Vətənə sevgi ilə
böyüyən gənc
nəsil
MÜASİR,
VƏTƏNPƏRVƏR VƏ MƏNƏVİ
CƏHƏTDƏN SAĞLAM YENİ NƏSİL
ÖLKƏMİZİN GƏLƏCƏYİNİ
MÜƏYYƏN EDƏCƏK
Xalqın gələcəyi
olan gənclərin vətənpərvərlik ruhunda
tərbiyə olunması,
Vətəninə, millətinə
sadiq bir vətəndaş kimi yetişməsi ən önəmli məsələlərdən
biridir. Yalnız vətənini sevən, onun naminə çalışan gəncləri
olan ölkənin gələcəyi işıqlı
və parlaqdır. Bu gün hər
bir Azərbaycan gəncinin qəlbində Vətəninə böyük
sevgi, tükənməz
məhəbbət var.
44 günlük Vətən
müharibəsində minlərlə
gəncin göstərdiyi
qəhrəmanlıq, dövlətinə
və bayrağına
sədaqəti xalqımızın
milli ruhunun nə qədər güclü olduğunu bir daha sübut
etdi. Bu, qəhrəmanlar gənclər
üçün həm
qürur mənbəyi,
həm də gələcək nəsillərə
örnəkdir.
Prezident İlham
Əliyev bildirib ki, gənclərin vətənpərvərlik ruhunda
tərbiyə edilməsi
xüsusi əhəmiyyət
daşıyır: "Azərbaycan
gənci Azərbaycan dəyərləri, ənənəvi
dəyərlər əsasında
tərbiyə almalıdır,
Vətənə bağlı
olmalıdır, Azərbaycan
dəyərlərini hər
şeydən üstün
tutmalıdır, öz
tarixini, ədəbiyyatını,
ana dilini mükəmməl bilməlidir,
fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır. Ona
görə bu məsələyə çox
böyük diqqət
verilməlidir. Mən
gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən
görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə
doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər
və mənəvi cəhətdən sağlam
yeni nəsil ölkəmizin gələcəyini
müəyyən edəcək.
Ölkəmizin müstəqilliyi,
firavanlığı onlardan
asılı olacaq. Onlar milli maraqları
bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız
ittihamlara baxmayaraq, Vətən məhəbbəti
və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma buna nail olmaq
üçün onlar
milli ruhda tərbiyə almalıdırlar.
Əgər qloballaşma
adı ilə bizə yad olan
və faktiki olaraq manqurtlaşma, eyniləşmə siyasəti
idxal ediləcəksə,
onda bizim gənclərimiz gələcəkdə
ölkəmizin maraqlarını
qoruya bilməyəcəklər".
Millət vəkili
Naqif Həmzəyevin sözlərinə görə,
gənc nəslin vətənpərvərlik ruhunda
yetişməsi, torpağına,
yurduna bağlı, milli-mənəvi dəyərlərə
sadiq olması daim dövlətin diqqət mərkəzində
olan ən vacib məsələlərdən
biridir. İldən-ilə
gənc nəslin milli mənlik şüurunda yetişməsinə,
vətənpərlik ruhunda
tərbiyə almasına
daha çox önəm verilir. Ölkənin milli maraqlarının müdafiə
edilməsi üçün,
ilk növbədə gənclərdə vətənpərvərlik
hisslərinin güclü
olması vacibdir. Bu məqsədlə də gənclərimizdə
vətənpərlik hisslərinin
aşılanması ön
planda durur. Çünki vətənini
sevən, yalnız vətəninə məhəbbət
bəsləyən gənclik
bütün ali dəyərlərin müdafiəçisi
ola bilər. Xalqımıza məxsus olan maddi və
mənəvi sərvətlərin
keşiyində dayanar,
qoruyucusuna çevrilər.
Biz bunun, bu həqiqətin 44 günlük müharibə
dönəmində əyani
şəkildə şahidi
olduq və bir daha inandıq
ki, müasir gəncliyimiz milli mənlik şüuruna malik olan sağlam
təfəkkürlü gənclikdir
və həmin gəncliklə gələcəyə
ümid etməyə dəyər. Çünki
həmin gənclik xalqımıza, bizə məxsus olan dəyərlər uğrunda
canından, qanından
keçməyə hazır
olduğunu bir daha təsdiq etdi. 44 günlük müharibədə Vətənin
hər qarış torpağı uğrunda son damla qanına
qədər vuruşan,
şəhidlik zirvəsinə
ucalan gənclərimiz
vətənə məhəbbət
hissinin necə olduğunu bütün dünyaya göstərdi. İstər şəhidlərimiz,
istərsə də, qazilərimiz göz qırpmadan döyüşə
atılaraq, düşmən
üzərinə gedərək
xalqımıza məxsus
olan, bizə məxsus olan torpaqlar uğrunda canlarını, qanlarını
qurban verməkdən zərrə qədər çəkinmədiklərini əyani
şəkildə sübut
etdilər.
Millət vəkili
bildirib ki, Vətən müharibəsində
qəhrənamlıq göstərən
Azərbaycan gəncliyinin
nəinki şücaəti,
ələlxüsus vətənpərlik
duyğusu, milli mənlik şüuru, demək olar ki, dastana çevrildi:
"Hətta düşmənlərimiz,
44 günlük döyüş
zamanı müharibədə
iştirak edən erməni əsgərləri
belə Azərbaycan əsgəri barəsində
danışarkən hansı
qorxu və həyəcan keçirdiyini
görürük və
bütün bunlar gənclərimizin vətən
naminə nələrə
qadir olduğunu, nə dərəcədə
vətənə bağlılığını,
milli mənlik şüuruna nə dərəcədə sahib
olduqlarını göstərən,
təsdiq edən məqamlardandır".
Millət vəkili
Fatma Yıldırım
qeyd edib ki, rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən
uğrunda mətanətlə
vuruşan qəhrəman
gənclərimiz öz
adlarını xalqımızın
ən yeni tarixinə qızıl hərflərlə yazdılar.
Onlar bütün dünyaya Vətənlərinə
olan sevgilərini, sadiqliklərini sübut etdilər. Vətənləri
uğrunda canlarını
belə fəda etməyə hazır olduqlarını göstərdilər.
Məhz onların rəşadəti sayəsində
əldə olunan bu şanlı Zəfər ölkəmizin
ərazi bütövlüyünü
və suverenliyini bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza
qovuşdu: "Azərbaycan
gəncləri üçün
ən həlledici sınaqlardan biri də Vətən müharibəsi oldu. Ordu sıralarında Vətən torpaqlarının
azadlığı uğrunda
döyüşən qəhrəman
gənclərimiz adlarını
xalqımızın ən
yeni tarixinə qızıl hərflərlə
yazdılar. Vətən
torpağını qarış-qarış
düşməndən təmizlədilər.
Azərbaycan bayrağını
bütün ərazilərdə
dalğalandırdılar. Məhz
onların rəşadəti
sayəsində əldə
olunan şanlı Zəfərlə Azərbaycanın
ərazi bütövlüyü
tam bərpa edildi. xalqımız otuz ilə yaxın
həsrətdən sonra
tarixi torpaqlarımıza
qovuşdu. Qarabağ öz azadlığına
qovuşdu".
Millət vəkilinin
dediyinə görə,
millətin milli kimlik şüurunun formalaşması, mənəvi-siyasi
cəhətdən yetişməsi
həm də onun vətənpərvərlik
səviyyəsi ilə
müəyyən edilir.
Vətənpərvərlik həm də fəaliyyət sahəsindən
asılı olmayaraq, mənəvi-siyasi məsuliyyəti
dərk etmək və layiqincə daşımaqdır. Müasir
şəraitdə böyüməkdə
olan gənc nəslin düzgün tərbiyəsi milli təhsil ocaqlarının
qarşısında duran
ən aktual vəzifələrdən biridir.
Vətənpərvər vətəndaşın
tərbiyəsi məktəbin
ideoloji işində ən vacib istiqamətlərdən
biri olmalıdır:
"Gənclərdə milli
mənlik şüurunun
formalaşdırılması siyasəti daim davam etdirilməlidir. Hər bir gənc
mənsub olduğu millətə, vətənə
yaxından bağlanmalıdır.
Bunun üçün
də malik olduğu dəyərləri
dərindən bilməyi
vacib ünsürlərdən
biridir".
Fatma Yıldırım
əlavə edib ki, bu gün
hər bir gəncin ən böyük borcu vətənini sevmək, onu qorumaq və
inkişafı üçün
əlindən gələni
etməkdir. Məhz bu ruh Azərbaycan
gəncliyini qəhrəman
və vətənpərvər
edən əsas dəyərdir: "Azərbaycanda
vətənpərvərlik hissi çox güclüdür. Bunun biz Vətən müharibəsində də
şahidi olduq. Gənclərimiz müharibə
zamanı vətən
naminə canlarını
qurban verməkdən çəkinmədilər. Vətən
sağ olsun deyib döyüş meydanına atıldılar
və son damla qanlarına kimi döyüşdülər.
İgidlik, qəhrəmanlıq
dastanı yazdılar.
Bu igid Vətən
övladları doğma
yurd naminə canlarından keçməklə
əsl vətənpərvərlik
nümunəsi göstərmiş,
şərəfli bir iz qoyub getdilər.
Onlar vətənpərvərlikləri,
igidlikləri ilə yetişməkdə olan gənc nəslə də bir örnək
oldular. Bu gün milli vətənpərvərlik Vətənin
göz bəbəyi kimi qorunmasında təzahür edir və bunu bugünkü
gənclərimiz bütün
məsuliyyəti ilə
dərk edirlər".
Millət vəkili
Hicran Hüseynova deyir ki, vətənpərvər
Azərbaycan gəncliyi
xalqımızın ən
böyük və qiymətli sərvətidir.
44 günlük Vətən
Müharibəsində biz
bir daha gördük ki, Azərbaycanın böyük
və güclü gələcəyi var. Tək biz yox,
bütün dünya gördü ki, Azərbaycanda sağlam, cəsur, qəhrəman bir nəsil yetişib. Bu qəhrəman gənclər
torpaq uğrunda canlarından keçərək,
milli birliyin, vətən sevgisinin və qəhrəmanlığın
ən yüksək nümunəsini göstərdilər.
Unudulmayacaq bir tarix yazdılar. Bu gənclər Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşdi.
Ali Baş Komandanın əmri ilə bir araya
gəldilər. Bizim gənclərimiz torpaq uğrunda, Vətən uğrunda vuruşdular, 30 illik Vətən həsrətinə öz canları, qanları hesabına son qoydular. Bütün dünya bir daha gördü ki, xalqımız qəhrəmanlar yetişdirən
xalqdır və ədalətin bərpası
üçün vuruşur.
Onlar doğurdan da əsl qəhrəman,
vətənləri Azərbaycanı
ürəkdən sevən
gənclərdir. Göstərdikləri,
igidlik, qəhrəmanlıqlarla
bunu bir daha hər kəsə
sübut etdilər:
"Bu gün qürurla deyə bilərik ki, bizim vətənpərvər
gənclərimiz var. Onlar milli ruhu
yaşadır, tariximizə
və qəhrəmanlarımıza
hörmətlə yanaşır,
Vətənin sabahı
naminə çalışırlar.
Belə gənclərin
sayəsində Azərbaycan
daha da güclənəcək,
üçrəngli bayrağımız
hər zaman ucalarda dalğalanacaqdır".
Sevinc QARAYEVA
525-ci qəzet .-
2025.- 14 oktyabr (№186).- S.14.