Dahi Azərbaycan bəstəkarının yaradıcılıq irsinin analitik tədqiqi

 

Nailə RƏHİMBƏYLİ

Sənətşünaslıq elmləri doktoru professor

 

2025-ci il Azərbaycanın musiqi mədəniyyət aləmi üçün xüsusi əhəmiyyət daşıyır - bu il böyük bəstəkar, peşəkar milli musiqi məktəbinin banisi, akademik Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi qeyd olunur. Üzeyir Hacıbəylinin zəngin yaradıcılığı Şərq musiqi ənənələrinin tarixində əsl dönüş nöqtəsi olmuşdur. Onun fəaliyyəti xalq musiqisi ilə klassik musiqi formalarının harmonik vəhdətini yaradan bir yolun başlanğıcı sayılır. Azərbaycan dünya musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri olan Üzeyir bəy sadəcə musiqi əsərləri yaratmaqla kifayətlənməmişdir, həm yeni musiqi təfəkkürünün - Şərq ilə Qərbin ortaq dil tapdığı bir mədəniyyətin əsasını qoymuş  maarifçi mütəfəkkir idi. Onun milli bəstəkarlıq məktəbinin formalaşmasında, Şərqdə opera janrının inkişafında musiqi təhsilinin təşəkkülündə əvəzsiz xidmətləri vardır. Bu gün Üzeyir Hacıbəylinin irsi nəinki Azərbaycan üçün, həm ümumilikdə dünya musiqi mədəniyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Bəstəkarın yaradıcılığı hər zaman elmin müxtəlif sahələrində aktual olmuşdur. Musiqişünaslar dərin məzmunlu musiqi irsini; ədəbiyyatşünaslar zəngin dramaturji əsərlərini, filosoflar isə ümumilikdə bəstəkarın yaradıcılığının hər qatında olan məna ideyalarının fəlsəfi görüşlərini əsas tutaraq elmi-nəzəri çalışmalar ərsəyə gətirmişdilər. Böyük bəstəkarın 140 illiyi münasibətilə onun həyat yaradıcılığına dair fundamental tədqiqatlara yenidən diqqət yetirmək xüsusi aktuallıq kəsb edir. Bu, həm musiqi ictimaiyyəti, həm geniş oxucu auditoriyası üçün Üzeyir Hacıbəylini daha dərindən anlamaq dəyərləndirmək imkanı yaradır.

 

Bəstəkarın irsinin tarixi-nəzəri aspektdən öyrənilməsində görkəmli musiqişünas-alim, akademik - üzeyirşünas Zemfira Səfərovanın Azərbaycan müsiqişünaslıq elmində yeri özəl önəmlidir. Zemfira xanımın elmi yaradıcılığında Üzeyir mövzusu, onun çoxsaylı elmi əsərlərinin, monoqrafiyalarının yüzlərlə məqalələrinin ana xəttini təşkil edir. Bəstəkarın musiqi irsini təhlil edən Z.Səfərova onu sistemli islahatçı kimi təqdim edir. Üzeyir Hacıbəyli təkcə yeni janrlar yaratmamış, həm Azərbaycanda peşəkar musiqi təhsilinin əsaslarını qoymuş şərq modallıq sistemi ilə bağlı nəzəri əsərlər hazırlamışdır ki, bu da milli bəstəkarlıq məktəbinin inkişafına mühüm təsir göstərmişdir.

 

Akademikin son nəşriÜzeyir Hacıbəyli. Həyat yaradıcılıq yoluadlı kitabı bəstəkarın öz dövrünün mədəniyyət lideri kimi çoxşaxəli obrazını əhatəli şəkildə təqdim edən ən sanballı tədqiqat işlərindən biri hesab olunur. İngilis dilində təqdim olunan bu nəşr milli beynəlxalq mühit üçün yeni söz, fikir, dahi bəstəkarın şəxsiyyətinin bədii-fəlsəfi irsinin miqyasını daha dərindən anlamağa imkan verən fundamental elmi araşdırmadır. Kitabın elmi redaktoru akademik İsa HəbibbəyliÜzeyir Hacıbəyli-Azərbaycan musiqi sənətinin manifestiməqaləsində qeyd etmişdi ki, “Üzeyir Hacıbəylinin ölməz sənəti böyük idealları yeni tarixi epoxada Azərbaycanın müstəqillik dövrü milli mədəniyyətinin ictimai fikrinin daha da inkişaf edib möhkəmlənməsinə gur işıq salır”. Sözügedən kitabın giriş bölməsində  isəEyni zamanda akademik Zemfira Səfərova Üzeyir Hacibəyli elmini yüksək səviyyəyə qaldırıb, elmi əsərləri ilə dünya musiqişünaslıq səviyyəsinə yüksəltmişdirfikrini doğru olaraq vurğulamışdır.

 

Müəllif əsərində həm akademik dəqiqlik, həm kitabın qəhrəmanına dərin ehtiramla yanaşaraq, bəstəkarın həyat yolunu - Şuşada keçən gənclik illərindən başlayaraq, onun görkəmli bəstəkar, publisist, pedaqoq ictimai xadim kimi formalaşmasına qədər ətraflı şəkildə təsvir edir. Xüsusi diqqət dövrün tarixi kontekstinə yönəldilmişdir: XIX əsrin sonu-XX əsrin əvvəllərində Qafqazda cərəyan edən milli-azadlıq mədəni proseslər , o proseslərdə, Üzeyir Hacıbəylinin fəal iştirakı. Zemfira Səfərova böyük ustalıqla bəstəkarın ideyalarını, aldığı təhsilin ictimai mövqeyinin onun yaradıcılığında istər musiqili dramaturgiyasında, istərsə maarifçilik fəaliyyətində necə əks olunduğunu nümayiş etdirir.

 

Kitabda bəstəkarın opera musiqi komediyalarının təhlili mərkəzi yer tutur. Üzeyir Hacıbəyli musiqi tarixinə müsəlman Şərqində ilk operasıLeyli Məcnun”un (1908) müəllifi kimi daxil olmuşdur. Bu əsər Şərq musiqi aləmində forma təcəssümü baxımından yeni  davamlı inkişaf mərhələləri üçün təkanverici mühüm hadisəyə idi. Zemfira xanımÜ.HacıbəyliLeyli Məcnun”da opera janrının digər musiqi formalarının inkişafı üçün möhkəm bünövrə yaratdı, Azərbaycan milli harmoniyasının polifoniyasının təməlini qoyduqeyd edərək, operanın yalnız musiqi xüsusiyyətini deyil, həm onun dramaturji quruluşunu, sosial kontekstini leytmotiv sisteminin özəlliklərini ətraflı şəkildə təhlil edir.

 

Xüsusi vurğulanmalı məqam isəKoroğluoperasının analizi ilə bağlıdır. Müəllif bu əsəri Ü.Hacıbəylinin yaradıcılığının zirvəsi adlandıraraq, milli-mənəvi dəyərləri humanist ideyaları ifadə edən şedevr kimi qiymətləndirir. Opera milli musiqi dilinin inkişafında mühüm mərhələdir. Akademik, zəngin lad-intonasiya sistemini, Azərbaycan muğamlarının modal quruluşu xalq musiqisinə xas melodik çevikliyə əsaslanan intonasiyaları üzərindən dərin elmi-nəzəri təhlil aparır. Həmçinin, bəstəkarın milli musiqi ənənələrini Qərbi Avropa klassik formaları ilə bağlayaraq, onun sənətini eyni zamanda həm ümumbəşəri baxımdan anlaşıqlı, həm dərin milliliyini, əsas cəhət kimi, önə çıxardır.

 

Şərq musiqi ənənələri ilə Qərb operetta janrının sintezinin parlaq nümunəsi, məhzArşın mal alan”dır. Operetta yalnız dövrünün mədəni sosial reallıqlarını əks etdirmir, eyni zamanda fərdi azadlıq, qadınların cəmiyyətdə rolu insan ləyaqəti ideyalarını da vurğulayır. Akademik Zemfira Səfərova operettanın təhlili zamanı əsərin zəngin milli kolorit, melodik ifadəlilik dramatik quruluşunun özünəməxsusluğunu, lad-intonasiya amillərinin üzərində dayanır.

 

Z.Səfərova bəstəkarın kamera-vokal yaradıcılığını da xüsusi vurğulayır. Akademik Azərbaycan klassik poeziyasının mətnləri əsasında yazılmışSənsizSevgili Cananqəzəl-romanslarını şərq poetikasının incə musiqi interpretasiyası kimi qiymətləndirilir; bu əsərlərdə duyğusal dərinlik, zəngin vokal xətt orijinal harmonik quruluş prinsipləri üzvi şəkildə vəhdət təşkil edir. Müəllif qeyd edir ki, bu əsərlər sadəcə romans deyil, eyni zamanda müəyyən mənadamusiqi-poetik esse”lərdir, hansılarda ki, muğamın təsiri hiss olunur, lakin o, “avropalaşdırılmış”, adaptasiya edilmiş formada təqdim edilir. Beləliklə, Hacıbəyli yenidən Şərq ilə Qərb arasında körpü-dialoq rolunu oynayır.

 

Kitabda təqdim olunan xronika sadəcə faktların siyahısı deyil. Bu, oxucuya bəstəkarın həyat yaradıcılığının inkişaf mərhələlərini izləmək imkanı verən sistemli bioqrafik informasiyadir. Z.Səfərova Ü.Hacıbəyli yaradıcılığının ən vacib mərhələlərini xronoloji dəqiqliklə təsvir edir - ilk məqalələrindən musiqi təcrübələrindən başlayaraq, genişmiqyaslı əsərlərinə qədər. Xronika nadir arxiv materialları, məktublar müasirlərinin rəyləri ilə zənginləşdirilmişdir ki, bu da kitaba xüsusi dəyəri verir onu bəstəkarın həyat yaradıcılığına dair tam hüquqlu ensiklopediyaya çevirir.

 

Akademik Zemfira SəfərovanınÜzeyir Hacıbəyli: Həyatı yaradıcılıq yolukitabı dərin, əhatəli çoxşaxəli bir tədqiqatdır ki, bu, həm Ü.Hacıbəylinin musiqi, həm mədəni-tarixi əhəmiyyətini əks etdirir. Kitab yalnız musiqişünaslar tələbələr üçün deyil, həm Şərq musiqisinin tarixi, mədəniyyətlərarası əlaqələr dövrünün görkəmli şəxsiyyətlərinin taleyi ilə maraqlanan geniş oxucu kütləsi üçün böyük əhəmiyyət daşıyır.

 

Dahi bəstəkarın ənənələri yalnız onun ölməz musiqisində deyil, həm Azərbaycan musiqi sənətinin inkişafinda böyük rol oynamış akademik, musiqişünas-alimimizin nəzəri musiqi-estetik irsində yaşamaqdadır. Xalqın qəlbinə, məişətinə Üzeyir Hacıbəyli qədər dərindən nüfuz etmiş sənətkara, doğrudan da, ölüm yoxdur!” Akademik Zemfira Səfərovanın bu sözləri dahi bəstəkar Üzeyir Hacıbəylinin yaradıcılığının dərinliyini, onun Azərbaycan musiqi mədəniyyətindəki əvəzsiz xidmətlərini mənəvi ölməzliyini parlaq şəkildə ifadə edir.

 

525-ci qəzet  2025.- 21 oktyabr(¹191).- S.11.