Səbrin intiqamıkitabının təqdimatı olub

 

I II Vətən müharibələrinin yenilməz döyüşçüsü Elsevər Hüseynovun qəhrəmanlıq yoluna həsr olunanSəbrin intiqamıkitabının təqdimat mərasimi təşkil edilib.

 

Bu barədə AZƏRTAC-a Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyindən məlumat verilib.

 

Bildirilib ki, tədbir Gəncliyə Yardım Fondunda adıçəkilən birliyin təşkilatçılığı ilə keçirilib.

 

Təqdimat mərasimində ziyalılar, alimlər, jurnalistlər, E. Hüseynovun doğmaları, dostları yurdsevərlər iştirak ediblər.

 

Tədbirdə çıxış edənlər bildiriblər ki, “Səbrin intiqamıkitabı təkcə E. Hüseynovun deyil, Vətən uğrunda döyüşən bütün igid oğullarımızın qəhrəmanlıq salnaməsidir. Onlar bu əsərin gənc nəslin Vətənə məhəbbət ruhunda tərbiyə olunmasında mühüm rol oynayacağını vurğulayıblar.

 

Kitabın müəllifi Ötərxan EltacSəbrin intiqamı”nın qazi E. Hüseynovun 50 illik yubileyinə mənəvi töhfə olduğunu deyib. Şəhidlərimizdən, qazilərimizdən, Qarabağımızın qanlı tarixinin canlı şahidlərindən yazmaq, onları təbliğ etmək bizim vətənpərvərlik borcumuzdur”, - deyə müəllif diqqətə çatdırıb.

 

525-ci qəzet .- 2025.- 21 oktyabr (№191).- S.9.