Multikulturalizm Mərkəzi “Biz
birlikdə güclüyük” mövzusunda tədbir
keçirib
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) 8
Noyabr - Zəfər Gününün 5 illiyinə həsr edilən
“Biz birlikdə güclüyük” mövzusunda tədbir
keçirib.
525.az xəbər verir ki, Azərbaycan
Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlayan tədbirdə Ulu öndər, müasir
müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin və
Vətənimizin ərazi bütövlüyü, suverenliyi
uğrunda canlarından keçən şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutlayad edilib.
Sonra BBMM-in hazırladığı “Vətənimiz” sənədli
filmi nümayiş olunub.
Tədbirdə çıxış edən BBMM-in
icraçı direktoru Rəvan Həsənov bildirib ki, bu
gün tariximizin ən şanlı səhifələrindən
birini - Vətən müharibəsində əldə etdiyimiz
Qələbənin 5-ci ildönümünü böyük
qürur və iftixar hissi ilə qeyd edirik. Müzəffər
Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin rəhbərliyi ilə xalqımız 44
gün ərzində əzmini, birliyini, milli həmrəyliyini
nümayiş etdirərək işğal altında olan
torpaqlarımızı azad etdi, tarixi Zəfər qazandı. Zəfər
Günü təkcə hərbi qələbənin deyil, eyni
zamanda xalqımızın mənəvi birliyinin, vətənə
sədaqətinin və milli iradəsinin təntənəsidir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi bu tarixi
günü “Biz birlikdə güclüyük” şüarı
altında qeyd etməklə həm ölkəmizdə, həm
də beynəlxalq müstəvidə birliyin, həmrəyliyin
və qarşılıqlı hörmət dəyərlərinin
vacibliyini bir daha vurğulayır. Çünki Azərbaycan
xalqının Zəfəri həm də milli və mənəvi
birliyimizin, gücümüzün parlaq təzahürüdür.
Zəfər Günü ilə bağlı “Azərbaycan
multikulturalizmi” fənninin tədris olunduğu xarici ölkə
universitetlərində də silsilə tədbirlər
keçirilib.
Rəvan Həsənov diqqətə
çatdırıb ki, Vətən müharibəsindəki Zəfərimizin
arxasında duran ideya birlik, qardaşlıq idi. Təsadüfi
deyil ki, Şanlı Zəfərimizdən sonra Qarabağda,
Şuşada keçirilən ilk mədəni tədbir
xalqların birliyini tərənnüm edən
“Xarıbülbül” festivalı oldu. Bu gün Zəfər
qazanmışıq, suverenliyimizi tam bərpa etmişik, lakin
Azərbaycanın ərazi bütövlüyünü pozmaq
istəyən qüvvələr yenə də öz məkrli
mövqelərindən geri durmurlar. Bu səbəbdən Azərbaycan
Respublikasının vətəndaşları dinindən,
dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq
öz həmrəyliyini daim qorumalıdır.
BBMM-in Himayəçilik Şurasının
üzvü, Xalq yazıçısı Elmira Axundova diqqətə
çatdırıb ki, Ulu öndər Heydər Əliyevin “Azərbaycanın
dövlət müstəqilliyi əbədidir, dönməzdir,
sarsılmazdır” kəlamı bu gün real həqiqətə
çevrilib. O qeyd edib ki, Vətən müharibəsi günlərində
milliyyətindən, dinindən, dilindən asılı
olmayaraq bütün vətəndaşlarımız bir amal
uğrunda - Azərbaycanın Qələbəsi naminə birləşdilər.
Müxtəlif etnik və dini icmaların nümayəndələri
eyni səngərdə vuruşdu, Vətən
üçün can qoydu. Bu, Azərbaycan multikulturalizminin,
xalqımızın mənəvi gücünün ən
gözəl təzahürüdür. Azərbaycan artıq
postmünaqişə dövründədir, lakin bu dövrdə
də mənəvi birliyimizə, multikultural dəyərlərimizə
sadiq qalmaq, onları daha da möhkəmləndirmək
mühüm vəzifə olaraq qalır. Çünki bu dəyərlər
bizim milli kimliyimizin ayrılmaz hissəsidir.
Digər çıxış edənlər – Mətbuat
Şurasının sədri Rəşad Məcid, Milli Məclisin
deputatları Vüqar Rəhimzadə, Rizvan Nəbiyev, Mixail
Zabelin, Qafqaz Müsəlmanları İdarəsinin sədrinin
müavini Fuad Nurullayev, Alban-Udi Xristian Dini İcmasının
sədri Robert Mobili, tat icmasının nümayəndəsi,Qarabağ
qazisi, polkovnik-leytenant Hümmət Bəndiyev, ləzgi
icmasının nümayəndəsi, Vətən müharibəsi
iştirakçısı polkovnik Rəşad Aslanov, şəhid
Məhəmməd Murtuzovun atası, avar icmasının
nümayəndəsi Ramazan Murtuzov, AMEA Fəlsəfə və
Sosiologiya İnstitutunun “İslam fəlsəfəsi”
şöbəsinin aparıcı elmi işçisi,
talış icmasının nümayəndəsi, Qarabağ
qazisi, ehtiyatda olan leytenant Radif Mustafayev bildiriblər ki, Vətən
müharibəsində əldə etdiyimiz möhtəşəm
Zəfər Ali Baş Komandan, Prezident İlham Əliyevin
uzaqgörən siyasəti, rəşadətli ordumuzun qəhrəmanlığı
və xalqımızın bir yumruq kimi birləşməsi sayəsində
mümkün oldu. Bu Qələbə Azərbaycanın
müstəqillik tarixində yeni bir mərhələ
açdı, xalqımızın milli kimliyini, vətənpərvərlik
ruhunu daha da möhkəmləndirdi. Diqqətə
çatdırılıb ki, müxtəlifliyimiz bizim zənginliyimizdir,
həmrəyliyimiz isə gücümüzdür. Azərbaycan
bu dəyərləri ilə regionda və dünyada
sülhün, tolerantlığın və
qarşılıqlı hörmətin nümunəsinə
çevrilib.
525-ci qəzet .- 2025.- 13 noyabr(¹206).-S.8.