Azərbaycanın elm təhsil sisteminin inkişaf yolları

 

Azərbaycanda elm təhsilin inkişafı uzun illər ərzində dövlətin prioritet sahələrindən biri olub. Bu sahələrin irəliləməsi istiqamətində Ümummilli lider Heydər Əliyevin fəaliyyəti xüsusi qeyd edilməlidir. Onun rəhbərlik etdiyi dövrlərdə Azərbaycanın elmi təhsili sistemli şəkildə inkişaf mərhələsi keçib.

Heydər Əliyevin idarəçilik üslubu elm təhsil sahəsində mövcud strukturların təkmilləşdirilməsinə, elmi potensialın gücləndirilməsinə təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəlmişdi. Əgər XX əsrin əvvəllərində elmi fəaliyyət əsasən milli çərçivədə həyata keçirilirdisə, 1970-ci illərdən başlayaraq Azərbaycan alimlərinin əldə etdiyi nailiyyətlər artıq beynəlxalq müstəvidə tanınmağa başlamışdı.

Bu dövrdə elmi dərəcələrə ixtisaslara sahib olan mütəxəssislərin sayı artdı. Eyni zamanda, elmi nailiyyətlərin tətbiq sahələri genişləndi, elmi tədqiqatların praktik nəticələri müxtəlif sahələrdə istifadə olunmağa başladı. Yeni elmi-tədqiqat institutlarının, ali orta ixtisas təhsili müəssisələrinin yaradılması bu dövrün əsas xüsusiyyətlərindən idi.

Azərbaycan Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft Sənaye Universiteti) bu illərdə geniş tanındı, Sovet İttifaqı çərçivəsində nüfuzlu elm təhsil mərkəzlərindən birinə çevrildi.

Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Elmlər Akademiyası da öz fəaliyyətində yeni mərhələyə qədəm qoydu. Elmi kadrların hazırlanması sahəsində ciddi addımlar atıldı, maddi-texniki baza möhkəmləndirildi. Ulu öndər Elmlər Akademiyasının fəaliyyətini daim diqqətdə saxlayır, elmi işlərin keyfiyyətinə, elmi tədqiqatların nəticəliliyinə praktik əhəmiyyətinə önəm verirdi. Onun baxışlarında uzaqgörənlik elmi yanaşma əsas yer tuturdu. O, idarəçilikdə siyasi qərarların qəbulunda elmi əsaslandırmanı zəruri hesab edir, intellektual potensiala güvənirdi. Ümummilli lider hələ respublikaya rəhbərliyinin ilk günlərindən etibarən elm sahəsində mövcud olan nöqsanlara münasibət bildirərək qeyd edirdi: "Elmi idarələrimizin fəaliyyətində hələ ciddi nöqsanlar vardır. Elmlər Akademiyası, bir sıra sahə üzrə  elmi idarələr elmi-texniki tərəqqinin sürətləndirilməsi tamamlanmış işlərin istehsalata tətbiqi sahəsində kifayət qədər fəallıq göstərmirlər. Dissertasiyaların heç hamısı lazımi nəzəri səviyyədə yazılmır. Aspiranturada vəziyyət qənaətbəxş deyil. Alimlik dərəcəsi alanlar arasında nazirliklərin digər mərkəzi idarələrin rəhbər işçiləri az deyildir. Elə etmək lazımdır ki, elmə yalnız onu həqiqətən zənginləşdirməyə, irəlilətməyə qadir olan adamlar gəlsinlər".

Bu yanaşma onun elmin inkişafına məsuliyyətli prinsipial mövqeyini əks etdirir.

1997-ci il yanvarın 31-də Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi alimləri ilə keçirilən görüşdə Heydər Əliyevin çıxışı elmi ictimaiyyət tərəfindən yüksək dəyərləndirildi. Bu çıxışda o, akademiyanın fəaliyyətini alimlərin əməyini qiymətləndirdi, elmin gələcəyinə olan inamını ifadə etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli liderimizin elmə göstərdiyi diqqət qayğını vurğulayaraq bildirmişdi:

"Bütün dövrlərdə - 70-ci illərdə, ondan sonra, 90-cı illərdə Heydər Əliyevin elmə diqqəti qayğısı çox yüksək səviyyədə idi. O, çox gözəl bilirdi ki, hər bir ölkənin, hər bir xalqın tərəqqisində elmin inkişafı müstəsna rol oynayır".

Heydər Əliyevin baxışlarına görə, elm təhsil sistemi müasir yanaşmalarla inkişaf etdirilməli, dövlət idarəçiliyi üçün bilikli, əxlaqlı peşəkar kadrlar hazırlanmalıdır. Elmi nailiyyətlərin tətbiqi bu nailiyyətlərin idarəçilikdə istifadə olunması onun üçün prioritet sahələrdən idi.

2003-cü ildə Prezident seçilən İlham Əliyev bu yanaşmanı davam etdirərək, elm təhsilin inkişafını dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi müəyyən etdi.

Heydər Əliyevin təhsil sahəsində gördüyü işləri əsasən iki istiqamətə ayırmaq olar:

1.Təhsilə dair siyasi-nəzəri yanaşmalar;

2.Təhsilin təşkili strukturunun təkmilləşdirilməsi istiqamətində həyata keçirilən praktiki tədbirlər.

Onun respublikamıza rəhbərlik etdiyi birinci dönəmdə - 1972-ci ildə qəbul edilən qərarla orta ümumtəhsil məktəblərinin sayı xeyli artırıldı. Əgər həmin dövrdə bu məktəblərin sayı 765 idisə, bir neçə il ərzində bu rəqəm 2117-yə çatdırıldı. Bu artım ucqar kəndlərdə təhsilə əlçatanlığın təmin olunmasına şərait yaratdı. 1973-cü ildə isə kənd məktəblərinin maddi-texniki şəraitinin yaxşılaşdırılması istiqamətində konkret addımlar atıldı. Bu dəyişikliklər minlərlə şagirdin təhsilə cəlb olunmasına imkan verdi.

Bundan əlavə, Heydər Əliyevin şəxsi təşəbbüsü ilə azərbaycanlı gənclərin SSRİ-nin qabaqcıl ali məktəblərində təhsil almasına şərait yaradıldı. 1970-ci ildən etibarən hər il 800-900 nəfər azərbaycanlı gənc müxtəlif ali məktəblərə göndərilirdi. Bu, respublikanın kadr potensialının inkişafına ciddi töhfə verdi.

Müstəqillik dövründə elm təhsil Heydər Əliyevin siyasi gündəmində əsas mövqedə dayanırdı. Onun 2002-ci il oktyabrın 4-də imzaladığı "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin müvafiq texniki bazasının möhkəmləndirilməsi haqqında" sərəncam bu istiqamətdə atılmış mühüm addımlardan biridir. Həmin sərəncam ümumtəhsil məktəblərinin maddi-texniki imkanlarının yaxşılaşdırılmasına şəbəkənin genişləndirilməsinə yönəlmişdi. 2003-cü il fevralın 17-də imzalanan "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, əsaslı təmiri müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Dövlət Proqramı (2003-2007-ci illər)" da bu sahədə həyata keçirilən siyasətin davamı idi. Bu proqram çərçivəsində yüzlərlə məktəbin təmiri tikintisi həyata keçirildi.

Heydər Əliyev təhsilin cəmiyyət üçün əhəmiyyətini belə ifadə edirdi: "Bu təhsil sisteminin qədər dəyərli olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə inkişaf edə bilməzdi. Bunlar olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət kimi idarə edə bilməzdik. Onları qiymətləndirmək lazımdır".

Heydər Əliyevin rəhbərliyi dövründə elm təhsil sahələrində aparılan islahatlar görülən tədbirlər Azərbaycanın gələcək inkişafı üçün möhkəm zəmin yaratdı. Onun bu sahələrə verdiyi önəm atdığı addımlar nəticəsində ölkədə güclü elmi intellektual potensial formalaşmış, təhsil sistemi beynəlxalq standartlara yaxınlaşdı. Elm təhsil sahəsində əldə olunan nailiyyətlər Azərbaycanın sosial-iqtisadi inkişafına töhfə verdi, müasir savadlı kadrların hazırlanması dövlət idarəçiliyinin iqtisadiyyatın güclənməsinə yol açdı.

Ümummilli lider Heydər Əliyevin təhsilə elmə göstərdiyi diqqət qayğı Azərbaycanın müstəqil dövlət kimi dayanıqlı inkişafına şərait yaratdı. Onun təşəbbüsləri fəaliyyətləri Azərbaycan elm təhsil sisteminin inkişafında əsaslı dönüş nöqtəsi oldu.

 

Mahir SƏLİMOV

Fəlsəfə üzrə fəlsəfə doktoru, dosent,

ADPU-nun Ağcabədi filialının dosenti

 

525-ci qəzet. - 2025.- 1 oktyabr (№177).- S.10.