Xalq
şairi Bəxtiyar Vahabzadənin yubileyilə
bağlı daha bir tədbir
Görkəmli ədəbiyyatşünas-alim, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubileyi ölkəmizin hər yerində silsilə tədbirlərlə qeyd olunur. Bu tədbirlərə
Yasamal rayonu T.Abbasov adına 225 nömrəli tam orta məktəbin nəzdində fəaliyyət
göstərən “Kiçik
Akademiya” üzvləri
də qoşulublar.
AZƏRTAC xəbər verir ki, tədbir
zamanı şagirdlər
Bəxtiyar Vahabzadənin
həyat və yaradıcılığına həsr
olunmuş səhnəciklər,
şeirlər və musiqili çıxışları
ilə iştirak ediblər. Onların ifasında səslənən
poetik nümunələr
şairin vətənə,
dilə və xalqa olan dərin
sevgisini bir daha əks etdirib.
Bütün bu tədbirlərdə öz istedadı ilə fərqlənən
şagirdləri - İbrahim
Əsgərov, Elnur Arazov, Aylin Rüstəmli,
Kərəm Həsənli,
Vüsal Məmmədalıyev,
Mina Mehdizadə, Fuad Məmmədov, Solmaz Bayramlı, Böyükağa Kazımlı,
Rəsul İbadullayev,
Əsmər Məmmədli,
Nurcan Muradlı, Əhəd Kərimli, Zəhra Fərəcova və Zəhra Gülməmmədova incəsənətə,
ədəbiyyata olan sonsuz sevgilərini bir daha nümayiş
etdiriblər.
Tədbirin yüksək
səviyyədə keçirilməsində
Yasamal rayonu T.Abbasov adına 225 nömrəli məktəbin
direktoru Sevda Eminovanın rəhbərliyi,
təşkilati işlər
üzrə direktor müavini, tədbirlərin
təşkilatçısı Zenfira Nusalovanın fədakarlığı, təlim-tərbiyə
işləri üzrə
direktor müavinləri
Hilalə Nəsibova və Sona Hacıyevanın
dəstəyi xüsusi
önəm daşıyıb.
Həmçinin tədbirlərin
təşkilində UBTR Gülnarə
Hüseynova, müəllimlər
Mina Əliyeva və Afaq İsmayılova,
musiqi müəlliməsi
Esmira Hüseynova, ədəbiyyat müəllimi
Səadət Novruzova,
kitabxana müdiri Tahirə Zamanova, kitabxanaçı Nigar Sarıbalayeva və informatika müəllimələri
Roza Qasımova, tarix müəllimi Günay Hacıyeva iştirak edərək tədbirin uğurla keçməsini təmin ediblər. Bu kollektiv yanaşma, həm şagirdlərin istedadlarını üzə
çıxarmağa, həm
də məktəbin mədəni həyatını
zənginləşdirməyə xidmət edib.
Zenfira Nusalovanın rəhbərliyi ilə “Kiçik Akademiya” qısa müddətdə məktəbin mədəni həyatında mühüm yer tutub. Bu təşəbbüs həm şagirdlərin yaradıcılıq potensialını üzə çıxarır, həm də milli-mənəvi dəyərlərimizin qorunmasına töhfə verir.
525-ci qəzet .-
2025.- 21 oktyabr (№191).- S.9.