Üzeyir Hacıbəyli yaradıcılığında qadın azadlığı

MUSİQİ SƏHNƏSİNDƏN CƏMİYYƏTİN AYNASINA

 

 

Şahanə MÜŞFİQ

 

Dahi bəstəkar, böyük söz adamı Üzeyir Hacıbəylinin adı Azərbaycan mədəniyyətində musiqi ilə azadlıq, sənətlə kimlik anlayışlarının qovuşduğu bir zirvəni təmsil edir. O, yalnız ilk operamızın müəllifi milli musiqi məktəbinin banisi deyil, həm öz dövrünün sosial problemlərinə, ictimai çatışmazlıqlarına biganə qalmayan maarifçi, publisist satirik idi. Hacıbəyovun incəsənət tariximizə bəxş etdiyi əsərlərinə nəzər salanda görürük ki, onun yaratdığı musiqi obrazları təkcə melodiyaların daşıyıcısı deyil, həm ictimai düşüncənin güzgüsüdür.

 

Dahi bəstəkarın yaşadığı dövrdə qadın hüquqları məsələsi cəmiyyətin ən böyük yaralarından biri idi. Qapalı həyat tərzi, təhsildən məhrumluq, evlilikdə iradə hüququnun olmaması - bunlar o dövrün qadın reallığı idi. Qadınlar çox zaman sadəcə ailənin cəmiyyətin qərarlarının icraçısı sayılır, şəxsi arzu seçimlərinə qulaq asılmır, heç soruşulmurdu da. Bir qız uşağı ata evində valideynlərinin, qardaşlarının, ər evində isə ər onun ailəsinin şəxsi malı hesab olunurdu. Onun üzərində hər cür qərar vermək normal alışılmış bir hal idi. Qadının səssizliyi itaətkarlığı o qədər normallaşdırılmışdı ki, səsini çıxartmaq, istəyini dilə gətirmək onun heç yadına da düşmürdü.

 

Məhz belə bir mühitdə Ü.Hacıbəyli "Ər arvad", "O olmasın, bu olsun" "Arşın mal alan" kimi əsərləri ilə qadının səsini eşidilməz qaranlıqdan işığa çıxardı. O, musiqinin yumorun dili ilə qadın azadlığını müdafiə etdi, xalqın ən çox sevdiyi bir əsrdən çoxdur ki, dəyərini, aktuallığını itirməyən əsərlərin qəhrəmanlarını qadın seçiminin rəmzinə çevirdi.

 

Bugünkü müasir qadın azadlığı anlayışına baxdıqda, onun ideyalarının çoxunun hələ o vaxtlardan səsləndirildiyini görürük. Bu, təsadüfi deyildi: Hacıbəyli qadını yalnız ailənin bir parçası deyil, həm müstəqil bir fərd kimi təqdim edirdi.

 

Üzeyir Hacıbəylinin yaradıcılığında, xüsusilə adını çəkdiyimiz əsərlərində qadın azadlığı mövzusu incə detallarla böyük ustalıqla əks olunur. Bu əsərlər dövrün mövhumatlarını tənqid edərək, cəmiyyətdə qadınların hüquqlarının tanınması, onların azadlığı uğrunda mübarizəni təsvir edir.

 

Musiqili komediyalar vasitəsilə müəllif xalqa daha yaxşı təsir etməyi, qabaqcıl ideyaları geniş cəmiyyətə, hətta onu dinləməyəcək, anlamayacaq təbəqələrə çatdırmağı məqsəd qoyurdu. Qadınların cəmiyyətdə daha fəal iştirakı, onların təhsili azadlığı Hacıbəylinin cəmiyyətə təqdim etdiyi əsas ideyalardan idi.

 

Onun əsərlərində qadın azadlığı həm sosial azadlıqla əlaqələndirilir, qadınların yalnız ev işləri ilə məşğul olmaması, onların ictimai həyatda iştirakının təbliği nəzərdə tutulurdu. O göstərirdi ki, qadın yalnız ev yığışdırıb, yemək bişirib, uşaq tərbiyə etmək üçün deyil. O da ictimai işlərdə kişilərlə çiyin-çiyinə iştirak edə, lazımi məqamlarda qərar qəbul edə, ən azından öz həyatı, gələcəyi haqqında söz sahibi ola bilər.

 

Bu əsərlər göstərir ki, Üzeyir Hacıbəyli Azərbaycan cəmiyyətində qadın hüquqları məsələsinə böyük əhəmiyyət verirdi onun yaradıcılığı bu sahədə mühüm bir dönüş nöqtəsi idi.

 

Ü.Hacıbəyli ilk komediyası olan "Ər arvad"da cəmiyyətin cahil, geridəqalmış, insan qadın hüquqlarına sığmayan əməllərinə qarşı çıxır. Əsər qadın azadlığını, onun şərəf ləyaqətini, qadının insan şəxsiyyət kimi dəyərini müdafiə edir. Əsərin baş qəhrəmanı Minnət xanım öz ağlı, zəkası, namusu bütün yüksək keyfiyyətləri ilə fərqlənir. O, sinifli cəmiyyətin, cahil kütlənin yetişdirdiyi həyat yoldaşı Mərcan bəyin pis xüsusiyyətlərinə, yanlış əməllərinə belə dözərək onu doğru yola gətirməyə, ailəsini qorumağa çalışır. O, qadın zəkası ilə Mərcan bəyin bütün niyyətlərinə qarşı çıxır onu gülünc vəziyyətə salır. Bununla Minnət xanım, əslində isə, müəllif təkcə Azərbaycanda deyil, o dövr müsəlman aləmində, eləcə bir çox ölkələrdə hökmran olan çoxarvadlılıq, kəbin kəsdirmək kimi nadan, əsl ailə dəyərlərinə sığışmayan ənənələrə qarşı çıxmağı bacarır, onların yanlış əməl olduğunu göstərir.

 

Eyni zamanda Hacıbəyli bu əsərində cəmiyyətdə qadınların mövqeyini, onların təhsilə, ictimai fəaliyyətə cəlb edilməsinin vacibliyini önə çəkir.

 

Üzeyir yaradıcılığının şah əsərlərindən hesab olunan "O olmasın, bu olsun" operettasında da qadın azadlığı mövzusu əsas xətt üzrə aparılır. Əsər, Məşədi İbad obrazı vasitəsilə patriarxal cəmiyyətin mövhumatlarını ifşa edir bu mövhumatlardan qurtulmağın vacibliyini vurğulayır. Qadınların öz taleyini təyin etmək azadlığı bu əsərin əsas mesajlarından biridir.

 

1910-cu ildə yazılmış əsər gülüş vasitəsilə çox ciddi mövzunu ortaya qoyur: qadının seçim haqqı. Gülnaz obrazı buna bariz nümunədir. Onun həyatını atası ətrafındakı kişilər müəyyənləşdirir. Qızın arzuları, hissləri iradəsi ikinci plana keçirilir. Bu, o dövrün reallığının ədəbiyyatdakı təcəssümü idi.

 

Lakin Üzeyir bəy burada təkcə müşahidəçi mövqeyində qalmır. O, yumor satira vasitəsilə cəmiyyətin bu ziddiyyətini ifşa edir. Əsərdəki obrazlar - sərvəti ilə öyünən Məşədi İbad, ağılsızlığı tamahkarlığı ilə gülünc vəziyyətlərə düşən digər kişilər, əslində, qadının həyatını yönləndirən gücsüz, ancaq iddialı kişilərin karikaturasıdır. Onlar gülüş doğurur, lakin gülüşün arxasında acı bir həqiqət yatır: qadın hələ öz taleyinin sahibi deyil.

 

Hacıbəylinin əsas yeniliyi ondadır ki, o, Gülnazın dili ilə qadının söz haqqını səsləndirir. Bu, 1900-cü illərin əvvəllərində Azərbaycanda böyük bir yenilik idi. Ona görə bu əsəri qadının iradə azadlığını müdafiə edən ilk satirik musiqili komediyalardan biri kimi dəyərləndirə bilərik. Tamaşada gülüş o qədər ustalıqla qurulub ki, insanlar güldükləri anda da düşünməyə başlayırdılar: "Doğrudanmı qızın öz seçimi yoxdur, olmamalıdır?"

 

Gülnazın atası Rüstəm bəyin özünün 15 yaşlı qızını pula görə 50 yaşlı Məşədi İbada ərə verməsi kimi absurd qərarına qarşı çıxan tək insan isə dayə Sənəm olur. O, sadə xalqın təmsilçisi, sözü eşidilməyən qadın olsa da, sağlam düşüncəli, ağıllı eyni zamanda cəsarətlidir. Sənəm Gülnazın Məşədi İbadla görüş səhnəsindəki etirazları, bütün həqiqətləri bir-bir üzünə vurmaqları o dövr üçün görünməmiş hadisə idi.

 

Sənəm kimi cəsarətli bir qadından aldığı gücün, dəstəyin nəticəsi idi ki, Gülnaz az yaşına rəğmən, öz məhəbbətinə, sevgisinə sahib çıxacaq qədər cəsurdur. Onun öz sevgilisi Sərvərə atasının qərarını heç zaman qəbul etməyəcəyi ilə bağlı kəskin çıxışı, "Yox yox, mən səndən başqa kimsəyə getməyəcəyəm. Qoy məni öldürsün, mən səni sevirəm, sənə gələcəyəm" - qərarı müəllifin öz millətinin qadınını, qızını görmək istədiyi bir biçim idi.

 

1913-cü ildə qələmə alınan "Arşın mal alan" operettası isə qadın azadlığının daha açıq, daha romantik bir şəkildə ifadəsidir. Əsərin baş qəhrəmanı Gülçöhrə sələfi Gülnazdan fərqli olaraq, öz hisslərini gizlətmir. O, sevdiyini seçmək istəyir bu istəyi ilə dövrün bütün qadağalarını sındırır.

 

Gülçöhrənin atası Soltan bəyə rəğmən, məhəbbətinə sahib çıxması qadının cəmiyyət qarşısında öz mövqeyini bildirməsinin poetik rəmzidir. Onun "azadlıq" anlayışı təkcə sevgi ilə bağlı deyil, ümumiyyətlə qadının həyat yolunu seçməsi ilə bağlıdır. Hacıbəyli bu əsərdə qadının seçiminin kişilərin qərarlarından heç aşağı olmadığını göstərir.

 

Bu əsərləri daha dəyərli bütün dövrlər üçün sevilən edən cəhətlərdən biri qadın azadlığı ideyasını xalqın ən sevdiyi üslub olan musiqili komediya ilə çatdırmasıdır. Əgər bu ideya ciddi publisistik məqalə kimi yazılsaydı, bəlkə az oxucuya təsir edərdi. Amma Hacıbəyli onu yumorla, musiqi ilə təqdim etdi. Nəticədə "Arşın mal alan" bütün Qafqazda, hətta Avropada səhnəyə qoyuldu hər yerdə eyni mesajı verdi: qadının seçim hüququ var!

 

Bu əsər qadınların cəmiyyətdəki mövqeyini dəyişməsə , ən azı onların haqq səsini eşidilən etdi. Gülçöhrə obrazı qadınların həyatla bağlı ümidlərinin təcəssümünə çevrildi.

 

Təsadüfi deyil ki, bu əsərlərdən cəmi 5 il sonar - 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyətinin ilk işlərindən biri qadına seçim hüququ vermək oldu. Bu isə bütün Şərqdə ilk belə addım, başqa sözlə inqilab idi. Əlbəttə, bunda Cümhuriyyət qurucularımızın aydın fikirliliyi, müasir baxışı ilə yanaşı, Üzeyir Hacıbəyli kimi ziyalılarımızın, incəsənət nümayəndələrimizin onların yaratdığı əsərlərin rolu danılmazdır.

 

Bu gün XXI əsrdə qadın azadlığı daha geniş mənada başa düşülür. Qadınların təhsil hüququ, karyera imkanları, ictimai-siyasi həyatda iştirakı müasir gündəmin əsas mövzularıdır. Lakin maraqlıdır ki, Hacıbəyovun əsərlərində toxunduğu əsas məsələ - qadının seçim azadlığı - hələ aktualdır.

 

Müasir dövrdə qadınların bir qismi hələ sosial stereotiplərin təzyiqi altında yaşayır, bəzən ailə daxilində söz haqqından belə məhrum edilir. Bu mənada, "O olmasın, bu olsun" "Arşın mal alan" yalnız 100 il əvvəl yazılmış əsərlər deyil, həm bu günümüzün güzgüsüdür.

 

Hətta feminist hərəkatların əsas tələbləri ilə Hacıbəylinin əsərlərindəki qadın obrazlarını müqayisə etsək, oxşarlıqlar çoxdur. Gülçöhrənin "mənim seçimim var" deyə səssizcə dirənişi, əslində, bugünkü qadınların müxtəlif sahələrdəki "bərabərlik" mübarizəsinin başlanğıc nöqtələrindən biridir.

 

Üzeyir Hacıbəyli qadın azadlığı ideyasını musiqi ilə, yumorla, satira ilə cəmiyyətin gündəminə gətirdi. O, cəmiyyətin ən böyük qadağasını - qadının səsini - yumor vasitəsilə işıqlandırdı. Onun yaratdığı qadın obrazları təkcə səhnənin qəhrəmanları deyil, həm tarixdə qadının azadlıq axtarışlarının simvollarıdır.

 

Bu gün biz qadın hüquqlarından, gender bərabərliyindən danışırıqsa, unutmamalıyıq ki, bu müzakirələrin kökü hələ o vaxt həm Üzeyir bəyin əsərləri ilə qoyulmuşdu. O, qadını musiqi səhnəsinə çıxarmaqla yanaşı, həyatın səhnəsinə çıxardı.

 

Dahi bəstəkarın qadın azadlığı mövzusundakı mövqeyi onu yalnız musiqi tariximizin deyil, həm sosial tərəqqi düşüncəmizin ən böyük simalarından birinə çevirir. Onun əsərlərinin qadın qəhrəmanları bu gün bizə deyirlər: "Seçim haqqı insana verilən ən böyük azadlıqdır".

 

Şahanə MÜŞFİQ

525-ci qəzet .- 2025.- 4 oktyabr (№180).- S.12.