Milli Kitabxanadaİctimai xadim Fazil Mustafa – 60” adlı ənənəvi kitab sərgisi açılıb

 

Milli Kitabxanada Azərbaycan Milli Məclisinin İctimai birliklər Dini Qurumlar Komitəsinin, həmçinin Böyük Quruluş Partiyasının sədri, millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafanın anadan olmasının 60 illik yubileyi münasibətiləİctimai xadim Fazil Mustafa – 60” adlı ənənəvi kitab sərgisi açılıb.

 

Kitabxanada AZƏRTAC-a bildirilib ki, Sərgidə Fazil Mustafanın cəmiyyət həyatının fərqli sahələrinə, tarixi şəxsiyyətlərə, dünya siyasətinə, Qarabağ uğrunda aparılan uğurlu savaşa və s. bir çox aktual məsələlərə yeni və fərqli yanaşmanı özündə ehtiva edən əsərləri, şeirləri, ictimai-siyasi həyatın müxtəlif məsələlərinə dair son vaxtlar dövri mətbuatda dərc olunmuş, publisistik və elmi məqalələrindən ibarət toplular, Milli Məclisdəki çıxışları və s.  Azərbaycan xarici dillərdə ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

 

525-ci qəzet  2025.- 16 oktyabr (№188).- S.11.