Görkəmli bəstəkar
Tofiq Quliyevin yaradıcılığına həsr olunmuş
konsert proqramı təqdim olunub
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik
Filarmoniyasında görkəmli bəstəkar, Azərbaycan
musiqisinin parlaq simalarından biri olan Tofiq Quliyevin
yaradıcılığına həsr olunmuş konsert
proqramı təqdim olunub.
525.az-a Filarmoniyadan bildirilib ki konsertdə Mustafa
Aşurovun dirijorluğu ilə Qara Qarayev adına Azərbaycan
Dövlət Kamera Orkestri çıxış edib.
Tofiq Quliyevin kino musiqiləri, romansları və estrada
nümunələri tamaşaçılar tərəfindən
böyük maraqla qarşılanıb. “Görüş”, “Bəxtiyar”,
“Qızmar günəş altında”, “Qaynana”, “Telefonçu
qız”, “Ögey ana” kimi məşhur filmlərin yaddaqalan
musiqiləri konsert proqramına daxil edilib.
Solistlər arasında Ülkər Əliyeva, Nurlana
Abdullayeva, Xəyyam Nisanov, Hidayət Əliyev (vokal), Nigar Cəlilova,
Səma Həmzəyeva, Günel Hacıyeva, Nərgiz Kərimova,
Elmira Rəhimova, (soprano), Cəlal Kərimov (bariton), Nihad
Orucov, Fərid Əliyev, Atəş Qarayev (tenor), Rəvanə
Qurbanova (xanəndə), eyni zamanda, Fəhmin Əhmədli
(piano), Rəvan Mustafazadə (tar) və Seymur Həsənsoy
(qarmon) instrumental ifaları ilə proqramı zənginləşdiriblər.
525-ci
qəzet .- 2025.- 14 noyabr(¹207).-S.9.