Səslər içində bir yurd

 

NAXÇIVAN ŞİVƏLƏRİNİN DİALEKTOLOJİ YÖNLƏRİ

 

Azərbaycanın qədim diyarı olan, dağların zirvəsində sanki göylərə toxunan, tarixin silinməz sirrini özündə saxlayan Naxçıvan təkcə tarixi mədəni irsi ilə deyil, həm özünəməxsus dialekt şivəsi ilə fərqlənir. Bu dəyərli xəzinə dilçi dialektoloqların əməyi sayəsində qorunub saxlanılır, kitab monoqrafiya şəklində gələcək əsrlərə nəsillərə ötürülür. Belə dəyərli əsərlərdən biri filologiya elmləri doktoru Nuray Əliyevanın hazırladığı "Naxçıvan şivələri" adlı monoqrafiyadır ki, bu günlərdə həmin monoqrafiyanın ikinci cildi işıq üzü görüb.

 

"Naxçıvan şivələri (leksika, frazeologiya, leksikoqrafiya)" monoqrafiyası yalnız dilçilər mütəxəssislər üçün deyil, bütövlükdə cəmiyyət üçün dəyərli bir qaynaqdır. Bu dəyərli əsər həm dilçilər, həm xalq danışıq dili ilə maraqlanan hər kəs üçün əvəzolunmaz bir mənbəyə çevrilir. Müəllif bu monoqrafiya vasitəsilə, ana dilinin bölgələrdə necə fərqli zəngin formada yaşadığını göstərməklə, insanların dilə olan marağını artırır milli kimlik duyğusunu gücləndirir.

 

Nuray Əliyeva uzun illər boyu Naxçıvan bölgəsini qarış-qarış gəzərək apardığı dialektoloji tədqiqatları ilə cəmiyyətə həm bu mesajı verir: unudulmaqda olan sözlər, ifadələr, danışıq formaları bizim mədəni sərvətimizdir onları qorumaq yalnız alimlərin yox, hər birimizin borcudur.

 

Bu əsər, xüsusilə, gənc nəsil üçün dilə sevgi aşılamaqla yanaşı, Naxçıvan kimi qədim zəngin bölgənin mənəvi dünyasını daha yaxından tanımaq imkanı yaradır. Eyni zamanda, bu əsər milli irsin qorunması, dilin regional səviyyədə sistemli şəkildə öyrənilməsi gələcək nəsillərə çatdırılması baxımından da strateji əhəmiyyət daşıyır. Belə tədqiqatlar sayəsində xalqın danışıq dili, düşüncə tərzi söz yaradıcılığı unudulmur, əksinə, sənədləşdirilərək nəsildən-nəsilə ötürülür.

 

Bu kitabın əsas üstünlüklərindən biri ondadır ki, müəllif ekspedisiya zamanı topladığı orijinal, canlı danışıq nümunələrinə geniş yer verir. Bu dəyərli nümunələr vasitəsilə oxucu naxçıvanlıların danışıq üslubunu, məişət sözlərini hətta yerli deyimləri daha dərindən dərk edir. Məsələn, "üzdü" sözü "Bıra:n otu da qəşəxdi, heyvanı kökəldir, əti tamnı olur, pənırı:n tamı özgə olur, üzdü olur, südü üzdü olur" (Kəngərli rayon, Çarxanqala).

 

Monoqrafiyada Naxçıvan şivələri leksika, frazeologiya, leksikoqrafiya istiqamətində araşdırılaraq təhlil edilir. Müəllifin araşdırmaları zamanı müəyyən olur ki, bu bölgəyə məxsus xeyli sayda qədim orijinal sözlər var ki, artıq onlar günümüzdə ümumi danışıq dilində işlənmir, ancaq yerli sakinlərin yaddaşında yaşayır.

 

Monoqrafiyada leksik vahidlərin mənşəcə araşdırılır ki, bu da öz aktuallığı elmi əhəmiyyəti ilə seçilir. Burada Naxçıvan şivələrindəki leksik vahidlərin mənşəcə hansı dillərə aid olduğu, onların formalaşma tarixi, struktur xüsusiyyətləri funksional məqamları sistemli şəkildə təqdim olunur. Müəllif eyni zamanda hansı sözlərin qədim köklər olduğunu, hansıların zamanla dilə daxil olduğunu aydınlaşdırılır. Bu da dilimizin tarixini anlamağa kömək edir. Çünki bu qədim sözlər artıq ümumi danışıqdan çıxmaq üzrədir onların qorunması milli mədəniyyətimizin qorunması deməkdir. "Gedəndə qonaxcılarımız bizi elə ağır-əziz eliyəllər elə biləsən bəlkəm Qəndəvərdən gəlmişix" (Babək, Vayxır) yaxud "Gələn qonağı əğırrəmax dədə-babadan bizim adətimizdi dayna" (Ordubad, Biləv) s.

 

Eyni zamanda, neologizmlərin araşdırılması dilimizin canlılığını zamanla burada baş verən yenilikləri göstərir. Bu sözlər müasir həyat tərzinin tələblərinə uyğun dilimizin inkişaf etdiyini sübut edir. "Dedim: Ay İrza, yerbelliyə:n pulun da verməx lazımdı axı" (Babək, Şıxmahmud) s.

 

Burada müəllif sadəcə topladığı materialları xalq dili ilə verməklə kifayətlənmir, eyni zamanda bir çox qədim türk dastanlarından, "Qutadqu bilik", "Divanü lüğat-it-türk", "Kitabi-Dədə Qorqud" bu kimi qiymətli əsərlərlə, həmçinin şair, yazıçı dramaturqların, Cəlil Məmmədquluzadə, Məmməd Araz başqalarının yaradıcılığı ilə  müqayisəli təqdim etməklə monoqrafiyanın sanbalını daha da artırmışdır.

 

Əsərin bir hissəsini təşkil edən "Frazeologiya" bölməsi daha çox xalqın düşüncə yaşam tərzini əks etdirən ifadələrlə zəngindir. "Naxçıvan şivələri" monoqrafiyasında belə ifadələrin işlənmə məqamları, məna çalarları hansı məişət, mədəniyyət hadisələri ilə bağlı olduğu açıqlanır. Bu isə oxucuya təkcə dili deyil, eyni zamanda bölgənin həyat tərzini tanımaq imkanı verir. Bu fəsildə daha çox diqqəti çəkən məqamlardan biri omonim frazeoloji vahidlərin, sinonim frazeoloji vahidlərin antonim frazeoloji vahidlərin tədqiqata cəlb edilməsidir. Burada çox maraqlı dil faktlarına rast gəlirik ki, bu nümunələrin hər biri çox dəyərli qiymətlidir. Məsələn,  Ələ almaq - 1. Öz təsiri altına salmaq: 2. Nəyi isə əlinə götürmək (omonim); "Bəyənmək" sözünün sinonimləri: xoşuna gəlmək, gözü tüşməx, quşu qonmaq, ağzı əyilməx, ağzının suyu axmaq, ağlı getmək, ürəyinə yatmax s.

 

Əsərin başqa bir vacib tərəfi isə leksikoqrafik yanaşmadır. Müəllif burada nəşr olunmuş lüğətlər haqqında məlumat verərək, tədqiqatın xarakterini gücləndirir gələcək araşdırmalar üçün möhkəm baza yaradır.

 

Yalnız dilə dair məlumat toplusu olmayan, eyni zamanda dilimizin müxtəlifliyini zənginliyini ortaya çıxaran, onun tarixi müasir inkişafına işıq salan "Naxçıvan şivələri" monoqrafiyası cəmiyyət üçün böyük əhəmiyyət daşıyır. Çünki unudulmaqda olan sözlərin, ifadələrin, deyimlərin qorunması üçün atılmış bir addımdır.

 

Gənc nəslin dilə, onun tarixinə bölgə xüsusiyyətlərinə olan marağını artıran bu monoqrafiya, dilimizi sevən, öyrənmək istəyən onu gələcək nəsillərə ötürməyi vacib sayan hər kəs üçün maraqlı faydalı ola bilər.

 

Çinarə RZAYEVA

 

AMEA Naxçıvan Bölməsi, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet  2025.- 16 oktyabr (№188).- S.15.