Ərəb dilçiliyinə aid dəyərli çap kitabı

 

Kübra VƏLİYEVA

AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun elmi işçisi

 

 

 

Qədim mədəniyyət mərkəzi Naxçıvanda qiymətli yazı abidələri olan əlyazma çap kitabları 2005-ci ildən fəaliyyətə başlayan AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunda mühafizə olunmaqdadır. Əlyazmalar Fondunda Azərbaycan, ərəb, fars, türk, özbək başqa dillərdə 600-dən çox qədim çap kitabı əlyazmalar qorunub saxlanılmır. Məntiq, astronomiya, riyaziyyat, tibb, tarix, coğrafiya, dilçilik, ədəbiyyatşünaslıq, fəlsəfə islam elmlərini əhatə edən Qurani-Kərim, kəlam, əxlaq, fiqh, hədis, təfsir, təsəvvüf digər sahələrə məxsus bu əsərlər mənəvi xəzinəmizin çox dəyərli əhəmiyyətli inciləridir. Bu kitablar Azərbaycanın eləcə Naxçıvanın qədim tarixi, ədəbiyyatı, incəsənəti mədəni-elmi həyatının öyrənilməsi baxımından zəngin mənbələrdir. Ərəb qrafikası ilə çap olunan həmin kitablardakı təliflər, şərhlər, haşiyələr, taliqlər diqqəti cəlb edir. Həmçinin bu kitablarda işlənən incə ornamentlər, naxışlar, miniatürlər, nəfis tərtib olunmuş cildlər vasitəsilə xalqımızın milli mənəvi dəyərlərini tarixinin zənginliyini gələcək nəsillərə çatdırır. Bu dəyərli kitabların tədqiqi, öyrənilməsi ictimaiyyətə çatdırılması vacib mühüm işlərdən biridir.

 

Fondda mühafizə edilən dilçiliyə dair qədim əlyazma çap kitabları içərisində ərəb dilinin qrammatikasına aid əsərlər diqqəti cəlb edir. Öz elmi əhəmiyyəti ilə seçilən belə qədim çap kitablarından biri Radiyyuddin əl-Astarabadinin (?-1287) müəllifi olduğu "Şərhu Radi aləl-Kafiyə fi ilmin-nəhv val-irab" ("Razinin "kafiyə"yə sintaktik baxımdan şərhi") adlı əsəridir. Bu kitabda Misir qrammatika məktəbinin məşhur nümayəndəsi, görkəmli ərəb dilçisi İbn əl-Hacibin "əl-Kafiyə" əsəri ətraflı şəkildə şərh olunub.

 

Radiyyuddin Məhəmməd bin Həsən əl-Astarabadi əl-Ğaravi əs-Səmnai (əs-Səmnaki) ən-Nəcəfi ərəb dilçilik elmində Bağdad qrammatika məktəbinin görkəmli nümayəndələrindən biri sayılır. Mənbələrdə əl-Astarabadi haqqında az məlumat vardır. Ona verilən nisbədən anlaşılır ki, Astarabadda doğulub, ya da yaşayıb.

 

"Şərhul-kafiyə" əsərinin əlyazma çap nüsxələri İstanbul, Berlin, Qahirə, Beyrut, Kazan, Tehran başqa dünya kitabxanaları ilə yanaşı, Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmlar İnstitutunda da qorunub saxlanılır.

 

Bir rəvayətdə İraqın Nəcəf şəhərində, bəzi qaynaqlara görə isə Mədinədə yazıldığı söylənilən "əl-Kafiyə" şərhinin yazılma tarixi ilə bağlı h.q. 683-cü il (1284), h.q. 686-cı il (1287), h.q. 688-ci il (1289) kimi fərqli görüşlər iddia olunmaqdadır.

 

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi Əlyazmalar Fondunda mühafizə olunan ərəb dilində yazılmış həmin əsər hicri qəməri 1268 (miladi 1851)-ci ildə çap olunub. Kitabın üz qabığı bozumtul qara rəngli kartondan düzəldilmişdir. Nəsx xətti ilə işlənmiş iki hissədən ibarət olan kitabın həcmi 209 vərəqdən (I hissə 94, II hissə isə 115 vərəq) ibarətdir. Vərəqin ölçüsü 21 x34 sm., mətnin yazılı hissəsi 14x25 sm., hər səhifədəki sətirin sayı 40-a bərabərdir. Orta əsrlərdə səhifələmə metodu paqinasiya üsulundan ibarət olduğuna görə kitaba səhifələr vurulmayıb. Kitabın kənarlarında haşiyələr verilib.

 

Ərəb dili qrammatikasının nəhv bölməsini (sintaksis) əhatə edən I hissə "Bismillahi-rahmani-rahim va bihi nəstəin" (Rəhman Rəhim olan Allahın adı onun köməyi ilə) sözləri ilə başlayıb, Allaha həmdü səna, Hz. Peyğəmbərə, onun ailəsinə səhabələrinə salavatla davam etdirilib. Sonra müəllif kitabın müqəddiməsində "əl-Kafiyə" əsərini üçün şərh etdiyinin izahını verib. Daha sonra isə nəhv elminə keçərək qrammatik izahatlara başlayıb.

 

Radiyyuddin əl-Astarabadi "Şərhul-Kafiyə" əsərinin hər iki hissəsində İbn əl-Hacibin "əl-Kafiyə"sindəki qrammatik mövzuların tərtibi qaydasını izləyib, onun müəyyənləşdirdiyi qrammatik qaydaları xatırlatmış, sonra isə öz mülahizələrini irəli sürüb. Dilçi alimin əsərdə qrammatik izahatlara yanaşma metodu elmi görüşləri əhatəlidir. Radiyyuddin əl-Astarabadi qrammatik mövzuları izah edərkən daha çox Qurani-Kərimdən misallar verib. Sonra isə əsərində hədis, Hz. Əlinin hikmətli sözləri, ərəb atalar sözləri deyimləri Əbu Təmmam, Mütənəbbi, Əbu Nüvas, Əşca bin Əmr Əl-Silmi, İbn Dureydin şeirlərinə istinad edib.

 

Əsərin birinci hissəsində ərəb dilində irab (sintaktik təhlil), cümlə məfhumları, sintaktik kateqoriyaların semantik ifadə formaları: adlıq, təsirlik yiyəlik halda olan ad qruplu sözlər s. qrammatik qaydalar müfəssəl formada şərh olunub. İkinci hissədə isə ərəb dilinin morfologiyası ilə bağlı İbn əl-Hacibin müəyyənləşdirdiyi qaydaların şərhinə geniş yer verilib.

 

Radiyyuddin əl-Astarabadinin bu əsəri elmi mülahizələrin zənginliyi, mövzuların izahı metodu, nəhv elminin aydın səlis formada öyrənilməsinə görə ərəb dilçiliyində əhəmiyyəti ilə seçilən bir əsərdir. Görkəmli dilçi alim Cəlaləddin əs-Suyuti bu əsəri yüksək qiymətləndirərək yazır: "Şərhul-Kafiyə" əsəri sadəcə bir kitab haqqında yazılmış şərh deyil, əksinə, müstəqil bir nəhv kitabı sağlam bir analiz məhsuludur. Elm adamları bu kitaba böyük maraq göstərmiş əldən-ələ dolaşmışdır. İndiki əvvəlki alimlər araşdırmalarında əsərlərində ondan istifadə etmişlər".

 

"Şərhul-Kafiyə" əsəri ərəb dilinin qrammatikasını tədqiq edən qiymətli bir yazılı mənbə olmaqla yanaşı, həm XIX əsrdə Naxçıvanın elmi mühitinin maraq dairəsi haqqında təsəvvür yaratmaq baxımından əhəmiyyətlidir. Bu əsər müasir Azərbaycan şərqşünas alimləri üçün faydalı elmi mənbə hesab oluna bilər.

 

525-ci qəzet  2025.- 15 oktyabr (№187).- S.14.