Qazaxıstan mətbuatında Uzeyir Hacıbəylinin 140-cı ildönümü
ilə əlaqədar
məqalə dərc olunub
Qazaxıstanın “OTPAN. News” saytında
“Azərbaycan Üzeyir
Hacıbəylinin 140 illiyini
qeyd edir” sərlövhəli məqalə
dərc olunub.
AZƏRTAC xəbər verir ki, materialda Üzeyir Hacıbəylinin
həyat və yaradıcılığı haqqında
geniş məlumat verilib. Qeyd olunub
ki, görkəmli bəstəkar müsəlman
Şərqində “Leyli
və Məcnun” kimi ilk operanın
müəllifidir. Onun
yaradıcılığı region xalqlarının milli dəyərləri ilə sıx bağlıdır.
Azərbaycanın Qazaxıstanın
Aktau şəhərində
fəaliyyət göstərən
Baş Konsulluğunun
dəstəyi ilə hazırlanan materialda vurğulanıb ki, Üzeyir Hacıbəylinin
140 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası
Prezidenti 3 fevral 2025-ci
ildə Sərəncam
imzalayıb. Sərəncamın
həyata keçirilməsi
ilə əlaqədar
olaraq Azərbaycanda və xarici ölkələrdə bir
sıra tədbirlər
həyata keçirilir.
Bəstəkarın “Ər
və arvad” əsəri Azərbaycanın
ilk musiqili komediyasıdır. Onun “Rüstəm və Zöhrab”, “Əsli və Kərəm”, “Harun və Leyla”
operaları türk xalqlarının milli kökünün eyni olduğunu sübuta yetirir. 1921-ci ildə dahi bəstəkar Bakıda ilk musiqi məktəbinin yaradılmasına nail olub.
Onun əsərləri
türk xalqları tərəfindən yaxşı
başa düşülür
və onların milli mədəniyyətinin
bənzərliyini əks
etdirir.
Qeyd edək
ki, Qazaxıstanın
“Jalobayan” rasdiosunda da Üzeyir Hacıbəylinin yaradıcılığı
barəsində verilişlər
hazırlanıb və
efirdə onun əsərləri səsləndirilib.Qazaxıstan mətbuatında Uzeyir Hacıbəylinin 140-cı ildönümü
ilə əlaqədar
məqalə dərc olunub.
525-ci qəzet. - 2025.- 8 oktyabr (№182).- S.9.