Respublika Uşaq Kitabxanası XI Bakı Beynəlxalq Kitab Sərgisində fəal iştirak edir

 

XI Bakı Beynəlxalq Kitab Sərgisində F.Köçərli adına Respublika Uşaq Kitabxanası interaktiv fəaliyyətlər yazıçılarla görüşlərdə fəal iştirak edir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, tədbirlər proqramına əsasən uşaqların maraq dairəsinə uyğun müxtəlif yaradıcı məşğələlər təşkil olunub. Uşaqlar plastilindən müxtəlif fiqurlar düzəldərək öz bacarıqlarını nümayiş etdiriblər gildən hazırlanmış fiqurları rəngləyiblər. Bu prosesdə kitabxananın əməkdaşları uşaqlara dəstək verib.

Sərginin davamında məşhur ingilis yazıçısı illüstrator Corciya Binq ilə oxucular arasında görüş keçirilib. Yazıçı beynəlxalq bestseller olan Molli Mun seriyasındanMolli Munun ağlagəlməz hipnotizmi”, “Molli Mun dünyanı dondurur”, “Molli Munun hipnotik zaman səyahəti”, “Molli Mun, Mikki Minus bilik maşını”, “Molli Mun morfinq sirrikitabları barədə məlumat verib. C.Binq hər bir əsərinin uşaqların təxəyyülünü zənginləşdirəcəyini onların maraq dairəsini genişləndirəcəyini vurğulayıb.

Kitabxananın stendini ziyarət edən Corciya Binq öz kitablarının nümayişindən məmnun qalıb uşaqlara imzalı kitablar hədiyyə edib.

 

525-ci qəzet.- 2025.- 7 oktyabr (№181).- S.10.