Gənclər Kitabxanasında Firidun Şuşinskinin xatirəsi anılıb

 

Respublika Gənclər Kitabxanasında Azərbaycanın görkəmli musiqi tədqiqatçısı-alim, publisist pedaqoq, Əməkdar incəsənət xadimi Firidun Şuşinskinin 100 illiyi münasibətilə videomaterial məlumat bülleteni hazırlanıb.

 

Kitabxanadan  bildirilib ki, “Qarabağın görkəmli siması Firidun Şuşinskiadlı videomaterialda alimin həyat yaradıcılığı əhatəli şəkildə təqdim olunub.

 

Materialda onun xalq musiqisinin qorunması təbliği sahəsindəki fəaliyyəti, xüsusilə muğam sənətinin tədqiqi istiqamətində apardığı mühüm işlərdən bəhs edilib. Firidun Şuşinskinin Qarabağ musiqi mühitinin öyrənilməsinə verdiyi töhfələr, tanınmış xanəndələr, ifaçılar bəstəkarlarla bağlı yazdığı tədqiqat əsərləri xüsusi vurğulanıb. Həmçinin alim haqqında çap olunmuş kitablar, onun müəllifi olduğu nəşrlər təqdim edilir. Bu əsərlərdə Firidun Şuşinskinin Azərbaycan musiqi irsinin toplanması, sistemləşdirilməsi gələcək nəsillərə çatdırılması sahəsindəki xidmətləri diqqətə çatdırılıb.

 

Xalq musiqisinin böyük tədqiqatçısı Firidun Şuşinski -100” adlı məlumat bülletenində akademik Nizami CəfərovunFiridun Şuşinski haqqında ilk kitab tarixçi Aslan KənanınHeydər Əliyevin qoruduğu Şuşalı: Azərbaycan xalqınıntürkadı özünə qaytarılmalıdır" adlı məqalələrinin tam mətni yer alıb. Məlumat bülletenində Firidun Şuşinskinin müəllifi olduğu onu haqqında qələmə alınanAzərbaycan musiqi xəzinəsi”, “Sadıqcan”, “XX əsrin görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinski”, “Musiqişünasın düşüncələri”, “Şuşa”, “Azərbaycan xalq musiqiçilərikimi kitabların biblioqrafik təsviri, qısa annotasiyası dövrü mətbuat nümunələrinin siyahısı sərgilənib.

 

Məlumat bülleteni kitabxananın rəsmi saytında yerləşdirilib.

 

525-ci qəzet .- 2025.- 21 oktyabr (¹190).- S.9