Azərbaycan Kopenhagen Zirvəsində
Qlobal güc mərkəzləri
ilə strateji tərəfdaşlıq güclənir
"Avropa Siyasi Birliyi"nin sayca 7-ci sammitinə Danimarka ev sahibliyi etdi.
Azərbaycan Prezidenti
İlham Əliyev bu ölkənin Baş naziri Mette Frederiksenin və Avropa İttifaqı Şurasının
Prezidenti Antonio Koştanın
dəvəti ilə “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə
toplantısına qatıldı.
Azərbaycan bu platforma təsis ediləndən onun bütün tədbirlərinə
dəvət alır.
Bu, ölkəmizin və
onun liderinin beynəlxalq miqyasda artan nüfuzunun göstəricidir. Bu gün
Azərbaycan birmənalı
şəkildə regional və
qlobal məsələlərdə
vacib rol oynayır.
“Avropa Siyasi Birliyi”nin əhəmiyyətindən
danışanda ilk növbədə
onu vurğulamaq lazımdır ki, bu, Avropa İttifaqı
(Aİ) tərəfindən təşviq edilən platformadır. 2022-ci ildə
Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü
ilə yaradılmış
təsisatın ilk toplantısı
həmin ilin oktyabrında Çexiyanın
paytaxtı Praqada keçirilib. Praqa sammiti yaddaşlardan silinməyib. Məhz həmin sammitdə Prezident İlham Əliyev ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının
o zamankı Prezidenti Şarl Mişelin və Fransa Prezidenti Emmanuel Makronun iştirakı ilə qeyri-rəsmi görüş
olub. Onu da vurğulayaq
ki, məhz Makron Brüssel danışıqlarını
pozdu. Görüşdən
sonra Makron müsahibəsində Azərbaycanın
ünvanına qəbuledilməz
ifadələr səsləndirdi,
tərəfkeşlik etdi,
neytrallığını görüntü
xatirinə belə saxlayan bilmədi. Bundan sonra Bakı
Fransanın hər hansı bir nümayəndəsinin Ermənistanla
Azərbaycan arasında
normallaşma prosesində
iştirakına qarşı
çıxdı və
Qranada sammitində iştirak etmədi.
Bununla belə, Praqa sammitinin müsbət tərəfi o oldu ki, Azərbaycan və Ermənistan liderlərinin
görüşündə tərəflər 1991-ci il Almatı
Bəyannaməsi əsasında
bir-birinin ərazi bütövlüyünü və
suverenliyini tanıdıqlarını
bəyan etdilər. Eyni zamanda, həmin
toplantıda dövlət
başçısı Azərbaycan
həqiqətlərini, regional təhlükəsizlik məsələlərini
daha bir mühüm platformadan beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırdı.
Azərbaycan, həmçinin
vasitəçisiz danışıqlara
üstünlük verdi
və proseslərin gedişi göstərdi
ki, Bakı çox düzgün qərar qəbul edib. Çünki vasitəçilər
ilk növbədə öz
maraqlarını əsas
götürür, neytral
qalmağı bacarmır,
bununla da nizamlanma prosesini uzadırdılar.
Məlum olduğu kimi, Albaniyada Avropa Siyasi Birliyinin növbəti sammiti bu ilin may ayında
baş tutub. Azərbaycan Prezidentinin bu sammitdə
də iştirakı ölkəmizin xarici siyasətində davamlı
uğurlarının və
artan beynəlxalq nüfuzunun növbəti təzahürüdür.
Xatırladaq ki, "Avropa Siyasi Birliyi"
(ASB) qitənin ölkələri
arasında siyasi əlaqələndirmə platformasıdır.
Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin
həlli üçün
siyasi dialoqu və əməkdaşlığı
inkişaf etdirmək,
Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini
və rifahını gücləndirməkdir. ASB 50-yə yaxın ölkəni əhatə edir, onlardan 27-si Avropa İttifaqına üzv dövlətlərdir, digərləri
isə müxtəlif
regionları əhatə
edir. ASB-nin sammitləri ildə iki dəfə müxtəlif ölkələrdə
keçirilir.
Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa
Siyasi Birliyi"nin sammiti bir sıra
diqqətçəkən məqamlarla
yadda qaldı. Azərbaycan
Prezidenti İlham Əliyevin
sammit çərçivəsində
Tiranada Avropa İttifaqı Şurasının
Prezidenti Antonio Koşta
və Avropa Komissiyasının Prezidenti
Ursula Fon der Lyayen ilə
görüşü olub.
Görüş zamanı
Azərbaycanın Mərkəzi
Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulandı. Bununla yanaşı, ölkəmizin
regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər
arasında dialoqun aparılması üçün
platforma rolu oynadığı da məmnunluqla
qeyd edildi.
Prezident İlham
Əliyev Azərbaycanın
Avropa İttifaqı ilə əlaqələrə
mühüm əhəmiyyət
verdiyini deyərək,
onun Avropanın enerji təhlükəsizliyində
roluna toxunub, Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığın
genişləndirilməsi üçün
böyük perspektivlərin
olduğunu söyləyib,
bu gün Avropanın 10, o cümlədən
Avropa İttifaqının
8 ölkəsinin enerji
təminatında Azərbaycanın
rolunu vurğulayb. Ölkəmizin Orta Dəhlizdə oynadığı
vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda
yaradılmış nəqliyyat
infrastrukturuna qoyulmuş
investisiyaları və
bu istiqamətdə aparılan işləri qeyd edib.
Məlumdur ki, bir müddət əvvəl Aİ-Azərbaycan
münasibətlərində gərginlik yaranmışdı.
Buna səbəb Aİ-nin
əvvəlki rəhbərliyinin
ölkəmizə münasibətdə
sərgilədiyi ədalətsiz
və haqsız yanaşma idi. Aİ-də bəzi qruplar ölkəmizə qarşı çıxırdı.
Lakin Azərbaycanın balanslı
və əsaslandırılmış
yanaşması göstərdi
ki, regionda sabitlik yalnız balanslı yanaşma, ərazi bütövlüyü və
bütün tərəflərin
suverenliyinə hörmət
əsasında mümkündür.
Prezident İlham Əliyevin
qətiyyətli siyasəti
bu kimi faktorların
aradan qalxmasına səbəb oldu. Aİ də Azərbaycanın əhəmiyyətini, onun
Cənubi Qafqazın əsas gücü olduğunu yaxşı anlayırlar, ölkəmizlə
Azərbaycanla münasibətləri
gərginləşdirməyin onlar üçün faydlı olmadığının
fərqində idilər.
Sammit göstərdi
ki, Avropa liderləri Azərbaycanın regionda yaratdığı yeni siyasi
reallıqları qəbul
edir və bu reallıqlardan irəli gələn imkanlara əhəmiyyət
verirlər. Bu gün Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər
tamamilə bərpa olunub və normal məcradadır. Avropa İttifaqının xarici
işlər və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Kaya Kallasın
bu yaxınlarda Azərbaycana səfəri,
Prezident İlham Əliyevlə
Avropa İttifaqı Şurasının sədri
Antonio Koşta arasında
telefon danışığı,
o cümlədən Azərbaycan
Prezidentinin Avropa Komissiyasının sədri
Ursula fon der Leyen və
və Koşta ilə görüşü
qurumun Azərbaycanla münasibətlər inkişafına
böyük önəm
verdiyini aydın şəkildə göstərir.
Bu günlərdə Avropa
İttifaqının Genişlənmə
üzrə komissarı
Marta Kos Azərbaycanda səfərdə
oldu. O, Prezidentin qəbulunda olarkən Ermənistanla Azərbaycan
arasında münasibətlərin
normallaşması və
sülh gündəliyinin
irəlilədilməsi istiqamətində
əldə edilmiş
nailiyyətlər münasibətilə
təbriklərini çatdırıb.
Avropa İttifaqının
regionda davamlı sülhün təmin olunmasına yönəlmiş
səylərə və
Azərbaycanın humanitar
minatəmizləmə sahəsindəki
fəaliyyətinə dəstəyini
bundan sonra da davam etdirəcəyini söyləyib. Komissar Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək,
həmçinin nəqliyyat
sahəsində əməkdaşlığın
daha da inkişaf etdirilməsi üçün
böyük perspektivlərin
olduğunu vurğulayıb.
Avropa İttifaqı
Azərbaycanın əhəmiyyətini
anlayır, bir sıra vacib məsələlərlə bağlı
rəsmi Bakının
da mövqeyini eşitmək
istəyir. Bunu Prezidentə Zirvə toplantılarında olan maraq və diqqət
bir daha nümayiş etdirir.
Prezident İlham
Əliyevin Kopenhagen gündəliyi də kifayət qədər zəngin olub. Dövlət başçısı
7-ci Zirvə görüşündə
iştirak etməklə
yanaşı, bir sıra ikitərəfli görüşlər keçirib.
Prezident İlham Əliyevin
Ermənistanın Baş
naziri Nikol Paşinyanla görüşü
olub. Eyni zamanda, Azərbaycan lideri Aİ Şurasının
Prezidenti Antonio Koşta
və AK Komissiyasının
Prezidenti Ursula Fon der Lyayen
ilə görüş
keçirib.
Koştanın sosial şəbəkə
hesabında paylaşdığı
“Biz Azərbaycanı mühüm
bir tərəfdaş
kimi qiymətləndiririk
və əlaqələrimizin
möhkəmləndirilməsinə sadiqik. Biz öz Qlobal Keçid strategiyamız vasitəsilə
regional nəqliyyat, enerji
və rəqəmsallaşmadakı
konnektivliyə investisiyalarımıza
davam edəcəyik”, fikirləri bir daha Aİ-nin Azərbaycana verdiyi önəmin əksidir.
Onu da bildirək ki, bu,
8 avqust Vaşinqton sammitindən sonra ASB-nin ilk sammitidir. Əvvəlki sammitlərdən
fərqli olaraq, tərəflər bu sammitdə sülh əldə edib, sülh sazişini paraflayıb və Prezident Trampın da imzası ilə Birgə Bəyannamə imzalayıblar. Avqustdan bu yana verilən
mesajlar, bəyanatlar sülhə sadiqliyi nümayiş etdirir.
İlham Əliyev və
Paşinyan da görüşdə
Vaşinqton Bəyannaməsinin
icrasını müzakirə
ediblər, sülhün
daha da möhkəmləndirilməsi
istiqamətində səy
göstərməyə hazır
olduqlarını bir daha təsdiqləyiblər.
Bir məqamı da vurğulayaq
ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə
Azərbaycanda keçiriləcək.
Bu barədə Avropa İttifaqı Şurasının
prezidenti Antonio Koşta
bir müddət əvvəl bildirib. Ermənistan isə
2026-cı ildə bu sammitə ev sahibliyi edəcək.
Yeri gəlmişkən,
Ermənistan və Azərbaycan sammitlərin keçirilməsində bir-birinin
namizədliyini qarşılıqlı
şəkildə dəstəkləyiblər.
Ermənistanın Baş
naziri Nikol Paşinyan sosial şəbəkə hesabında
bununla bağlı paylaşım edərək,
Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə
Azərbaycanda keçirilməsi
barədə qərarı
alqışlayıb və
Ermənistan və Azərbaycan sammitin keçirilməsi üçün
bir-birinin namizədliyini
qarşılıqlı şəkildə
dəstəklədiklərini bildirib.
Azərbaycanın növbəti beynəlxalq
bir tədbirə ev sahibliyi etməsi
əlbəttə ki, ilk növbədə
ölkəmizin dünyada
artan nüfuzunu, eyni zamanda, Avropa
ölkələri ilə
münasibətlərinin inkişaf
tendensiyasını göstərir.
Azərbaycanın Avropa
Siyasi Birliyində təmsil olunan 50-yə yaxın dövlətdən
16-sı ilə strateji
tərəfdaşlıq münasibətləri
var ki, onlardan da 10-u Avropa
İttifaqının üzvüdür.
Azərbaycana beynəlxalq
miqyasda olan maraq bir daha
sübut edir ki, ölkəmizin qlobal güc mərkəzləri
ilə strateji tərəfdaşlığı güclənir.
Pərvanə
525-ci qəzet. - 2025.-
3 oktyabr (№179).- S.5.