Sınaqlardan
çıxmış müttəfiqlik
AZƏRBAYCAN-TÜRKİYƏ-PAKİSTAN ƏMƏKDAŞLIĞI
İLDƏN-İLƏ GÜCLƏNİR
Bir neçə gün əvvəl dünyanın diqqəti
yenidən Azərbaycanın işğaldan azad edilmiş ərazisinə
yönəlmişdi. Son illər bu ərazilərin beynəlxalq
aləmin diqqət mərkəzində olması təsadüfi
deyil. Xankəndidə, Şuşada, Ağdamda, Suqovuşanda,
Laçında gah el şənlikləri, gah beynəlxalq tədbirlər,
gah musiqi festivalları, gah da beynəlxalq miqyaslı idman
yarışları keçirilməsi “Qarabağ Azərbaycandır!”
reallığının dünyaya mesajıdır.
Böyük dövlətçilik təfəkkürü,
prinsipial mövqeyi və daim yeniləşən strateji
baxışı ilə Prezident cənab İlham Əliyev bu
gün təkcə Azərbaycanın deyil, bütün regionun
siyasi mənzərəsini formalaşdıran aparıcı
liderə çevrilib. Onun hər bir qərarı ölkəmizi
daha da yüksəklərə aparır, dövlətçiliyimizi
daha da gücləndirir. Bu baxımdan, 28 May Müstəqillik
günündə Laçın Beynəlxalq Hava
Limanının açılışı, sadəcə
mühüm bir nəqliyyat layihəsi deyil, həm də
dövlətimizin gücünün, iradəsinin və strateji
baxışının rəmzidir. Çətin dağlıq
ərazidə tikilən bu hava limanı –
Qayıdışın, İnkişafın və Suverenliyin
göylərə yüksələn simvoludur. Laçın səmasında
süzülən hər bir təyyarə, əslində, bir
xalqın qələbəsini, bir liderin imzasını
daşıyır. Laçın Beynəlxalq Hava
Limanının istifadəyə verilməsinin məhz Müstəqillik
Gününə təsadüf etməsi özündə
mühüm çağırışları birləşdirir.
Laçında yaradılan yeni infrastrukturların
açılışında iştirak edən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə
Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın və Pakistan İslam Respublikasının
Baş naziri Məhəmməd Şahbaz Şərifin
iştirakı ilə mühüm hadisə kimi yadda qaldı.
Həmçinin Laçında baş tutan Azərbaycan-Türkiyə-Pakistan
liderlərinin Zirvə Görüşü regionun geosiyasi mənzərəsində
mühüm hadisə kimi yadda qaldı. Bu görüş həm
simvolik məkan seçimi ilə, həm də iştirak edən
dövlətlərin qarşılıqlı maraqları
baxımından xüsusi əhəmiyyət kəsb edirdi.
Üçtərəfli görüşün məhz burada
keçirilməsi Azərbaycanın suverenliyinin təsdiqi və
azad edilmiş ərazilərin beynəlxalq səviyyədə
tanınmasının mühüm simvoludur. Bu il 28 May-Müstəqillik
Günü tarixə Azərbaycan-Türkiyə-Pakistan
dostluğunun daha mühüm səhifəsi kimi
yazılacaqdır. Belə ki, bu tarixdə Azərbaycan və
Türkiyə prezidentlərinin, Pakistanın Baş naziri Məhəmməd
Şahbaz Şərifin iştirakı ilə Zirvə
görüşü keçirildi. Zirvə
görüşündəki çıxışında bir
daha dost ölkələrlə münasibətlərin tarixinə
qısa nəzər salan dövlət başçısı
cənab İlham Əliyev bildirdi ki, ölkələrimiz və
xalqlarımız birgə tarix, mədəniyyət və dəyərlər
əsasında bir-birinə bağlıdır. Bir-birimizin
uğurlarına sevinmişik, çətin günlərdə
bir-birimizin yanında olmuşuq. Azərbaycan, Türkiyə və
Pakistan hər zaman suverenlik, ərazi bütövlüyü və
ədalət tərəfində olub. Cənab İlham
Əliyev çıxışında bir daha diqqəti
Türkiyənin və Pakistanın 44 günlük İkinci
Qarabağ müharibəsinin getdiyi dövrdə Azərbaycana
mənəvi və siyasi dəstəyinə yönəltdi və
vurğuladı ki, Azərbaycan da öz növbəsində
daim Türkiyənin və Pakistanın yanında olub. Bu
gün biz bir daha xalqlarımızın birliyini təsdiqləyirik.
Ölkələrimizin strateji mövqeyindən və dinamik
iqtisadi potensialımızdan istifadə etməklə
qarşılıqlı faydalar əldə etmək
üçün geniş imkanlar var. Siyasət, iqtisadiyyat,
energetika, qarşılıqlı investisiyalar, nəqliyyat,
müdafiə, kənd təsərrüfatı, informasiya
texnologiyaları və digər sahələrdə əməkdaşlığın
birgə layihələr və proqramlar vasitəsilə daha
böyük sürətlə inkişaf edəcəyinə
inanırıq.
Azərbaycan, Türkiyə və Pakistan - üç
qardaş ölkə əməkdaşlığını ildən-ilə,
gündən-günə gücləndirir. Yaxşı
günlərdə də, ağır günlərdə də
hər zaman bir-birinə, həmrəylik, dəstək göstərir,
münasibətləri daha da möhkəmləndirirlər. Azərbaycanın
şanlı Zəfəri ilə başa çatan 44
günlük İkinci Qarabağ müharibəsi zamanı
Türkiyə və Pakistan ölkəmizin yanında
olduğunu açıq şəkildə nümayiş
etdirdi. Bu gün də üç qardaş ölkə
arasında həmrəylik davam edir. Üç ölkənin
iştirakı ilə Laçında ikinci Zirvə
görüşünün keçirilməsi dostluq və
qardaşlığın bariz nümunəsidir.
İşğaldan azad edilmiş Laçında, Şərqi
Zəngəzurda iki qardaş ölkənin liderlərinin
iştirakı ilə keçirilən təntənəli mərasim
Azərbaycan-Türkiyə-Pakistan birliyinin,
qardaşlığının və strateji əməkdaşlığının
növbəti təzahürü oldu.
Cənab Prezident İlham Əliyev Laçında
çıxışı zamanı da xüsusi olaraq qeyd etdi
ki: “Azərbaycan, Türkiyə və Pakistan - üç
qardaş ölkə əməkdaşlığı ildən-ilə,
gündən-günə gücləndirirlər. Biz yaxşı
günlərdə də, ağır günlərdə də
hər zaman bir-birimizin yanındayıq, həmrəylik, dəstək
göstəririk. Bu gün ikinci üçtərəfli Zirvə
görüşündə bir daha bizim strateji əməkdaşlığımız
təsdiqləndi. İşğaldan azad edilmiş
Laçında, Şərqi Zəngəzurda iki qardaş
ölkənin liderlərinin iştirakı ilə keçirilən
bugünkü mərasim Azərbaycan-Türkiyə-Pakistan
birliyinin, qardaşlığının növbəti təzahürüdür”.
Dövlət başçısı cənab İlham
Əliyev Laçında görüşdə qeyd edib ki, bu
üç ölkəni və xalqı birgə tarix, mədəniyyət
və dəyərlər birləşdirir: "Bu gün əziz
qardaşlarımın - Türkiyə Prezidentinin və
Pakistanın Baş nazirinin bizimlə bərabər bu bayram tədbirlərində
iştirakı, bizə göstərilən dəstək və
həmrəylik artıq tamamilə yeni dünya miqyasında
reallıqlar yaradır. Bizim gücümüz birliyimizdədir.
Bu gün birliyimizi üçtərəfli formatda bir daha təsdiqlədik.
Bu gün bayram konsertində səslənəcək
mahnılar bir daha bizim birliyimizi, nə qədər zəngin mədəniyyətə
malik olmağımızı göstərəcək. Əminəm
ki, azad edilmiş Laçından üç ölkənin bu
gün dünyaya verdiyi mesajlar lazımi ünvana
çatacaq"
Xalidə İsmayılova,
Coğrafiya müəllimi
525-ci qəzet .- 2025.- 31 may(¹94).- S.6.