Müsabiqə qalibi olan gənc rəssamın fərdi sərgisi açılıb
Bakı
Şəhər Mədəniyyət
Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına
Mərkəzi Kitabxanasında
gənc istedadlar müsabiqəsinin qalibi olan gənc rəssam Fatimə Babazadənin fərdi sərgisi açılıb.
MKS-dən AZƏRTAC-a bildirilib
ki, sərgidə gənc
rəssamın çəkdiyi
“Göygöl”, “Günəşin
qürubu” “Ağ yelkənli gəmi”, “Ovalıq” və s. rəsmləri nümayiş
olunur. “Trio qızlar” əsəri böyük maraq doğurur. Burada insan, xəyallar,
insanın ruhani halı əks olunur. Rəssamın Van Qoqun motivləri əsasında çəkdiyi
rəsmlər özünəməxsusluğu
ilə seçilir. Sərgidə nümayiş
olunan “Xarıbülbül”
əsəri də Van
Qoq stilindədir.
Sərgi
2 ay davam edəcək.
Qeyd edək ki, gənc rəssam Fatimə Babazadə 132-134 nömrəli
Təhsil Kompleksinin
11-ci sinif şagirdidir.
O, yeddi yaşından
rəsmlə məşğul
olmağa başlayıb
və Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbini
bitirib. Daha çox fəlsəfi janrda şəkillər çəkən rəssam
insanla təbiətin harmoniyasını əks etdirir. F.Babazadə
bir çox yerli və beynəlxalq
sərgilərdə, o cümlədən
COP29-la bağlı sərgidə
iştirak edib. Onun “Xarıbülbül” əsəri 2025-ci ildə
Londonda keçirilən
gənc istedadların
“Golden Time Talent” Festivalında 15-17 yaşlılar arasında
2-ci yerə layiq görülüb. Gənc
rəssam çoxlu sayda diplom və
sertifikatlarla təltif
olunub.
525-ci qəzet.-
2025.- 2 oktyabr (¹178).- S.9.