Vətən sevdalısı
Məhəmməd Cavanşir
oğlu Babazadə
1995-ci il mayın 5-də Astaranın
Marzəsə kəndində
dünyaya gəlib.
2001-2012-ci illərdə Siyəkü
kənd məktəbində
təhsil alıb.
Məhəmmədin gözəl
səsi vardı. Lənkəranda musiqi məktəbində oxuyurdu.
Müğənni olmaq
istəyirdi. Həqiqi
hərbi xidmətdən
sonra fikrini dəyişdi. "Torpaqlarımız
işğaldadır, əlimə
mikrafon alıb orda-burda oxuya bilmərəm, bizə hərbiçi lazımdır",
- deyərək hərbçi
olmağa qərar verib, mikrofonu silaha - tanka dəyişib.
2013-2015-ci illərdə Azərbaycan
Silahlı Qüvvələrinin
sıralarında Balakəndə
müddətli həqiqi
hərbi xidmət keçib. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra - 2016-cı ildən Beyləqanda könüllü
olaraq müddətdən
artıq həqiqi hərbi xidmətə başlayıb. Sonra hərbi
kurslarda oxuyaraq tankçı olmağa qərara verib.
Vətən müharibəsinin
ilk iştirakçılarından olub Məhəmməd. Füzulinin azadlığı
uğrunda gedən döyüşlərdə igidlik
göstərib. Sentyabrın
28-də bu döyüşlərdə
şəhid olub. Astaranın Marzəsə kəndində dəfn olunub.
Sentyabrın 23-də zəng
edib anasıyla danışanda "Bakıda
bir aylıq kursdayam" deyib. Sonuncu dəfə sentyabrın 27-də anasına
zəng edib: "Bakıda yaşayan xalasıgildə olduğunu,
hələ kursun bitmədiyini söyləyib.
Ondan əvvəl xalasıyla danışaraq,
"yalan"ını gizləməsini
xahiş edib".
Oğlunun müharibədə
olduğundan bixəbər
olan Gülxarə ana qəfildən onun şəhid xəbərini
alıb.
Atası Cavanşir
2018-də xərçəng xəstəliyindən dünyasını
dəyişib. Ailənin
yeganə oğlu, 3 bacının - Arzunun, Pərvinin, Günayın qardaşı idi Məhəmməd.
Bacısı Arzuyla danışıram: "Ürəyinizdən
keçənləri deyin"
- deyirəm. Başqa söz tapmıram.
"Ürəyim doludur, amma nə deyim, necə deyim, bilmirəm. Həyatımız
alt-üst oldu. Ailənin kiçiyi idi. Mən ailənin
ilk övladıyam. 9 yaş
məndən kiçik
idi Məhəmməd.
Mənim üçün
həmişə uşaq
olub o. Heç böyüməyib gözümdə.
Demə, çox böyük ürəyi varmış. Demə, böyüyübmüş mənim
kiçiyim. Sentyabrın
23-də zəng vurdu.
Bakıda kursdayam dedi. Arada gedirdi,
inandıq. Demə, müharibə olacağını
bilirmiş. Bizi nigaran qoymaq istəməyib. Sentyabrın
27-də danışanda da "Mən kursdayam" dedi. Üç bacı və ananı necə narahat edəydi mərd ürəklim? Vətən birinci idi onun üçün.
Musiqini, oxumağı
sevirdi, amma şəhidliyi
seçdi" - Bunları
söyləyir Arzu xanım...
Məhəmməd Babazadə
ölümündən sonra
"Döyüşdə fərqləndiyinə
görə", "Füzulinin
azad olunmasına görə", "Vətən
uğrunda", "İgidliyinə
görə" medalları
ilə təltif edilib.
Kamalə ABİYEVA
525-ci qəzet.
- 2025.- 1 oktyabr (№177).- S.14.