Ürəklərdə yaşayan qəhrəman
1998-ci il
mayın 23-də Cəlilabad rayonunun Ağdaş kəndində
anadan olan Alim Davud oğlu Şükürov, hələ gənc
yaşlarından mərdliyi və vətənpərvərliyi
ilə el arasında seçilərək hörmət və
nüfuz qazanmışdı. O, insan həyatının
əsl dəyərini
Vətənə, xalqa
və doğma elinə təmənnasız
xidmətdə görürdü.
Elə onu müqəddəs şəhidlik
zirvəsinə ucaldan
da məhz Vətən
torpağının hər
qarışına bəslədiyi
sonsuz sevgi və xalqının xoşbəxt gələcəyi
arzusu idi.
Çox qısa
bir ömür yaşasa da, igidliyi yaşının çərçivəsinə
sığmayacaq qədər
böyük olub və bu cəsarəti
ilə milyonların qəlbində əbədi
iz qoyub. Bu gün Alim Şükürovun
adı bir qəhrəmanlıq simvoluna
çevrilərək insanların
yaddaşında və
qəlbində iftixar mənbəyi kimi yaşayır. Qəhrəmanımız
ölümündən sonra
"Vətən uğrunda",
"Döyüşdə fərqlənməyə
görə", "Cəbrayılın
azad olunmasına görə" və
"Qubadlının azad
olunmasına görə"
medalları ilə təltif olunub.
Vətən müharibəsi
şəhidi Alim Şükürov
2004-2015-ci illərdə Ağdaş
kənd tam orta məktəbində təhsil
alıb, 2018-ci ildə
Cəlilabad Peşə
Liseyini uğurla bitirib. Çağırış
yaşı çatdıqda
hərbi xidmətə
yollanaraq 2018-2020-ci illərdə
Dövlət Sərhəd
Xidmətinin Sahil Mühafizəsində
müddətli həqiqi
hərbi xidmətdə
olub. Xidmət dövründə intizamlı
və məsuliyyətli
əsgər kimi komandirlərin rəğbətini
qazanıb, elə buna
görə də əsgərlik müddəti
başa çatmadan peşəkar sərhədçi
olmaq qərarına gəlib.
Vətən sevgisi ilə döyünən ürəyi onu 2020-ci ilin fevral ayından
Çevik Hərəkət
Qüvvələrinin Artilleriya
Briqadasında kəşfiyyatçı
kimi xidmətə aparıb. Mərdlik, dürüstlük və fədakarlıq Alimin xarakterində özünəməxsus
yer tuturdu.
27 sentyabr
2020-ci ildə Vətən
müharibəsi başlandıqda,
Alim də ön sıralarda döyüşə
atılıb. İlk döyüşlərdə
endirdiyi sarsıdıcı
zərbələrlə bir
çox düşmən
yaraqlısını məhv
edib, bir neçə dəfə ölümlə üz-üzə
gəlməsinə baxmayaraq,
Vətənə olan məhəbbəti onu qorxusuz bir qəhrəmana
çevirib.
Cəbrayıl və Zəngilan istiqamətində
gedən döyüşlərdə
igidliklə iştirak
edən Alim, Zəngilan
şəhəri və
ətraf ərazilərin
azad olunmasında xüsusi qəhrəmanlıq
göstərib. 21 oktyabr
2020-ci il tarixində Zəngilanda
keçirilən döyüşdə
- düşmənin 40-dan artıq
hərbçisinin məhv
edildiyi, bir neçəsinin əsir götürüldüyü və
düşmənin tamamilə
darmadağın edildiyi
savaşda Alim ağır
yaralanıb. Füzuli
Diaqnostika Mərkəzinə
təxliyə olunaraq təcili cərrahiyyə əməliyyatı keçirib.
Lakin həkimlərin səylərinə
baxmayaraq, 22 oktyabr 2020-ci
il tarixində şəhidlik
zirvəsinə ucalıb.
Qəhrəman Vətən
oğlu Alim Şükürovun
adı xalqımızın
yaddaşında daim yaşayacaqdır.
Zəfər
ORUCOĞLU
525-ci qəzet.-
2025.- 1 oktyabr (№177).- S.14.