"Türk dünyası yeni qlobal gücə
çevrilməkdədir"
Qəbələ zirvəsi TDT-ni daha da
gücləndirəcək
Türk Dövlətləri Təşkilatının
(TDT) Dövlət Başçıları Şurasının
Qəbələdə keçirilən 12-ci Zirvə
Görüşü türk dünyasının güclənməsi,
həmrəyliyi, yeni geosiyasi reallıqlara,
çağırışlara qarşı adekvat qərarların
qəbulu istiqamətində mühüm əhəmiyyət kəsb
edir. TDT artıq beynəlxalq münasibətlər
sistemində əsas aktorlardan birinə çevrilməkdədir. Yeni strateji
tərəfdaşlıq sahələrinin
müəyyən edilməsi
onu daha da gücləndirir. Türk dünyası liderlərinin
mütəmadi görüşləri,
sammitlərin keçirilməsi,
irəli sürülən
təşəbbüslər və onların reallaşdırılması, iqtisadi
əlaqələrin güclənməsi
TDT-nın rolunu və əhəmiyyətini
daha da artırır.
Qəbələ Zirvəsinin mövzusu
“Regional sülh və
təhlükəsizlik” idi.
Bu, onu göstərir
ki, Türk dövlətləri
təkcə ticari-iqtisadi,
nəqliyyat, logistika, humanitar və s. məsələlərə diqqət
yetirmirlər. Bu gün
dünya üçün
sülh və təhlükəsizlik heç
vaxt olmadığı
qədər vacibdir. Dünyada cərəyan edən problemləri, münaqişələri, qarşıdurmaları
göz önünə
gətirdikdə, sülh
və təhlükəsizliyin
nə dərəcədə
önəmli olduğu
bir daha aydın olur. Hər bir dövlət
üçün həm
özünün, həm
yerləşdiyi regionun
təhlükəsizliyi əsas
məsələlərdən biridir. İllərlə Cənubi Qafqazda mövcud münaqişələr
səbəbindən qeyri-sabit
vəziyyət hökm
sürüb. Bu gün
sülhün demək
olar ki, təmin edilməsi regional inkişaf,
təhlükəsizliyin təmini
üçün yeni bir
səhifə açıb.
Bu baxımdan Zirvənin
mövzusu çox aktual və vacibdir. Zirvə çərçivəsində TDT-yə üzv və müşahidəçi
statusuna malik ölkələrin
dövlət və hökumət başçılarının
görüşü, müzakirələri,
qəbul etdikləri sənədlər, o cümlədən
XII Zirvə Görüşünün
Bəyannaməsi perspektiv
hədəflərin, yeni fəaliyyət
istiqamətlərinin müəyyən
edilməsində əhəmiyyətli
rol oynayır.
Məlumat üçün xatırladaq
ki, TDT 2009-cu il oktyabrın 3-də Naxçıvanda Azərbaycan,
Türkiyə, Qazaxıstan
və Qırğızıstanın
iştirakı ilə
imzalanmış Naxçıvan
müqaviləsi ilə
rəsmi şəkildə
təsis olunub. Özbəkistan 2019-cu ildə
üzv qəbul edilib. Macarıstan (2018), Türkmənistan (2021) və
Şimali Kipr Türk Respublikası
(2022) müşahidəçi üzv qəbul olunublar. 2023-cü ildə
isə İqtisadi Əməkdaşlıq Təşkilatına
TDT-nin müşahidəçi
statusu verilib. Qurumun əsas məqsədi türkdilli dövlətlər arasında
əməkdaşlığı gücləndirmək, regional sabitlik
və inkişaf üçün ortaq platforma yaratmaqdır. Təşkilatın üzv
ölkələrinin əhalisi
170 milyondan çox, ərazisi isə 4,5 milyon kvadratkilometr təşkil edir. Ümumi daxili məhsul 2,1 trilyon ABŞ dolları həcmindədir.
Hər il oktyabrın 3-ü Türk
Dövlətlərinin Əməkdaşlıq
Günü kimi qeyd edilir. Prezident
İlham Əliyev 3 oktyabrda
sosial şəbəkə
səhifələrində bununla
bağlı paylaşımında
qeyd edib ki, məhz bu gün
2009-cu ildə qədim
Azərbaycan torpağı
olan Naxçıvanda
Türk Dövlətləri
Təşkilatının əsası
qoyulub: “Bu əlamətdar
gün münasibətilə
Türk dünyasını
səmimi-qəlbdən təbrik
edirəm. Türk dünyası bizim ailəmizdir!
Ötən 16 il ərzində təşkilatımız
güclənmiş, dünya
miqyasında böyük
nüfuz qazanmış,
sıralarımız genişlənmişdir.
Türk Dövlətləri
Təşkilatı ölkələrimiz
arasında siyasi, iqtisadi və humanitar sahələrdə
əməkdaşlığın gücləndirilməsinə, Türk
xalqları arasında
həmrəyliyin daha
da möhkəmlənməsinə böyük töhfə vermişdir. Azərbaycan Türk dünyasının
birliyinin gücləndirilməsi
istiqamətində səylərini
bundan sonra da davam etdirəcək. Qardaşlığımız əbədidir!”
Azərbaycanın Türk dünyasının
birliyinin, həmrəyliyinin
gücləndirilməsində səyləri danılmazdır.
Ölkəmiz təşkilatın
yaradılmasında, onun
inkişafında, yeni təşəbbüslərin
irəli sürülməsində,
strateji istiqamətlərin
müəyyən edilməsində
aparıcı rol oynayır.
Prezident İlham
Əliyevin “Bizim üçün TDT əsas
beynəlxalq təşkilatdır,
çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”
fikirləri Azərbaycanın
türk dünyasının
birliyinə, həmrəliyinə
verdiyi dəyər tam
şəkildə ifadə
edir.
Prezident İlham
Əliyevin təşəbbüsləri
nəticəsində TDT real təsir gücünə
malik beynəlxalq təşkilata
çevrilib. Məhz bu, Azərbaycanın təşkilatda əsas hədəflərindən biridir.
Prezident İlham Əliyev
2024-cü ildə Şuşada
keçirilən TDT-nın
Dövlət başçılarının
qeyri-rəsmi Zirvəsində
bu məqama toxunaraq deyib: “Türk Dövlətləri
Təşkilatı dünya
miqyasında güc mərkəzlərinin birinə
çevrilməlidir. Biz böyük
coğrafi məkanı
əhatə edirik, üzv ölkələrdə
müsbət demoqrafik
dinamika müşahidə
olunur, hərbi potensialımız döyüş
meydanlarında özünü
dəfələrlə göstərmişdir.
Zəngin təbii resurslarımız, onların
nəqli üçün
müasir infrastruktur, Mərkəzi Asiyanı, Qafqazı Aralıq və Qara dəniz
limanları ilə birləşdirən nəqliyyat
dəhlizləri, zəngin
və qədim tariximiz, mədəniyyətimiz
bizim böyük sərvətimizdir. Xalqlarımızın
ənənəvi dəyərlərə
sadiqliyi və eyni etnik köklərə
malik olmaları ölkələrimizi
sıx birləşdirir.
XXI əsr Türk dünyasının inkişafı
əsri olmalıdır”.
Milli Məclisin deputatı
Vüqar Bayramov hesab edir ki, Azərbaycan türk dövlətləri
arasındakı strateji
əməkdaşlıq və
inteqrasiyanın güclənməsinə
xüsusi töhfə
verən dövlətdir.
Son illər həm türk dövlətləri
arasında iqtisadi əməkdaşlığın dərinləşməsi, həm
də milli iqtisadiyyatlarının
sürətli inkişafı
qeydə alınıb:
“2024-cü ildə türk
dövlətlərinin iqtisadiyyatı
5,4 faiz böyüyüb.
Bu 3,2 faizlik qlobal iqtisadi artımı xeyli dərəcdə üstələyir. Türk
dövlətləri 2,11 trilyon
dollar ÜDM ilə qlobal
iqtisadiyyatda 1,8 faizlik
paya sahibdirlər. 2024-cü ildə türk dövlətlərinin ümumi
ticarət dövriyyəsi
1,17 trilyon dollar təşkil
edib ki, bu da qlobal ticarət dövriyyəsinin 3,5 faizi
deməkdir. Bu isə
o deməkdir ki, Türk
dünyası yeni qlobal
gücə çevrilməkdədir”.
Deputat bildirib ki, yeni dünya düzəninin formalaşması
mərhəsləsində regionda
müşahidə edilən
siyasi katakalizmlərə
rəğmən, Prezident
İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasət
Azərbaycanın geosiyasi
mövqeyini daha da gücləndirməklə yanaşı,
ölkəmizi regional “orta
güc” dövlətinə
çevirib: “Çoxvektorlu
xarici siyasət Azərbaycanın eyni zamanda, Qərb və Şərqlə tərəfdaşlığını gücləndirərək regional təhlükəsizliyin qorunmasında
rolunu daha da artırıb. Mövcud iqtisadi potensialı ilə Türk dünyası regional gücə
çevrilərək qlobal
məsələlərə töhfə verir. Bu, Azərbaycan daxil olmaqla, Türk dövlətlərinin geosiyasi
mövqeyini daha da gücləndirir”.
Milli Məclisin deputatı
Sevinc Fətəliyeva
bildirib ki, türk geosiyasətinin mərkəzinə
çevrilən Azərbaycan
bu gün əməkdaşlığın yeni modelini formalaşdırır
– iqtisadi və nəqliyyat layihələrindən
tutmuş, kollektiv təhlükəsizlik təşəbbüslərinə
qədər: “Artıq
TDT yalnız mədəni
platforma deyil, sülhün, dayanıqlı
inkişafın və
ortaq məsuliyyətin
güclü beynəlxalq
tribunasına çevrilib.
Qəbələdə keçirilən
sammit təşkilatın
fəaliyyətində yeni
mərhələnin əsasını
qoydu – məsləhətləşmə
formatından çıxaraq
ümumi tarix, dil və geosiyasi
maraqlarla birləşən
ölkələri əhatə
edən tamhüquqlu beynəlxalq struktura çevrildi”.
O vurğulayıb
ki, ilkin mərhələdə mədəni
və iqtisadi əməkdaşlıq meydanı
kimi formalaşan TDT bu gün Xəzərdən
Mərkəzi Asiyaya qədər uzanan geniş coğrafiyada siyasi konsolidasiyanın və iqtisadi yüksəlişin mühüm
mexanizminə çevrilib:
“Azərbaycan, Türkiyə,
Qazaxıstan, Qırğızıstan
və Özbəkistan,
eləcə də müşahidəçi ölkələr
– Türkmənistan, Macarıstan
və Şimali Kipr qarşılıqlı
potensialların tamamlanmasına,
vahid inkişaf baxışına əsaslanan
yeni əməkdaşlıq
arxitekturası yaradır”.
Onun sözlərinə
görə, Azərbaycanın
təşəbbüsləri göstərir ki, iqtisadi və nəqliyyat yaxınlaşması
kollektiv təhlükəsizliklə
paralel aparılmalıdır:
“Sammitin “Sülh və təhlükəsizlik”
mövzusu da məhz bu mərhələnin
mahiyyətini əks etdirir – dostluq bəyanatlarından konkret
addımlara, sabitlik və ortaq maraqların
qorunmasına yönəlmiş
praktik əməkdaşlığa
keçid baş verir”.
Deputat əlavə
edib ki, TDT artıq iqtisadi və nəqliyyat gündəliyini aşaraq
yeni istiqamətlərə
çıxıb: “Qəbələ
sammitində təhsil,
rəqəmsal təhlükəsizlik,
gənclər əməkdaşlığı
və mədəni diplomatiya məsələləri
də müzakirə olunub. Azərbaycan elm, mədəniyyət və təhsil sahəsində birgə proqramların təşəbbüskarı
kimi türk həmrəyliyinin humanitar
ölçüsünü ardıcıl şəkildə
irəli aparır”.
Pərvanə
525-ci qəzet. - 2025.-
8 oktyabr (№ 182).- S.5.