Azərbaycan Ankaranın
məşhur Beynəlxalq
Beypazarı Festivalında
təmsil olunub
Türkiyənin Ankara şəhərinin tarixi Beypazarı rayonunda keçirilən 28-ci Beynəlxalq
Beypazarı Festivalı
zəngin proqramı və beynəlxalq iştirakçıları ilə
diqqət mərkəzinə
çevrilib.
AZƏRTAC xəbər verir ki, Beypazarı Bələdiyyəsinin təşkilatçılığı
ilə reallaşan
festival həm Türkiyədən,
həm də xarici ölkələrdən
gələn qonaqları
bir araya gətirərək mədəniyyət,
sənət və dostluq körpüsü qurub.
Festivalda Azərbaycan da fəal iştirak edib. Türkiyədəki Azərbaycan
Mədəniyyət Mərkəzinin
nəzdində fəaliyyət
göstərən “Zəngəzur”
Azərbaycan xalq rəqsləri qrupu möhtəşəm çıxışı
ilə böyük maraq doğurub və Azərbaycan mədəniyyətini, milli rəqs
irsini zövqlə təqdim edərək tamaşaçılardan alqış
qazanıb. Bu iştirak
həm Azərbaycan-Türkiyə
qardaşlığının, həm də mədəni əməkdaşlığın
gözəl nümunəsi
oldu.
Beypazarı əsrlərin izlərini daşıyan daş küçələri, Osmanlı
dövrünə məxsus
evləri, zəngin kulinariyası ilə seçilir. Festival zamanı
həm yerli sakinlər, həm də ölkənin müxtəlif bölgələrindən
gələn qonaqlar qədim şəhərin
ruhunu yaşadı, turizm və iqtisadi canlanmaya töhfə verildi.
Qeyd edək
ki, Beypazarı Festivalı
bölgənin qədim
tarixini, milli dəyərlərini
və zəngin sənət irsini dünyaya tanıtmaq məqsədi daşıyır.
Ziyarətçilər burada
qədim memarlığı,
türk-Osmanlı dövrünün
ruhunu yaşadan küçələri, yerli
mətbəxin unikal ləzzətlərini, el sənətkarlarının əsərlərini
və xalq rəqslərini görmək
imkanı əldə ediblər. Festival çərçivəsində
müxtəlif konsertlər,
rəqs və moda nümayişləri, sənət sərgiləri,
xalq oyunları və interaktiv ustad dərsləri təşkil
olunub.
525-ci qəzet. - 2025.-
1 oktyabr (№177).- S.9.