Mənəviyyatdan doğan işıq
Şəki əsrlərdən bəri
öz zəngin tarixi və mədəni irsi ilə seçilən bir şəhərdir. Bu şəhər yalnız memarlıq abidələri,
karvansaralar və digər tarixi tikililəri deyil, həm də ölkənin tarixində iz qoymuş alim və ziyalıları, ictimai xadimləri, tanınmış insanları
ilə xatırlanır.
Belə insanlardan biri də millət
vəkili, ictimai xadim Cavanşir Feyziyevdir. Cavanşir müəllim təkcə
parlamentdəki fəaliyyəti
ilə yox, həm də xalqın içindən çıxmış, insanların
qayğı və problemlərinə dərindən
bələd olan bir ziyalı kimi tanınır. O, seçicilər üçün
yalnız millət vəkili deyil, həm də yaxın məsləhətçi
və etibarlı dostdur.
Keçən ilin payızında
qədim Şəkidə
insanlarla söhbət
zamanı bu hisslər bir daha aydın oldu. Şəki sakinləri, kəndlilər,
ziyalılar bir ağızdan Cavanşir Feyziyevin adını hörmətlə çəkir,
onun gördüyü
işləri yüksək
qiymətləndirirdilər. Kimi onun təhsil sahəsindəki dəstəyindən,
kimi şəhid ailələrinə və
qazilərə mənəvi
yardımından danışır,
bir başqası isə Milli Məclisdəki
çıxışlarını nümunə göstərirdi.
Ümumi mövqe isə bir sözlə
ifadə oluna bilərdi: səmimiyyət
və etimad.
Cavanşir Feyziyev fəaliyyəti
dövründə istər
ölkə daxilində,
istərsə də beynəlxalq səviyyədə
Azərbaycan həqiqətlərinin
yayılması üçün
çalışıb. Onun
Avropa məkanındakı
çıxışları, Qarabağ məsələsinin
dünya parlamentlərində
təbliği hələ
də geniş rəğbətlə xatırlanır.
Amma o, hər şeydən
əvvəl, ziyalı
məsuliyyətini dərk
edən biridir. Ziyalı olmaq xalqdan uzaqlaşmaq deyil, xalqın yanında olmaq, onların dərdini bölüşməkdir - Feyziyevin
həyatı və fəaliyyəti də bunu göstərir. Onun zəngin elmi irsi, kitabları,
tərcümələri və
publisistik məqalələri
elm dünyasında öz
yerini tapıb. Lakin Cavanşir müəllimi fərqləndirən əsas
cəhət onun mənəvi dəyərlərdən
qaynaqlanan işığıdır.
Bu işıq insanlara
yol göstərir, ümid verir, inam yaradır.
Şəki camaatının dilindən
tez-tez belə bir ifadə eşidilirdi: "Bizim deputatın sözü də, əməli də işıq kimidir". Bu, təsadüfi
deyil, insanların ürəyindən gələn
dərin etirafdır.
Millət
vəkili Cavanşir Feyziyev haqqında düşünəndə, onun
şair təbiəti
də yada düşür.
Poeziyanın gözəlliyini
və emosional təsirini yaxşı dərk edir. İmzasına müxtəlif
mövzularda yazdığı
məqalələrdə tez-tez
rast gəlmək mümkündür. O, problemlərin
həllinə mənəvi
dəstək verən
bir çox yazıların müəllifidir.
O, mənim kitablarıma
ön söz də yazıb. Bunlar onun çoxşaxəli
fəaliyyətinin kiçik
bir hissəsidir. Amma ən çox ictimai xadim, alim və xalqın səmimi elçisi kimi tanınır.
1963-cü
ildə Şəki rayonunun Böyük Dəhnə kəndində
anadan olan Cavanşir Feyziyev
1970-1977-ci illərdə doğulduğu
kəndin orta məktəbində təhsil
alıb. 1977-1980-ci illərdə
isə Turan qəsəbəsindəki riyaziyyat
təmayüllü internat
məktəbində orta
təhsilini uğurla başa vurub. 1983-1985-ci illərdə Qazaxıstanda
həqiqi hərbi xidmətdə olub,
1986-1991-ci illərdə indiki
Azərbaycan Slavyan Universitetinin tərcümə
fakültəsində ali
təhsil alıb. Məktəb illərindən
elmə və təhsilə böyük
önəm verən Cavanşir Feyziyev ali təhsilini fərqlənmə diplomu ilə başa vurub.
İlk əmək fəaliyyətinə
təhsil aldığı
institutda başlayıb
və 1992-1994-cü illərdə
həmin institutun tərcümə kafedrasında
müəllim kimi çalışıb. 1994-1995-ci illərdə isə Belçikanın "Sərhədsiz
həkimlər" humanitar
təşkilatında tərcüməçi
və inzibatçı
vəzifələrində fəaliyyət
göstərib. 1995-1998-ci illərdə
ABŞ-ın "Philip Morris" şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan
üzrə şöbə
müdiri olub. Sonrakı illərdə isə "Planet Co. Ltd" şirkətinin
təsisçisi və
direktoru (1998-2002), "AvroMed"
şirkətinin həmtəsisçisi
və baş direktoru (2002-2010) kimi fəaliyyətini davam etdirib.
Hazırda "Tour-İnvest" şirkətinin
təsisçisi, "Discovery
Azerbaijan" elmi-kütləvi jurnalının təsisçisi
və baş redaktorudur. 2004-2009-cu illərdə
Azərbaycan Milli Elmlər
Akademiyasının Fəlsəfə,
Sosiologiya və Hüquq İnstitutunun dissertantı olub.
2010-cu ildə 4-cü çağırış
Milli Məclisinə, 115 saylı
Şəki kənd ikinci seçki dairəsindən deputat seçilib. 2013-cü ildə
Azərbaycan Respublikası
Mətbuat Şurasının
İdarə Heyətinə
üzv olub. 2015-ci ilin
parlament seçkilərində
Azərbaycan Respublikasının
5-ci çağırış
Milli Məclisinə 115 saylı
Şəki kənd ikinci seçki dairəsindən ikinci dəfə deputat seçilib.
2009-cu ilin oktyabrında "Etno-siyasi münaqişələrin
mənəvi aspektləri"
mövzusunda dissertasiya
işini müdafiə
edərək fəlsəfə
doktoru elmi dərəcəsini alıb.
2002-ci ildə "Qafqazda
etno-siyasi münaqişələr
və onların dövlət müstəqilliyinə
təsiri" adlı
kitabı ingilis dilində çap olunub. 2008-ci ildə "Sülh fəlsəfəsi"
adlı elmi-publisistik kitabı, 2013-cü ildə
isə "Türk Dövlətləri Birliyi:
qlobal inteqrasiyanın Avrasiya modeli" adlı əsəri Azərbaycan dilində işıq üzü görüb. 2014-2017-ci illərdə
həmin kitab türk,
qazax, qırğız,
rus, macar və digər dillərə tərcümə
olunub və bu ölkələrdə nəşr edilib. Eyni zamanda, 2017-ci ildə "Türk dünyasının təməl
dəyərləri", "Türk xalqları",
"Türk dövlətçiliyi
tarixi", "Türkşünaslıq"
və "Türk dünyasının tarixi şəxsiyyətləri" adlı
5-cildlik toplusu çapdan
çıxıb.
Cavanşir Feyziyev Azərbaycan,
türk, ingilis, fransız və rus dillərini mükəmməl bilir və tərcüməçilik
fəaliyyəti ilə
məşğul olur.
2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin "1915-ci
il erməni faciəsi"
kitabını Azərbaycan
dilinə tərcümə
edib və nəşr etdirib.
2016-cı ildə Nobel mükafatı
laureatı, fransız
yazıçısı Patrik
Modianonun "Məhəllədə
azmamaq üçün"
romanını, 2018-ci ildə
isə fransız yazıçısı Jan Kristof Rufenin "Böyük ürək" romanını
Azərbaycan dilinə
çevirib. İndiyə
qədər onun 60-dan
çox elmi məqaləsi Azərbaycanın,
Türkiyənin, ABŞ-ın,
Qazaxıstanın, Ukraynanın
və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc
olunub. Bundan başqa, ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 100-dən çox
məqaləsi dövri
mətbuatda işıq
üzü görüb.
Cavanşir Feyziyev Azərbaycan-Böyük
Britaniya və Azərbaycan-Fransa parlamentlərarası
işçi qruplarının
rəhbəridir. O, həmçinin
Azərbaycan Milli Məclisi
ilə İsveçrə,
Macarıstan, Bosniya və Herseqovina, Qırğızıstan və
Yaponiya parlamentləri
arasında işçi
qruplarının üzvüdür.
Türkdilli ölkələrin
Parlament Assambleyasında
Milli Məclis nümayəndə
heyətinin, eləcə
də AVRONEST Parlament Assambleyasında Milli Məclis
nümayəndə heyətinin
üzvü kimi fəaliyyət göstərir.
2017-ci ilin yanvarından
Avropa İttifaqı-Azərbaycan
Parlament Əməkdaşlıq
Komitəsinin həmsədri
seçilib.
2005-ci ildən "Discovery Azerbaijan" adlı elmi-kütləvi jurnalın təsisçisi
və baş redaktorudur. Həmçinin
"Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti"
İctimai Birliyinin həmtəsisçisidir. 2015-ci ildə Fransa, Kolmar şəhərinin fəxri
səfiri adına layiq görülüb. Cavanşir müəllim
2010-cu ildən Azərbaycan
Jurnalistlər, 2018-ci ildən
isə Azərbaycan Yazıçılar Birliyinin
üzvüdür.
Göstərdiyi elmi və siyasi fəaliyyətə görə Cavanşir Feyziyev həm ölkədə, həm də xaricdə müxtəlif ictimai təşkilatlar tərəfindən
dəfələrlə diplomlarla
və fəxri fərmanlarla təltif olunub. 2005-ci ildə Avropa Biznes Assambleyası
(Londonda, Oksfordda) tərəfindən "Şöhrət
çələngi" beynəlxalq
mükafatına layiq görülüb. 2010-cu ildə
"Qızıl qələm"
media mükafatı və
Regionların sosial-iqtisadi
inkişafı Dövlət
Proqramının həyata
keçirilməsindəki fəal
iştirakı üçün
"Uğur" milli mükafatını
alıb. 2016-cı ildə
Beynəlxalq Türk Akademiyasının qızıl
medalı və Qazaxıstan Prezidentinin Fərmanı ilə "Qazaxıstan Respublikasının
müstəqilliyinin 25 illik
yubileyi" medalı,
2018-ci ildə isə Türk Dünyasının
"Şərəf" medalı
ilə təltif olunub.
Cavanşir Feyziyev hansı
vəzifədə çalışmasından
asılı olmayaraq, həmişə öz bacarığını, iş
qabiliyyətini və yüksək mənəvi
səviyyəsini ortaya
qoyub. Təbii ki, bu xüsusiyyətlər onun deputatlıq fəaliyyətində də
qabarıq şəkildə
görünür. Elə
buna görə də,
Şəki rayonunun yoxsul kəndçi ailəsindən çıxan
Cavanşir Feyziyev sonralar Azərbaycanın tanınmış və ləyaqətli övladına
çevrilib.
Cavanşir müəllim söhbət
zamanı deyir: "Müasir dövr mahiyyətcə çox fərqlidir. Hər zaman irəli baxmalı, fəaliyyətini dövrün
tələblərinə uyğun
qurmalısan. Azərbaycanın
bu sahədə gözəl nümunəsi
var. Bu da ilk növbədə cənab Prezident İlham Əliyevin müdrik xarici və daxili siyasətinin nəticəsidir. Dövlət
başçısını məqsədyönlü fəaliyyəti
ilə bütün dünyada tanınan ölkəmizlə hamı
hesablaşır, hətta
bir çox ölkələrdə Azərbaycan
təcrübəsi tətbiq
edilir. Fikrimcə, hər bir vətəndaş
bunu dərk etməli, öz Prezidenti və Vətəni ilə qürur duymalıdır".
Sovet İttifaqının dağılması
səbəbindən Cavanşir
Feyziyev 1995-ci ildə özəl sektora üz tutub. İlk olaraq ABŞ-ın məşhur bir şirkətində çalışıb,
daha sonra isə öz şirkətini yaradaraq bizneslə məşğul
olub. Yeni iş yerləri açıb və uğurlu biznes fəaliyyəti ilə həm öz qazancını təmin edib, həm də dövlətimizin vergilərini
ödəyib. Unutmaq olmaz ki, o, minlərlə yoxsula, ehtiyacı olanlara, kimsəsizlərə,
tənha yaşayanlara
kömək edib, tələbələrə, müəllimlərə,
xəstələrə yardımlar
göstərib.
44 günlük Vətən müharibəsində Cavanşir
Feyziyevin ordumuza, şəhid ailələrinə,
qazilərə və müharibə veteranlarına
verdiyi dəstək unudulmazdır.
Milli Məclisin deputatı kimi, o, həmişə müstəqil mövqedən
çıxış edib,
seçiciləri ilə
daimi əlaqədə
olub, onların problemləri ilə maraqlanıb və həllinə çalışıb.
Bir neçə xarici
dil bilən Cavanşir Feyziyev Beynəlxalq Münasibətlər
Komitəsinin üzvü
olaraq, xarici ölkələrin parlamentləri
ilə əlaqələrin
möhkəmləndirilməsində, Azərbaycanın həqiqətlərinin,
xüsusilə Qarabağ
münaqişəsi ilə
bağlı haqlı mövqeyinin dünyaya çatdırılmasında yaxından
iştirak edir.
2017-ci ildə Azərbaycan-Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsinin
həmsədri seçiləndə
çıxışlarında Qarabağ həqiqətlərini
dəlil-sübutlarla diqqətə
çatdırıb. Hətta
vəziyyət o qədər
kritik olub ki, erməni həmkarları və Avropada fəaliyyət göstərən
erməni lobbisi bu haqlı mövqenin
qarşısında dərin
narahatlıq hissi keçirib.
Hər insanın həyatda öz seçimi və mövqeyi olur. Milli təəssübkeşlikdən,
vətənpərvərlikdən və el-obanın problemlərindən doğan
mövqe həmin insanın şəxsiyyət
kimi bütövlüyünü
ortaya qoyur. Cavanşir Feyziyev məhz xalq, eləcə də doğma el-obası tərəfindən qəbul
olunan nüfuzlu şəxsiyyətdir. Bu yüksək
mənəvi keyfiyyətlər
onun zəngin mənəvi aləmindən
irəli gəlir. Mənəviyyatdan doğan
işıq heç vaxt tükənmir. Cavanşir müəllimin
mənəviyyatından gələn
işıq çoxlarının
həyat yoluna da nur saçıb və saçmaqdadır.
Bəxtiyar HÜSEYNOV
525-ci qəzet.- 2025.- 2 oktyabr (№178).- S.11.