Şeir
Əjdər Hümmətov Vətən
müharibəsi qazisidir.
Əslən Laçından
olan Ə.Hümmətov
1992-ci ildə dünyaya
gəlib. Azərbaycan
Texniki Universitetini bitirib. 2019-cu ildən
SOCAR-ın Neft Qaz Tikinti Trestində
təcrübə keçərək
əmək fəaliyyətinə
başlayıb, sonra mühəndis vəzifəsində
işləyib. Vətən
müharibəsi başlayanda
könüllü olaraq
savaşa qatılan Ə.Hümmətov Cəbrayıl və Qubadlı rayonlarının
azad olunması uğrunda gedən döyüşlərdə iştirak
edib. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə
"Cəbrayılın azad
olunmasına görə"
və "Qubadlının
azad olunmasına görə" medalları
ilə təltif olunub.
Əjdər Hümmətov hələ
orta məktəbdə
oxuduğu illərdən
ədəbi yaradıcılığa
da meyl göstərib,
şeirlər yazıb,
şeirləri qəzet
və jurnallarda dərc olunub.
Şeir
Sən mənə şeirtək əzizsən candan,
Səni misra-misra, söz-söz düzürəm.
Misralar sözbəsöz keçir
ağlımdan,
Hər sözdə bir uca məna gəzirəm.
Misralar vəhy ilə gəlir, üzümə,
Hər söz ətir saçır, gülür
üzümə.
Ürəyim atlanır hər bir sözümə,
Elə ürəyimin özün
yazıram.
Bir qayda qoyubdu
nizam yaradan,
Seçmək asan olsun ağı
qaradan.
Dünyam çiçəklənir sözün
barından,
Dünyanın baharın, yazın yazıram.
Ana
Dil açıb
ilk sözü ana demişəm,
Hər sözü ilk dəfə
ona demişəm.
Olmayıb gözümdə bəşər
sevgisi,
Tək onu görmüşəm,
onu sevmişəm.
Tək qoymaz, buraxmaz itən izimi,
Yıxılıb əzsəm də hərdən dizimi.
Ona sığınmışam, ona qaçmışam,
Öpübdü alnımdan, silib gözümü.
Uşaq olum qucağına sığınım.
Qurban olum
hər saçının
telinə,
Səndən ayrı düşsəm, buraxma məni,
Qaldır dəsmal ilə bağla belinə.
Hər dəfə deyirsən,
"necədir əynin"?
Qışda soyuq olar, isti
geyinin!
Nə qədər böyüyüb,
uzaq düşsəm də,
Hələ də balaca körpənəm sənin.
Mən qurban olum
Qəmzəmi vurursan, nazmı edirsən?
Et, sənin nazına
mən qurban olum.
Qəlbimi yandırdın, azmı edirsən?
De, xoş avazına
mən qurban olum.
Nə qədər xoşbəxtəm,
təki biləsən,
Yermi cənnət
olub, sənmi mələksən?
Çox lazım deyil ki, bircə sən bəssən,
Qoy, sənin
azına mən qurban olum.
Ruhum nəğmə
deyib, oxuyur səni,
Həyat çağıracaq bir rəqsə məni.
Vəsf elə yaylağı, çölü-çəməni,
Çal, telli sazına mən qurban olum.
Keçir qəlbimizdən şirin xəyallar,
Sevməyən qəlblər bizdən nə anlar?
İçi qış olanlar, buz bağlayanlar,
Əs, sənin yazına mən qurban olum.
Bir günəşsən, sənin nurun danılmaz,
Ağlın şüphə çəkməz,
zənnin yanılmaz.
Huri də sənintək
gözəl sayılmaz,
Ömrünün yazına mən qurban olum.
Əjdər
HÜMMƏTOV
525-ci qəzet.- 2025.- 8 oktyabr (№182).-S.14.