Azərbaycan tolerantlıq məskəni
kimi
Azərbaycan qədimdən ayrı-ayrı
millətlərə, dillərə
və dinlərə mənsub insanlara qucaq açan bir ölkə olub. Müxtəlif konfessiyaların nümayəndələri
burada illər boyu sülh, əmin-amanlıq, qarşılıqlı
anlaşma şəraitində
yaşayıblar. Bu səbəbdən
də Azərbaycan tolerantlığın beşiyi
hesab edilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyir ki, dövlət tərəfindən ölkədə
yaşayan bütün
dini icmalara hörmət və həssaslıq nümayiş
etdirilir. Bütün dini icmalara hörmət
yanaşması Prezident
İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən genişmiqyaslı
siyasət və təşəbbüslərdə, o cümlədən məscid,
kilsə, sinaqoqların
bərpası və inşası da daxil olmaqla, dini ibadət
yerlərinə göstərilən
dövlət dəstəyində
təzahür edir. Azərbaycan tolerantlıq və dinlərarası harmoniya modelini daha da gücləndirib. Dövlət müxtəlif
dini icmalara maliyyə yardımları
və institusional dəstək göstərərək
onların sərbəst
fəaliyyəti üçün
zəruri şərait
yaradır.
Komitə
sədrinin sözlərinə
görə, bu siyasətin işğaldan
azad olunmuş ərazilərimizdə də
uğurla davam etdirilir. Qarabağda ciddi zərər görmüş dini abidələrimiz üçün
yeni bir mədəni və mənəvi dirçəliş dövrü
başlanıb: "Bərpa
işləri yalnız
İslam irsinin deyil, eyni zamanda regionun
zəngin və çoxşaxəli tarixi
irsini əks etdirən xristian abidələrinin də qorunub saxlanmasına xidmət edir. Bu addımlar Azərbaycanın
dini-mədəni müxtəlifliyi
qoruyaraq gələcək
nəsillərə ötürən
ardıcıl və prinsipial siyasətinin nümunəsidir. Din azadlığının
təkcə hüquqi
sənədlərdə deyil,
eyni zamanda institusional səviyyədə
qorunması önəmlidir.
Bu sahədə uğurlu
nümunələrin tətbiqi
əhəmiyyətlidir".
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib ki, dilindən, dinindən, irqindən, etnik mənsubiyyətindən asılı
olmayaraq, Azərbaycanın
bütün vətəndaşları
beynəlxalq prinsiplərə
əsaslanan hüquq və azadlıqlara, o cümlədən vicdan və dini etiqad
azadlığına malikdirlər.
Ulu öndər Heydər
Əliyevin əsasını
qoyduğu dövlət-din
münasibətləri modelinin
inkişafı, həmçinin
milli-mənəvi dəyərlərimizin
qorunması istiqamətində
Prezident İlham Əliyevin
rəhbərliyi ilə
kompleks tədbirlər
həyata keçirilir:
"Heydər Əliyevin
Azərbaycan xalqı və tarix qarşısında
ən böyük xidmətlərindən biri
də xalqımızın
xarakterik keyfiyyəti olan tolerantlığın
daha da inkişaf etdirilməsi üçün
hüquqi baza yaradılaraq bu sahənin dövlətin nəzarəti və qayğısı altına
keçirilməsidir. Ulu öndərin
ölkəyə rəhbərlik
etdiyi müddətdə
dövlət siyasətinə
uyğun olaraq dini konfessiyalar arasında dözümlülük
mühitinin daha da inkişaf etdirilməsi sahəsində dönüş
yaranmış, dövlətlə
dini qurumların münasibəti yeni mərhələyə
qədəm qoyub.
Bunun məntiqi nəticəsi
kimi, 2001-ci ildə Konstitusiyamızın vicdan
azadlığı barədə
müddəalarının həyata
keçirilməsi üçün
müvafiq şəraitin
yaradılması, dövlət-din
münasibətlərinin tənzimlənməsi,
dini etiqad azadlığı ilə bağlı qanunvericilik aktlarına riayət olunmasına nəzarət
edilməsi məqsədilə
Dini Qurumlarla İş
üzrə Dövlət
Komitəsinin yaradılması
barədə fərman
imzalanıb. Qısa bir müddətdə görülən işlər,
proseslərin gedişi,
qlobal miqyasda baş verən hadisələr təsdiqlədi
ki, Ulu öndər Dövlət
Komitəsini yaratmaqla ölkədə din siyasətini
daha da möhkəmləndirmiş,
tolerantlıq mühitinin
inkişaf etdirilməsinə
yeni bir təkan vermiş və baş verə biləcək mənfi halların qarşısını
əvvəlcədən alıb:
"Heydər Əliyevin
tolerantlıq, dini dözümlülük anlayışına
spesifik baxışı
var idi. O, Beynəlxalq
tolerantlıq günü
münasibəti ilə
ölkədəki dini
konfessiyaların başçıları
ilə görüşündə
tolerantlıq anlayışının
geniş məna tutumuna toxunaraq bu məfhumun qısa və lakonik izahını verib: "Tolerantlıq, dözümlülük çox
geniş anlayışdır.
O, həm insani münasibətlərin, həm
insan cəmiyyətində
gedən proseslərin,
həm də dövlətlərarası, millətlərarası,
dinlər arası münasibətlərin bir
çox cəhətlərinə
aiddir. O, təkcə dinlərin bir-birinə dözümlülüyünü deyil, həm də bir-birinin adətlərinə, mənəviyyatına
dözümlülük, mədəniyyətlərə
dözümlülük deməkdir".
Heydər Əliyev vəzifəsindən və
yaşından asılı
olmayaraq dünya miqyaslı siyasətçilərin
belə onunla hesablaşdığı, hətta,
məsləhətlər aldığı
nadir şəxsiyyətlərdəndir. Bu
mənada onun kiminsə məsləhətinə
yox, başqalarının
onun məsləhət
və tövsiyələrinə
həmişə ehtiyacı
olub. Ancaq buna baxmayaraq, Heydər Əliyev dini konfessiyaların rəhbərlərini
qəbul edər, müxtəlif tədbirlər
də onlarla görüşər, fikir
mübadiləsi, məsləhətləşmələr
aparar, əlamətdar
günlər və dini bayramlar münasibəti ilə səmavi dinlər ara sında fərq qoymadan dindarları rəsmən təbrik edərdi. Bu, Ulu öndərin böyüklüyünün,
səmimiliyinin və Azərbaycan xalqının
tolerantlıq ənənələrinə
sadiqliyinin götəricisi
idi".
G.İsmayılov deyir ki,
bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir
çox xristian, yəhudi dini tədris müəssisələri
sərbəst, heç
bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə
tolerantlığı ilə
seçilən Azərbaycan
xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta
bütün dünyada
fərqlənmiş və
bu gün də fərqlənməkdədir.
Bu, təkcə bizim məmnunluq və iftixar hissi ilə
qeyd etdiyimiz fakt yox, həm
də mütərəqqi
dünyanın və beynəlxalq qurumların rəsmilərinin etiraf etdikləri həqiqətdir.
Azərbaycanda müxtəlif
dini konfessiyalar tərəfindən ibadət
evlərinin tikintisinə
və bərpasına
fərqli dini icmaların nümayəndə
lərinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən
qalan mütərəqqi
ənənədir: "XIX əsrin sonlarına yaxın Bakıda "Qızıllı kilsə"
kimi tanınan
"Aleksandr-Nevski" kilsəsinin
inşası üçün
toplanılmış ianənin
böyük hissəsinin
müsəlmanlar tərəfindən
verilməsi dünya tolerantlıq tarixinin ən parlaq səhifəsidir. Heydər
Əliyevin xidmətidir
ki, bu böyük şəxsiyyətin hakimiyyəti
illərində belə
bir mütərəqqi
ənənə bərpa
edildi. Dinlərarası
münasibətlərin gərginləşdiyi,
dini-etnik qarşıdurmaya
zəmin yaradıldığı
bir zamanda uzun tarixi dövr
ərzində formalaşmış
bu ənənənin bərpası bütün
dünya üçün
nümunə, bizim üçün qürurverici
hadisədir.
Azərbaycan xalqının dözümlülük
keyfiyyətinin, ölkədə
hökm sürən tolerantlıq mühitinin qorunub saxlanılmasında
Heydər Əliyevin xidmətlərini təkcə
müxtəlif dini konfessiyaların nümayəndələri,
tanınmış din xadimləri
yox, elm adamları, siyasətçilər, görkəmli
şəxsiyyətlər də
etiraf edirlər. Onun hakimiyyəti illərində müxtəlif
ölkələrin din xadimlərinin,
dini liderlərin Azərbaycana səfərlərə
dəvət olunması,
bu səfərlərin
yüksək səviyyədə
təşkil edilməsi,
dini liderlərin ölkədəki tolerantlıq
mühiti ilə yaxından tanış olması məqsədilə
dövlət səviyyəsində
lazımi tədbirlər
həyata keçirilib".
Gündüz İsmayılovun dediyinə
görə, Azərbaycanın
din sahəsində apardığı
siyasət cəmiyyətdə
dinin müxtəlif formalarda mövcudluğunu
nəzərə alaraq,
fikir, söz və vicdan azadlığı üzərində
qurulub. Eyni zamanda, dövlətin din sahəsindəki siyasəti
beynəlxalq hüququn
prinsiplərinə və
normalarına, Azərbaycanın
qoşulduğu beynəlxalq
müqavilələrə, ölkə
Konstitusiyasına və
digər normativ hüquqi aktlara əsaslanır. Bütün
müasir demokratik dövlətlər kimi, Azərbaycanda fikir, söz və vicdan azadlığı prinsiplərini gündəlik
həyatda təmin etməyə və qorumağa çalışır.
Bu sahədə görülən
işlər həyatın
ən vacib elementlərindən biri kimi, Azərbaycan hökumətinin diqqət
mərkəzindədir. Dövlət
ölkədə və
dünyada dini azadlıqların qorunması
ilə bağlı bütün səyləri
dəstəkləyir:
"Azərbaycan hökumətinin
vətəndaşların etiqad
azadlığının təmin
etmək sahəsində
həyata keçirdiyi
siyasət öz müsbət bəhrələrini
verməkdədir. Hazırda
ölkədə dini
durum sabitdir, ölkədəki
dini tolerantlığın
səviyyəsi yüksəkdir.
Din sahəsində beynəlxalq
konfranslar və görüşlər keçirilir,
dini əqidəsinə
görə vətəndaşlar
arasında heç bir ayrı-seçkiliyə
yol verilmir. Qəbul edilmiş yeni aktların aliliyi və həyatda öz əksini tapması üçün
dövlət səviyyəsində,
dövlətin müvafiq
qurumları vasitəsilə
mühüm tədbirlər
həyata keçirilir.
Son illər Azərbaycanda
həyata keçirilmiş
və kütləvi informasiya vasitələrində
işıqlandırılmış tədbirlər bunun əyani sübutudur.
Bir sözlə, hazırda qüvvədə olan qanunvericilik cəmiyyətin
inkişaf dinamikasına
uyğun olaraq zamanın tələbinə,
ümumi inkişaf qanunauyğunluqlarına, indi
və gələcəkdə
yarana biləcək bütün növ hüquqi münasibətlərin
xarakterinə və tənzimlənməsinə, tolerantlıq
prinsiplərinə tam uyğun
gəlir. Hətta həmin aktlar dini aspektdən mütərəqqi qanunlar
hesab edilə bilər".
Sevinc QARAYEVA
525-ci qəzet 2025.- 17 oktyabr
(№189).- S.13.