Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş “Leyli və Məcnun” operası təqdim olunub
Azərbaycan professional musiqisinin banisi, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin 140 illiyinə
həsr olunmuş “Leyli və Məcnun”
operası Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında nümayiş
etdirilib.
525.az-a teatrdan bildirilib ki, əsərin budəfəki
nümayişi həm
bəstəkarın yubileyinə
dərin ehtiramın ifadəsi, həm də Azərbaycan musiqi mədəniyyətinin
zəngin ənənələrinin
təntənəsi kimi
təqdim olunub.
Üzeyir Hacıbəylinin
şah əsəri sayılan “Leyli və Məcnun” operası ilk dəfə 1908-ci ildə səhnəyə qoyulub və Şərqdə ilk opera kimi
tarixə düşüb.
Tamaşada baş
rolları Rəvanə
Əmiraslanlı (Leyli)
və Mirəli Sarızadə (Məcnun) ifa ediblər. Leylinin atası rolunda Taleh Yahyayev,
anası rolunda Aytən Məhərrəmova,
Məcnunun atası rolunda Mütəllim Dəmirov, anası rolunda Afaq Ağayeva,
digər rollarda Fuad Əzizzadə (İbn Salam), Cahangir Qurbanov (Nofəl), eləcə də Nəzər Bəylərov (Zeyd) və Pərviz Verdiyev (Şeyx) çıxış ediblər.
Balet hissələrində
Leyli rolunu Məryəm Şabakayeva,
Məcnun rolunu Rüstəm Hacıyev, uşaq rollarını Laləzar İbrahimli (Leyli) və Adil Əlizadə (Məcnun) canlandırıb.
Tamaşanın dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Nicat Kazımov, quruluşçu
rəssamı Əməkdar
mədəniyyət işçisi
Tehran Babayev, kostyumlar üzrə rəssam Leyla Əliyeva, xormeyster Əməkdar incəsənət
xadimi Sevil Hacıyeva, xoreoqraf isə Əməkdar artist Yuriy Lobaçevdur.
Solo tarda Əməkdar artist Elxan Mansurov, kamançada isə Əməkdar artist Elnur Əhmədov müşayiət ediblər.
525-ci qəzet 2025.- 14 oktyabr
(№186).- S.11.