1995), "Zəngəzur
folkloru" (Azərbaycan folkloru antologiyası. VII kitab. 2005),
"Şərur folklor örnəkləri" (I kitab, 2016),
"Gədəbəy folklor örnəkləri" (I kitab,
2016), 10 cildlik "Qarabağ: folklor da bir tarixdir" (2012–2017)
və 10 cildlik "Güney Azərbaycan folkoru" (2013–2020)
toplularının layihə rəhbəri və tərtibçilərindən
biridir.
Muxtar İmanov elmin inkişafındakı xidmətlərinə
görə Azərbaycan Respublikası Prezidentinin Fəxri
diplomu (2015), AMEA Rəyasət Heyətinin Fəxri fərmanı
(2015), Mahmud Kaşğari adına Beynəlxalq Fondun "Mahmud
Kaşğari" medalı (2018), Qazaxıstanın Əl-Fərabi
adına Milli Universitetinin yubiley medalı (2018), "Bakı
Dövlət Universitetinin 100 illiyi" Azərbaycan
Respublikasının yubiley medalı (2019), "Aşıq
Ələsgər 200" yubiley medalı (2021) və Azərbaycan
Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı
ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley
medalı ilə təltif edilib.
525-ci qəzet .- 2025.- 27 may(¹91).- S.9.