“Türk dövlətləri
birliyi. Qlobal inteqrasiyanın türk modeli” kitabı təqdim olunub
XI Bakı Beynəlxalq
Kitab Sərgisi çərçivəsində
Milli Məclisin deputatı
Cavanşir Feyziyevin
"Türk dövlətləri
birliyi. Qlobal inteqrasiyanın türk modeli" kitabının təqdimatı və imza günü keçirilib.
AZƏRTAC xəbər verir ki, "Şərq-Qərb"
nəşriyyatının baş
redaktoru filologiya üzrə fəlsəfə
doktoru Nərgiz Cabbarlı tədbiri açaraq kitabın məzmunundan, yüksək
elmi-nəzəri əhəmiyyətindən
danışıb. Bildirib
ki, kitabda türk dövlətçiliyinin genezisi,
türk sivilizasiyasının,
türk siyasi mədəniyyətinin dərin
qatları, ümumtürk
birliyi ideyasının
tarixi təkamülü,
türkçülüyün mahiyyəti yeni yanaşma kontekstində təhlil edilir.
Monoqrafiyanın Türk dünyasının
tarixi və bu günü haqqında sanballı bir araşdırma əsəri olduğunu tədbir iştirakçılarının
diqqətinə çatdıran
Azərbaycan Milli Elmlər
Akademiyasının prezidenti
akademik İsa Həbibbəyli
kitabın həm elmi, həm də tarixi dəyərindən danışıb.
O, əsərdə Türk
dünyasının gələcəyi
ilə bağlı mühüm inkişaf istiqamətlərinin perspektivləri
haqqında mülahizələrin
yer aldığını,
türk dövlətləri
arasında mümkün
inteqrasiyanın prinsipləri
və strategiyası barədə yeni təkliflərin
irəli sürüldüyünü
vurğulayıb. Akademik
qeyd edib ki, əsər elm ocaqları üçün dolğun
bir dərs vəsaitidir, elmi araşdırmaçılar və
tələbə-müəllim heyəti bu kitabdan dəyərli məlumatlar alacaqlar. Akademik Isa Həbibbəyli
çıxışının sonunda Türk dünyası qarşısında
xidmətlərinə görə
qardaş Türkiyə
Cümhuriyyətinin elm adamlarının
təbrikini və minnətdarlığını müəllifə çatdırıb.
Şimali Kipr Türk Cümhuriyyətinin ölkəmizdəki
təmsilçisi Ufuk xanım
Turganer bu akademik nəşrin və onunla bağlı keçirilən
elmi müzakirənin ümumtürk ideoloji fikrinə qatdığı
dəyərdən, kitabın
müəllifi Cavanşir
Feyziyevin elmi yaradıcılığı ilə
yanaşı, eyni zamanda, Azərbaycan -
ŞKTC Parlamentlərarası əlaqələr üzrə
işçi qrupun sədri kimi hədəfli və çoxşaxəli fəaliyyətindən
danışıb.
"Şərq-Qərb" ASC-nin Nəşriyyat Departamentinin direktoru Sevil İsmayılova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elman Quliyev, Türk Dünyası Strateji Araşdırmalar Mərkəzinin rəhbəri
Naci Yengin və başqaları çıxışlarında
vurğulayıblar ki, Türk
Dövlətləri Birliyi
ideyasının ilk dəfə
olaraq sistemli surətdə, konseptual bir model kimi, geniş və dərin təhlillər əsasında irəli sürülməsi, eləcə
də kitabda 300-dən
çox elmi ədəbiyyat və qaynaqdan istifadə olunması, əksəriyyətinin
türk, ingilis, rus və digər
xarici mənbələr
olması əsərin
müstəsna dəyərini
daha da artırır.
Daha sonra
Bakı şəhər
Mədəniyyət Baş
İdarəsi Yasamal
rayon Mərkəzi Kitabxanasının
direktoru Lətifə Məmmədova Cavanşir
Feyziyevin maarifçi ziyalı kimi yüksək insani məziyyətlərindən, gənc
nəslin təhsilinə
göstərdiyi xidmətlərdən
söz açaraq ona rəhbərlik etdiyi Kitabxananın “Fəxri oxucusu" diplomunu təqdim edib. L.Məmmədova Cavanşir müəllimin
rəhbərliyi ilə
Mahmud Kaşqari adına
Beynəlxalq Fondun həyata keçirdiyi respublika və beynəlxalq miqyaslı layihələrdən danışıb,
onun bu yaxınlarda
Türkiyənin ucqar əyalətlərindən olan
Toqat vilayətinin Rəşadiyyə bölgəsində
kitabxana yaradılmasına
dəstək göstərdiyini
iştirakçıların diqqətinə çatdırıb.
Tədbirdə AMEA Folklor İnstitutunun əməkdaşı, istedadlı
sənətkar Həlimat
Sultanın Yunus Əmrə
ilə bağlı hazırladığı "Eşq"
kompozisiyası səsləndirilib.
İncəsənət Gimnaziyasının
şagirdi Zəhra Sayadzadənin ifasında şair Qadir Hüseynovun şeiri, bədii qiraətçi Bəhiyyə
Nağıyevanın çıxışı,
tanınmış xanəndə,
muğam müəllimi
Maya Cəbrayılovanın "Çanaqqala" türküsü
tədbir iştirakçılarının
alqışları ilə
qarşılanıb.
Tədbir iştirakçılarına və
təşkilatçılarına dərin minnətdarlığını
bildirən Cavanşir
Feyziyev müasir dünyada baş verən qlobal proseslərin Türk dünyasından da yan keçmədiyini qeyd edib, yeni şəraitdə
türk dövlətlərinin
inteqrasiya proseslərinə
fəal şəkildə
qoşulmaq zərurətindən
danışıb. O, 30 il əvvəl
müstəqilliyini bərpa
etmiş türk respublikalarının tarixi,
milli, mədəni birliyi
və ortaq sivilizasiya mənsubiyyəti
əsasında vahid siyasi platformada birləşməsinin zəruri
olduğunu vurğulayıb.
Bu gün dünya siyasi xəritəsində
yer alan müstəqil türk dövlətlərinin beynəlxalq
hüquq əsasında
və bərabərhüquqlu
müttəfiqləşməyə dayanan siyasi birliyinin mümkünlüyünü
və türkdilli xalqların gələcək
taleyi baxımından
bu birliyin taleyüklü məsələ
olduğunu qeyd edən deputat mövcud türk dövlətlərinin gələcək
inteqrasiya mərhələlərinə
daha fəal dəstək verəcəklərinə
inandığını söyləyib.
Sonda Cavanşir
Feyziyev oxucuları üçün "Türk
dövlətləri birliyi.
Qlobal inteqrasiyanın türk modeli" kitabını imzalayıb.
525-ci qəzet.- 2025.- 8 oktyabr (№182).- S.9.