Azərbaycan gəncliyi ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək

 

Azərbaycanda gənclər siyasəti dövlətin prioritet istiqamətlərindəndir. Ölkədə gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində mühüm addımlar atılır. Üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirən Azərbaycan gəncliyi, ölkədə gedən proseslərin önündə gedərək dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman, ordu digər sahələrdə uğurla çalışaraq, ölkəmizi şərəflə yüksək səviyyədə təmsil edirlər.

 

Azərbaycanda mükəmməl gənclik siyasəti Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirildi. Həmin dövrə qədər isə ölkəmizdə gənclərə diqqət mövcud deyildi. Cəmiyyətin ən aktiv hissəsi olan gəncliyə onu narahat edən problemlərə laqeyd münasibət var idi. Amma bütün bunlara baxmayaraq, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu öndər böyüməkdə olan gənc nəslə qayğını hər zaman önə çəkib. Ümummilli lider Heydər Əliyev hüquqi dünyəvi dövlət quruculuğu prosesində, çoxşaxəli islahatların reallaşdırıldığı bir vaxtda gənclik enerjisinə ehtiyac duyulduğunu düzgün qiymətləndirmiş müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlər imzalayıb.

 

Burada "Gənclər siyasəti haqqında" Qanununun qəbulu, Gənclər İdman Nazirliyinin yaradılması, ölkədə Gənclər gününün təsis edilməsini sairi xüsusi qeyd etmək lazımdır. Ulu öndər Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycanda Gənclər günü kimi təntənəli şəkildə qeyd olunur. Əlavə edək ki, Gənclər günü MDB məkanında Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təsis olunub.

 

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.  Gənclər siyasəti ölkədə həyata keçirilən dövlət siyasətinin mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı gəncliyin formalaşmasına şərait yaradıb. Dövlətin gənclərə dəstək diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, gücünə, istedadına inam hissi artıb. Belə ki, ölkə başçısı İlham Əliyev tərəfindən ötən müddət ərzində bu istiqamətdə bir çox xüsusi əhəmiyyətə malik sənədlər təsdiq edilib. Həmin mühüm sənədlərin qəbul olunması uğurla həyata keçirilməsi ölkəmizdə gənclərin potensialının inkişaf etdirilməsi, onların faydalı məşğulluğunun təmin edilməsi istiqamətində böyük əhəmiyyət kəsb edir. Gənclər siyasəti sahəsində atılan addımlar qəbul olunan mühüm qərarlar Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür.

 

Azərbaycanda gənclərə dövlət qayğısının ən önəmli addımlarından biri ölkə gənclərinə hökumət vəsaiti ilə xarici ölkələrdə nüfuzlu ali məktəblərdə oxumaq imkan şəraitinin yaradılmasıdır. Hər il yüzlərlə gənc bu imkandan yararlanır. Gəncliyimiz azad düşünür, demokratik cəmiyyətdə yaşayır, məhdudiyyətsiz olaraq fəaliyyət göstərir. Bütövlükdə, ölkə rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü ardıcıl siyasət nəticəsində gənclər bu gün demokratikləşmə prosesində, mədəniyyət, incəsənət, elm idman sahələrində zəfərlər qazanır, zəngin mədəni irsimizin qorunub saxlanılması inkişaf etdirilməsi yolunda mühüm addımlar atırlar.

 

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan gəncliyi tariximizin bu yeni dövründə ölkəmizin gələcək inkişafına layiqli töhfələr verəcək, yeni-yeni nailiyyətləri ilə bizi sevindirəcəkdir.

 

Millət vəkili Hikmət Babaoğlunun sözlərinə görə, Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasəti milli inkişafımızın bütün istiqamətləri üzrə öz nəticələrini verməkdədir: "Prezident İlham Əliyev gənclər siyasətini ən yüksək səviyyədə davam etdirilməklə dünyaya örnək ola biləcək bir gənclik təqdim etdi. Həyata keçirilən dövlət gənclər siyasəti gənc nəslin hərtərəfli inkişafının, onların cəmiyyətdə fəal iştirakının təmin olunmasında mühum rol oynadı. Həyata keçirilən uğurlu gənclər siyasəti kadr institusional islahatlar zamanı da nəzərə alındı. Beləliklə, ölkəmizin ictimai-siyasi həyatında gənclərin rolu daha da artmağa başladı. Şübhəsiz ki, həyata keçirilən bu strateji siyasət 44 günlük Vətən Müharibəmizə onun Zəfərlə başa çatan nəticələrinə öz mühüm töhfəsini verdi. Məhz Prezidentin gənclər siyasətinin uğurlu olmasının nəticəsi idi ki, elə Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənclik tarixi qələbəmizin əldə olunmasında digər nəsillərlə bərabər əvəzsiz rol oyandı. Bu gün istər idarəetmə sahəsində, istərsə ölkəmizin sosial-iqtisadi, elmi-mədəni ictimai həyatında gənclər aparıcı rol oynamaqdadırlar ki, bu da xalqımızın gələcək inkişafının təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir".

 

Millət vəkili Tamam Cəfərova bildirib ki, Azərbaycan dövləti tərəfindən gələcəyimiz olan gənclərə xüsusi diqqət qayğı ilə yanaşılır. Gənclər siyasətinin məqsədi gənclərin cəmiyyətin sosial-siyasi, iqtisadi mədəni həyatında fəal iştirakını təmin etməkdir: "Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Prezident İlham Əliyevin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanda vətənpərvər, sağlam düşüncəli, bilikli, savadlı, bacarıqlı, bir sözlə gələcəyimizi etibar edə biləcəyimiz gənc nəsil yetişib. Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Vətən müharibəsində gənclərin rolu həlledici olmuşdur. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Müharibə zamanı gənclərin rolu həlledici oldu. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Çünki elə bir gənc nəsil yetişdi ki, hətta Qarabağı görməyən, o acı tarixi görməyən gənclər Qarabağ uğrunda, Vətən uğrunda, milli ləyaqət uğrunda ölümə gedirdilər şəhid oldular, qazi oldular müzəffər ordumuzun şöhrətini yüksəklərə qaldırdılar". Millət vəkilinin sözlərinə görə, Azərbaycanın gənclər siyasəti ardıcıl, məqsədyönlü strateji xarakter daşıyır. Bu siyasət gənclərin yalnız bu gününü deyil, həm gələcəyini düşünən bir istiqamətdir: "Bu gün istər idarəetmə sahəsində, istərsə ölkəmizin sosial-iqtisadi, elmi-mədəni ictimai həyatında gənclər aparıcı rol oynamaqdadırlar. Təbii ki, bu da xalqımızın gələcək inkişafının təmin olunmasında, azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində iştirakı baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə Vətənə bağlılığı gənclərimizin bu prosesdə fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır: "Bu günün gəncləri üçün imkanlar daha genişdir. Onlara biliklərini, potensiallarını, bacarıqlarını göstərmələri üçün bütün imkanlar yaradılır. Gənclər bu imkanlardan istifadə etməlidirlər. Azərbaycan gəncləri azad ölkədə, sabitliyin bərqərar olduğu müstəqil bir ölkədə yaşayır. Hər bir Azərbaycan gənci fəxr etməlidir ki, azad, müstəqil bir ölkənin vətəndaşıdır. Gənclər bu gün onlara yaradılan bu imkandan, şəraitdən səmərəli istifadə etməlidirlər. Gənclər öz gələcək həyatını düzgün müəyyən etmək üçün dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Onlara bütün imkanların yaradıldığı bir ölkəyə layiqli bir vətəndaş olmalı Azərbaycanı dünya miqyasında layiqincə təmsil etməyi bacarmalıdırlar".

 

Sevinc QARAYEVA

525-ci qəzet  2025.- 15 oktyabr (№187).- S.15.