Daha bir ali məktəb reytinqdə yer tutub
Azərbaycan Memarlıq və
İnşaat Universitetinin (AzMİU) QS Sustainability 2026 beynəlxalq
reytinqində əldə etdiyi nəticələr universitetin
dayanıqlı inkişaf sahəsində sistemli fəaliyyətinin
növbəti dəfə yüksək qiymətləndirdiyini
göstərir.
Reytinqin nəticələrinə əsasən,
AzMİU “Ətraf Mühit Təsiri” və “Sosial Təsir”
kateqoriyalarında Azərbaycan üzrə lider mövqe əldə
edib. Bu göstəricilər universitetin ekologiya, resurs idarəetməsi,
sosial məsuliyyət, inkluzivlik və ictimai fayda
yönümlü layihələrdə ardıcıl fəaliyyətinin
real nəticəsidir.
Azərbaycanın aparıcı mühəndislik və
memarlıq ali təhsil müəssisəsi kimi AzMİU son illər
dayanıqlılıq strategiyasını gücləndirməklə
həm tədris və tədqiqat prosesində, həm də
institusional idarəetmədə beynəlxalq standartlara
uyğun modern yanaşmaları tətbiq edir. QS Sustainability
reytinqində əldə olunan nailiyyətlər bu səylərin
qlobal miqyasda tanınmasının göstəricisi kimi dəyərləndirilir.
Qeyd edək ki, əldə olunan uğur tələbələrin
fəallığı, müəllim heyətinin elmi- pedaqoji əzmi
və idarəetmə komandasının davamlı inkişaf
yönümlü strategiyasının səmərəsi olaraq
mümkün olub. Bu nəticə AzMİU-nun regionda
dayanıqlılıq sahəsində nümunəvi ali məktəb
statusunu daha da gücləndirir və universitetin gələcək
fəaliyyətinə əlavə motivasiya verir.
Sevinc
525-ci qəzet .- 2025.- 20 noyabr (¹211).- S.10.