GƏLİN BİRGƏ
QUCAQ AÇAQ...
Öz qılıncımızı
özümüzə çevirənlərə
Bir ağacın
budağıyıq -
Qarabağlı, naxçıvanlı,
Gəncəbasar, lənkəranlı...
Kökümüz bir, soyumuz bir,
Halımız bir, hoyumuz bir,
Toyumuz bir, vayımız bir...
Biz yeganə
millətik ki,
Ən dar gündə, çətin
anda
Bölüşmüşük tikəmizi.
Ağır çağda,
yaman gündə
Çiyin çiyinə
dayanıb
Qorumuşuq ölkəmizi.
Düşmən bizə
həsəd edib,
Köks ötürüb
zaman-zaman
Bu sarsılmaz
birlik üçün.
Çalışıblar, vuruşublar,
İçin-için alışıblar
Bizdə olan ərlik üçün.
Onunçün də,
can qardaşım,
Qan qardaşım,
anam, bacım,
Hamımız vətəncanlıyıq,
Bu vətənin,
bu torpağın
Bükülməyən vuran qolu,
Bütöv azərbaycanlıyıq.
Gəlin, birgə
qucaq açaq,
Könül verək,
halay quraq
Bu birliyin
sağlığına,
Alqış deyək
bu vətənin,
Bu millətin,
bu dövlətin
Nurlu, aydın
çağlığına.
Qoy gurlaşsın
ocağımız,
Qadlansın sol sağımız,
Pozulmasın növrağımız...
YAŞAYAQ, GÖRƏK
Yaman kövrəlmişəm
- çiçəkdən kövrək,
Dağların mehi də üşüdür
məni.
Nə çayın
nəğməsi, nə
bulaq səsi
Ovuda bilməyir
kədəri, qəmi.
Dəymədüşərliyəm uşaqsayağı,
Tez küsüb
tezcə də barışıram mən.
Nə başıma
sığal çəkənim
qalıb,
Nə də əl uzadıb "sən qorxma" deyən.
Dəyişdi dünyanın
astarı, üzü,
Dünən ağ gördüyün indi qaradı.
Hər gün oyun gedir,
bilmirsən ki sən
Cəhənnəm haradı, Cənnət haradı.
Cəmiyyət bir yana, təbiət
belə
Bir
anda min rəngə,
min dona girir.
Yağış yağa-yağa, qar yağa-yağa
Günəş də bir yandan
"salama" gəlir.
Elə bilirsən ki, indiki güllər
Əvvəlki güllərtək açıb
çağlamır.
Daha sirr
deyil ki, bir çox sevənlər
Nakam eşqi
üçün qara dağlamır.
Çəmənin,
kövşənin duzu,
ətiri
Sanırsan qeyb olub çəkilib
göyə.
Nə əkin, nə biçin gözünə
dəymir,
Torağay səsi də yatmır ürəyə.
Bir
vaxtlar dağların çiyindaşıydı
Bulud yapıncalı
çoban-çoluqlar.
Yaylaqlar çal-çağır, toy-büsatlıydı
-
Mələşən
quzular, kişnəyən
atlar...
Onda
beş-on yaşlı
oğlan uşaqlar
Özlərin kişitək aparardılar.
Atı yəhərləyib, kəli
çullayıb
Mahaldan mahala yol salardılar.
Hər kəsin qəlbində inam, etibar,
Hər kəsin sözünə güvənlik vardı.
Böyüyə ehtiram, qadına, qıza
Hamı göz olardı, hayan olardı.
O
vaxt aldığımız
öyüd, tərbiyə
Dəymir iki qara qəpiyə
indi.
"Ağız deyəni ta qulaq eşitmir",
İndi
başqa aləm, başqa mühitdi.
Onunçün də zaman mənimkimləri
Sahilə tulladı ölü balıqtək.
Axırımız harda bənd alacaqdı?
Bəlkə, qismət oldu, yaşayaq, görək...
ƏN
ELƏ BİLİRDİM...
Bir
vaxt xəyallarla qanad açardım,
İndi
xəyallar ta xəyal
olubdu.
Qismətimə düşən tale yazısı,
Məni xəyallardan uzaq salıbdı.
Mən elə bilirdim uşaq ağlımla
Yerləri, göyləri mən quracağam.
Mən elə birdim, elə bilirdim
Zülmün kəməndini mən qıracağam.
Mən elə bilirdim, cinlə şeytanı
Tas
qurub haqq yola gətirəcəyəm.
Bütün yaxşılığı, xeyirxahlığı
Nəsildən nəsilə ötürəcəyəm...
Mən elə birdim... demə, biliyim
Uzaq üfüqlərdə
batan günəşmiş.
Uşaq inadına sığmayan arzum
Mənim qismətimdən gen düşəcəkmiş.
Ağlımın təzəcə morlanan çağı
Qayğılar leysantək yağdı üstümə.
Hələ qızınmamış od-ocağıma,
Tüstü burulğanı durdu qəsdimə.
Yaşadım, yaşaya bildiyim qədər.
Kimsəyə əl açıb köks ötürmədən,
Özüm öz süfrəmin möhtacı oldum,
Abrımı, həyamı heç itirmədən.
Sağ əlim sol ədən çəkmədi minnət,
Nəyi bacardısa, dedim "min şükür".
Mən hələ əl tutdum neçə "əlsizə"
Əl tutanın Allah başından
tökür.
Mənə hey deyərdi dədəm, babam da:
"Qapılar açan ol, qapı bağlama.
Bir
əlinlə vurub yıxanda, oğul,
Bir
əlinlə qaldır,
heç kin saxlama.
Yaradan yaradıb dirriksizi də,
Yaradıb onu ki, görk olsun sənə.
Nə qədər pis olsa, Vətən oğludu,
Qoyma möhtac
qalsın yada, düşmənə.
İtin sahibi var, qurdun Allahı.
Allah
yaratdığın hifz
edər özü.
Sən öz yükünü çək çəkdiyin
qədər,
Hər şeyi görəndir həqiqət gözü".
Xəyalla gerçəklik arasında
mən
Yaxşılı, yamanlı ömür yaşadım.
Birinin yadında yaxşı adamam,
Birinin yadında pis qaldı adım.
Bəzən xəyallara qonaq oluram
Yaşın xoş çağında,
xoş ovqatında.
Hərdən uşaqlığa qayıdıram
mən
O
kövrək xəyallar
qanadlarında...
PAYIZ
NAĞILI
Başladı payızın yağış
nağılı,
Təbiət yuyundu toz-torpağını.
Quşlar-köçərilər
köçüb getdilər,
Qalanlar gözləyir qış növrağını.
Ahıllıq bürüyüb çölü,
çəməni,
Dəlisov küləklər həlimləşibdi.
Ağaclar mürgülü baxışlarıyla
Bir
az da, bir az da gözəlləşibdi.
Bulaqlar astaca pıçıldaşırlar,
Qorxurlar mürgüsü qaça
dağların.
Nəğməli çayların dodaqlarında
Havası duyulur şaxtanın, qarın.
Təbiət başlayıb payız nağılın,
Çiskinli, dumanlı havası ilə.
Payızsa kövrəlib əlvida edir
Gələn görüşlərin səfası
ilə.
Bir
payız da yola saldıq beləcə,
Xonçası əllərdə köçən
qız kimi.
Nigaran-nigaran əl eyləyirik
Göy üzündən axan bir ulduz kimi.
QAYIT
Əli
Kərimin xatirəsinə
Sənin taleyinçün nigaranam mən,
Gör bir nə vaxtdır
ki, görüşmürük biz.
Biz
ki anlamışdıq bir-birimizi,
Ortada olmayıb
nə incik, nə söz.
Qalıb xatirələr duyğularında
O
kövrək baxışlar,
o kövrək anlar.
Bizi qınayan
o havayı kəslər
Hicran əzabını
çətin ki anlar.
Hər günün öz rəngi, öz ahəngi var,
Mənim günlərimsə eyni rəngdədir.
Axşamım axşamdı, səhərim
səhər,
Hamısı bir dəstdə, bir çələngdədir.
Biz
ki nə yatmışdıq,
nə yuxu görək,
Tale
saldı bizi burulğanına.
Gözü yaşlı qalan qönçə arzular,
Dözmədi şaxtalı qış boranına.
Nə ünvanın bəlli, nə də sorağın,
Elə bil sən adlı
adam yox imiş.
Mən səni qınaya bilmirəm, axı,
Görünür, taleyin bəxti beləymiş.
Yenə də səninçün
nigaranam mən,
Eşitsən səsimi səsimə səs ver.
Ölmüsən, qalmısan, bilmirəm ki mən,
Qayıt ruhumuza təzə nəfəs ver.
Xanəli KƏRİMLİ
525-ci qəzet.
- 2025.- 3 oktyabr (№179).-S.15.