Milli-mənəvi dəyərlərin mühafizəsində kitabxanaların rolumövzusunda beynəlxalq konfrans keçirilib

 

Oktyabrın 1-də XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Mədəniyyət Nazirliyi Milli Kitabxananın birgə təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində “Milli-mənəvi dəyərlərin mühafizəsində kitabxanaların rolumövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransı açan Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov son dövrlərdə kitaba marağın artmasının qürurverici hal olduğunu deyib. Qeyd edib ki, kitabxanalar milli-mənəvi dəyərlərin saxlanc yeri olmaqla yanaşı, onların etibarlı mühafizəsi gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Professor qeyd edib ki, kitab nəşr məhsulları milli-mənəvi dəyərlərin əsas komponentlərindən biridir. Bu səbəbdən onların qorunmasına mühafizəsinə diqqətin artırılması vacibdir. Kitabxanalar isə bu missiyanın həyata keçirilməsində mühüm rol oynayır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu çıxışında kitabın hər zaman Azərbaycanda dünyanın müxtəlif ölkələrində qorunub saxlanıldığını vurğulayıb. Komitə sədri beynəlxalq kitab sərgilərinin əhəmiyyətini qeyd edərək, gənclərin kitaba marağının artırılmasının vacibliyini diqqətə çatdırıb. O, əsas məqsədin kitabların milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması olduğunu bildirib.

Konfransda Türkiyə Cümhuriyyəti Millət Kitabxanasının rəhbəri Ayhan Tuğlu, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru filologiya elmləri doktoru, professor Afət Abbasova, Mərakeş Krallığının Azərbaycandakı səfiri Məhəmməd Adil Embarş, BDU-nun İnformasiya sənəd menecmenti fakültəsinin dekanı dosent Ələmdar Cabbarlı, Küveyt Milli Kitabxanasının direktoru Seham Alezam çıxış ediblər.

Çıxış edənlər kitabxanaların millətin yaddaşını, bilik mədəniyyətini birləşdirən, kitabları qoruyub saxlayan müqəddəs məkan olduğunu diqqətə çatdırıblar. Bildirilib ki, milli-mənəvi dəyərlərin yaşadılması tariximizə, bu günümüzə gələcəyimizə göstərilən ehtiramın təcəssümüdür. Çıxışlarda Ümummilli Lider Heydər Əliyevin kitabxanalara göstərdiyi diqqət qayğı xüsusi vurğulanıb. Həmçinin Bakı Beynəlxalq Kitab Sərgisinin əhəmiyyəti qeyd edilərək, kitabxanalar arasında əlaqələrin qurulmasının önəmi diqqətə çatdırılıb.

Tədbirdə Azərbaycan Milli Kitabxanasına həsr edilmiş videoçarx nümayiş olunub.

Daha sonra konfrans məruzələrlə davam edib.

 

525-ci qəzet. - 2025.- 3 oktyabr (№179).- S.9.